English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Türkviziona qatılan təbrizli müğənninin İranda səhnəyə çıxması yasaqlanıb

Təbrizli müğənni Məsud Əmir Sepehr keçən ilin noyabr ayında Tatarıstanın paytaxtı Kazan şəhərində türk ölkələr və bölgələri arasında keçirilən Türkvizyon 2014 mahnı müsabiqəsinə qatıldığı üçün İranda təzyiqlərlə üzləşdiyini bildirir.

Əmir Sepehr fevralın 2-də Facebook səhifəsində yazdığı qısa yazıda Şərqi Azərbaycan polisinin komandir müavini polkovnik İsmayıl İsmayılzadənin əmri ilə bundan sonra konsert təşkil etmək və səhnəyə çıxmasına qadağa qoyulduğunu qeyd edib.

“Bu gün öyrəndim ki, 25 ölkə arasında əziz ölkəmizə 8-ci yeri qazandığımız Türkvizyon 2014 mahnı müsabiqəsinə qatıldığım üçün, təbrik və təşəkkür yerinə, vilayət polisinin komandir müavini cənab İsmayılzadənin əmri ilə səhnəyə çıxmaq, konsert vermək və rəsmi mərasimlərə qatılmağım yasaqlanıb”-deyə Məsud Əmir Sepehr Facebook səhifəsində dərc edib.

Barış musiqi qrupu Türkvizyon mahnı müsabiqəsində - Tatarıstan 2014Barış musiqi qrupu Türkvizyon mahnı müsabiqəsində - Tatarıstan 2014

Müğənninin sosial şəbəkələrdə paylaşdığı qısa yazı güney veb səhifələrində də geniş şəkildə yayılıb.

2014-cü ilin noyabr ayında Əmir Sepehrin rəhbərlik etdiyi Barış musiqi qrupunun “Heydər baba” adlı rock mahnısı ilə Türkvizion müsabiqəsinə qatılıb Kazan şəhərində səhnəyə çıxması sosial media istifadəçilərinin geniş diqqətini cəlb etmişdi.

İran mediasında yazılanlara görə, müsabiqənin ilk mərhələsində İranda yaşayan türkləri Türkvizion 2014 müsabiqəsində təmsil etmək üçün üçü Tehran, biri isə Təbrizdən olmaqla, dörd musiqi qrupu arasında yarış keçirildikdən sonra Barış qrupu Tatarıstana getməyə nail olmuşdu.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter