Dünya ana dili günü ilə bağlı ortaq bildiri (GADP- BİRLİK- GAQP- AZOH
"...Və nəhayət, bir mən qaldım, bir dilim...
Doğrasalar dilim dilim, mənim dilim, ölən deyil..."
1999 ildən etibarən birləşəmiş millətlər təşkilatının aldığı qərar uzrə ۲۱ fevral dünya anadili günü adlanmış və bütün ölkələrdə bayram kimi qeyd olunur ama iran-da, iran anayasasının 15ci maddəsi fars olmayan millətlərin öz anadilində oxumağı ön görsə-də heç bir zaman o maddə əməli olmayıbdır və nə tək dövəlt orqanları bunun doğrultusunda heç bir addım atmır, milli dərnəklər və şəxslərin könüllü çabalarına belə əngəl olurlar.
İndılikdə dünyada yaxlaşıq altı min dildə danışılır, amma yaşadığımız yüz illiyin sonuna dək bu dillərin yarısı aradan gedəcəkdir. Demək hər iki həftə də bir dil. Bir dili qoruyub saxlamaq üçün təəssüblü olmaq gərkir. Bir millətin varlığı topraq, tarix və hər bir varlıqdan oncə onun dili hesab olunur. onun üçün-də istimar bir milləti öz müstəəmirə-sinə çevirmək üçün ilk onun dilin əlindən almağa çalışır.
Şərəfli Azərbaycan türk milləti!
Azərbaycan milli hərkətı ən həssas günlərini yaşamaqdadır. Bölgədəki deyişikliklər əlbəttə ki bizim hərəkəti-də öz təəsiri altına alacaqdır və bu ərəfə-də bizim tutduğumuz doğru səyasət gələcəyimizin aydınlığına yol açacaqdır. Bölgənin bu ağır durumunda öz varlıqlarımıza sahib çıxaraq və türk dilində mədrəsə, ana dilində mədrəsə, olmalıdır hər kəsə şüarı-ilə hər yerdə dünya ana dili gününü əzizləməliyik.
Dünya anadili günü ərəfəsində bu bayramı Azərbaycan qəhrəman millətinə təbrik edib, hamını ölkədə dil qadağası əleyhinə itiraz səslərini ucaltmağa və bu yasaqların aradan qaldırılmasında başlanan hərəkətə yardımcı olmağa çağırırıq.
İran islam rejiminin ölkə-də fars olmayan millətlərin dillərinə qoyduğu qanunsuz qadağanı məhküm edib, bu səyasəti qeyri insani və qeyri mədəni olduğundan qınayıb, iranda türk nufusunun sayısına əsaslanaraq, Azərbaycan türkcəsinin rəsmi dövlət dili olmasını istəyirik.
Güney azərbaycan demokrat partiyası- GADP
Güney Azərbaycan milli demokratik birliyi- BİRLİK
Güney Azərbaycan qurtuluş partiyası- GAQP
Azərbaycan öyrənci hərəkatı- AZOH