English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Həsən Ruhani Təbrizdə etirazlarla qarşılaşıb

Yerli internet qəzetləri və farsdilli mediaya istinadən, mayın 20-də Təbrizə səfər edən prezident Həsən Ruhani əhalinin etirazı ilə qarşılanıb. Etirazçılar “qırmızı kartlar” və türk dilində səsləndirdikləri şüarlarla ona Urmiyə Gölünü canlandıracağı və “Türk Dil Qurumu” təsis edəcəyinə dair vədlərini xatırladıb.

Bu barədə Təbriz və Urmiyə kimi şəhərlərdə fəaliyyət göstərən internet qəzetlərindən əlavə farsca Deutsche Welle və BBC, habelə Tehranda nəşr edirlən bəzi qəzetlər də məlumat yayıb.

Əhalinin etirazı mayın 15-də Traktorsazi komandasına qarşı baş verən hadisələr və prezidentin verdiyi, amma yerinə gətirmədiyi vədlərlə bağlı olub.

Etimad qəzeti: Etimad qəzeti: "Qırmızı Kart Kampaniyası" yaxşı işləyib

Tehranda nəşr edilən Etimad qəzetinin yazdığına görə, “Traktor artıq sadəcə təbrizlilərin deyil, bütün İranın komandasıdır,” deyə Təbrizin Təxti Stadionunda danışan Həsən Ruhaniyə Traktorsazi azarkeşləri “İranın federasiyası, Azərbaycan düşməni” və “Azərbaycan oyaqdır, Traxtora dayaqdır” kimi şüarlarla cavab verərək prezidentdən Traktorsaziyə dəstək verməsini tələb ediblər.

"Etimad" Traktorsazi məsələsindən əlavə üzərində “Urmiyə Gölü milli sərmayədir”, “Urmiyə gölünün məhvi Azərbaycanın məhvidir”, “Ana dilində təhsil bütün vətəndaşların haqqıdır” və “Türk Dil Qurumunun təsisi Azərbaycan əhalisinin mədəniyyətinə hörmətdir” sözləri yazılmış plakatların nümayiş etdirildiyini bildirib.

Qəzet “qırmızı kart kampaniyasının” yaxşı işlədiyini yazıb.

İRNA xəbər agentliyinə istinadən, həmin gün Təbrizdə “Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Quruluşunun” açılışı prezident tərəfindən həyata keçirilib.

İranın Mədəniyyət və İrşad Naziri bu quruluşun “Türk Dil Qurumu” yerinə təsis edildiyini bildirsə də, yerli qəzetlər və güneyli fəallar Türk Dil Qurumu ilə Azərbaycan Mədəniyyət Quruluşunun fərqli şeylər olduğunu yazırlar.

Durna News adlı internet qəzeti bu xüsusda belə yazıb: “Azərbaycan əhalisi varlığının təhlükədə olduğu türk dilini qorumaq üçün bu qurumun təsisini tələb etdi. Onun yerinə hədəfləri müəyyənləşməmiş məchul bir qurumdan söz etməyin məntiqi və inandırıcılığı yoxdur.”

Xəbər saytları Təxti Stadionu və Təbrizin Saat meydanı ətrafında cərəyan edən etirazlar və Qırmızı Kart Kampaniyasına qatılanlardan bir neçə nəfərin nəzarət altına alındığını bildirib

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter