English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran məhkəməsi “Oğuz Kaan” adının qeyri-müsəlman olduğu haqda rəy verib

İran dövlət qurumları adının “əsil İslam toplumunun mədəniyyətinə zidd” olduğunu irəli sürərək 3 il yarım öncə Qərbi Azərbaycan vilayətində dünyaya gəlmiş Oğuz Kaan adlı uşağa bu günə qədər şəxsiyyət vəsiqəsi (kimlik) verməyib.Oguz_Kaan

Oyan News saytına istinadən, Qərbi Azərbaycan vilayətinin Makı (Maku) şəhərində yaşayan Feyzullahnejad ailəsinin 2011 avqust ayından bəri övladlarına şəxsiyyət vəsiqəsi almaq üçün göstərdiyi cəhdlər nəticəsiz qalıb.

Yayılan məlumata görə, İranın vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsinin Makı şöbəsi türkcə Oğuz Kaan adına şəxsiyyət vəsiqəsi verməkdən imtina etdikdən sonra, uşağın atası məhkəməyə müraciət edərək idarədən şikayət edib. Amma məhkəmədən çıxan hökmdə də dövlət qurumunun mövqeyi əks olunub.

Oyan News Makı şəhəri ümumi məhkəməsinin 2-ci şöbəsi tərəfindən çıxarılan məhkəmə sənədinin təsvirini nəşr edib. Sənəddə yazılanlar bunlardır:

“Şikayətçi Sadıq Feyzullahnejad vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsi Makı şöbəsinin oğluna seçdiyi adı qəbul etmədiyini iddia edir. Cavabdeh isə seçilən adın İslam və şəriət mədəniyyətinin qəbul etdiyi adlar daxilində olmadığı və əsil İslam toplumunun mədəniyyətinə zidd olduğunu bildirir… Məhkəmə araşdırmadan sonra, seçilən adın təsdiq edilən adlar siyahısında mövcüd olmadığı üçün cavabde qurumun haqlı olduğuna və şikayətin ləğvinə qərar verir.”

“Oğuz Kaanın ailəsi övladlarına şəxsiyyət vəsiqəsi verilmədiyi təqdirdə səhiyyə xidmətləri və vətəndaşlıq hüququndan məhrum qalacağından narahatdır”-deyə Oyan News qeyd edib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter