English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Urmiyə zindanında 6 məhbus edam edilib

İnsan haqları qrupları və Azərbaycan veb səhifələri ötən günlərdə narkotik qaçaqçılığı ilə ittiham edilən azı 6 məhkumun Urmiyə zindanında asılaraq edam edildiyini bildirib. Bəzi mənbələr asılanların 7 nəfər olduğunu yazıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, təxminən 5 gün öncə Urmiyə zindanının həyətində asılaraq edam edilənlərdən biri Hüseyn Vətənzad Qarabağ Salmasda sünni türklərin (Kürəsünni) yaşadığı İstisu kəndindəndir.

Anası Salmasın İstisu kəndi, atası isə Urmiyənin Qarabağ kəndindən olan Vətənzadın dayısı Yusuf İslamdust və qohumu Fərhad İslamdust müvafiq olaraq 2012 və 2011 illərində edam edilib. Amnesty International-ın yaydığı bəyanatlarda İslamdustların ədalətsiz məhkəmələr və işgəncə altında alınmış etiraflar əsasında mühakimə olunduqlarını bildirmişdi.

Beynəlxalq insan haqları qurumlarının yaydığı bəyanatlara əsasən İranda narkotik qaçaqçılığı ilə ittihamı edilənlərin əksəriyyəti gücsüz və yoxsul insanlar, habelə qadınlar, etnik qruplar, dini azlıqlar və xarici ölkələrin vətəndaşlarından ibarət olur. Bunların çoxu ədalətsiz məhkəmələrdə mühakimə edilirlər.

Amnesty International daha əvvəl yaydığı bəyanatlarda Qərbi Azərbaycanda yaşayan sünni türkləri bəluçlar və Əfqanıstan vətəndaşları ilə birlikdə İranda ən çox edam riski ilə üzləşən azlıq icmalar olaraq göstərib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter