Ayrılıq- Eldar güneyli
1
Ayrilıq demə, ayrılıq ürəyin dağıdır
Qarındaşlarımızdan[1] ayrı düşmək acıdır
Bir xalqı ikiyə bölmüş Azərbaycanıdır
Cənubda[2] rasisti bir dövlətdən asılıdır
Milləti öz varlığına sahiblənməyibdir.
2
Şovonistlər qardaşı qardaşdan ayırıblar
Uşaqlarına türkcə adı yasaqlayıblar
Xalqını kəndi adlarına həsrət qoyublar
Bir xalqı biri birlərindən ayırıbdırlar
Böyük bir nisgil ürəklərində qoyubdurlar.
3
Məktəbdə farsca oxudur, ayırır dilindən
İş üçün sürgün edir, ayırır öz elindın
Asimiləşdirir, ayırır öz kültüründən
Xalqımız daha galmayır öz hüveyyətində
Manqurtlaşır əriyir fars xalqının içində.
4
Bir xalqı ayırmaq istəyirsən vətənindən
Yetərki alasan onun dilini əlindən
Bu sözlər deyilir İran hakimiyyətindən
Ümmətçi tərbiyət et, çıxar hüveyyətindən
Ayrılar xalqı öz kültürü ilə mənliyindən.
5
Xalqımız öz kimliyin tanımalıdırlar
Uşaqlarına türk adları qoymalıdırlar
Uşaqları ilə türkcə danışmalıdırlar
Vətəndaş ilə evlənib yaşamalıdırlar
Öz soylarını həyatda qorumalıdırlar.
6
Xalqımız özlərinə dəyər verməlidirlər
Suçu başqalarında aramamalıdırlar
Suç vardırsa ilk özlərində bulmalıdırlar
Özlərinə hörmət qoymayanları minərlər
Türk “xər” deyib tarixdı həyatın silərlər.
7
Xalqımız oyanıb özünə gəlməlidirlər
kim olduqlarını aydınlaşdırmalıdırlar
Nədən öz anadilin öyrənməməlidirlər?
Anadilin öyrənməyi kimin zərəridir?
Başqa insanlarla bu dünyada fərqi nədir?
8
Xalqımız geçmişlərini[3] öyrənməlidirlər
Kölə olmağın nədənlərin bulmalıdırlar
kölə tək yaşamasına son qoymalıdırlər
Aydınlarımız bu haqqda çalışmalıdırlar
Yazılarla xalqımızı oyadmalıdırlar. 10.01.2015
Eldar Güneyli http://www.veten-havasi.com/veten-havasi/364-19.html