English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Urmiyə küçələrinə Səfiəddin Urməvi və Dədə Katib adları verilir

Ötən bir il ərzində Urmiyənin bəzi bölgələrində üzərində küçələrin orijinal türk adları yazılmış lövhələrin yerləşdirilməsi ardından Urmiyə Şəhər Şurası üç küçəyə şəhərin tarixi şəxsiyyətlər və alimlərinin adlarının veriləcəyini bildirib.

Urmiyə şəhər şurasının veb səhifəsinə istinadən, şəhər şurası üzvlərinin Qərbi Azərbaycan vilayətində bəzi əlaqədar qurumların məsulları ilə bərabər keçirdiyi iclasda “Urmiyənin məşhur müasir şairi Dədə Katib təxəllüslü Əbdürrəhman Təyyar Quluncunun adının şəhərin əsas küçələrindən birinə verilməsi, iki başqa küçənin isə məşhur tarixi şəxsiyyətlər Urmiyəli Səfiəddin və Urmiyəli Hüsaməddin Çələbi adlarını almasına” dair qərar qəbul edilib.

İranın Qərbi Azəbrycan vilayəti və Türkiyənin Van elində şair, ozan və arif kimi tanınan Dədə Katib 2009-cu ilin fevral ayında 84 yaşında vəfat edib və Urmiyənin Quluncu qəsəbəsində dəfn edilib.

Urmiyəyə mənsub olduqları üçün Urməvi adı ilə tanınan Səfiəddin və Hüsaməddin Çələbi isə 13-cü əsrdə yaşamış tarixi şəxsiyyətlər olub. Orta əsrlərdə musiqi nəzəriyyəsi haqda yazmış musiqişünas alimlərdən biri olan Səfiəddin Əbunəsr Farabi və Marağalı Əbdülqadirlə bərabər İslam tarixinin üç böyük musiqişünas alimləri hesab edilirlər. İbni Əxi Türk adı ilə də tanınan Əxilik təriqətinə mənsub Hüsaməddin məşhur süfi və Mövlana Cəlaləddin Ruminin yaxın yoldaşı olub.

Urmiyə Şəhər Şurasının həmin iclasda aldığı qərara görə, şəhərin təqribən 30 küçəsinə də ümumiyyətlə İran-İraq müharibəsində həyatını itirmiş urmiyəli əsgərlərin adını veriləcək.

2013-cü ilin iyun ayında Qərbi Azərbaycan vilayətinin şəhərləri, o cümlədən Urmiyə və Salmasda şəhər şurası olaraq seçilən bəzi siyasətçilər öz seçki kampaniyalarında türk kimliyi və mədəniyyətinə qarşı siyasət əleyhinə mübarizə aparacaqlarına söz veriblər. Bu vədlərin ardından keçən il Urmiyə Bələdiyyəsi şəhərin bir çox bölgəsində üzərində məhəllələr və küçələrin orijinal türk adları yazılmış lövhələr yerləşdirməyə başlamışdı.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter