English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Güney Azərbaycanın biri-xurdad(22 may) qiyamının 9-ci il dönümiylə bağlı ortaq bildiri (AZOH- GADP- QURTULUŞ- GALDP- BIRLIK

Azərbaycan Türk milləti yüz ildir ki ırqıçı hakimiyyətin və onun cəhalətlə dolu fikrinin qurbanıdır.Ancaq bu millət tarixdə tayı görünməyən biri-xurdad qiyamında bütün haqsızlıqlara qarşı olaraq səsini ucaldıb və fars hakimiyyətinə öz varlığını gösdəribdir.Azərbaycan Türk milləti hər zaman böyük və qutsal işə qol atıb və köləlikdə yaşamayı qəbul edməyibdir.

Biri-xurdad hadisələri böyük olaylardır və hər zamn özgürlük sevən millətimizin yaddaşında əbədi yaşayacaqdır.İran fars hakimiyyəti vəhşicəsinə bu barışsəl qiyamı silahla cavablandırdı və şəhidlərimizin al qanı bunların gərçək və şövinist üzlərini aydınlığa çıxartdı.Bu olaylar hakimiyyətin nə qədər gərçəkləri görmədə kor olduğunu daha artıq ortaya çağartdı.Bu hakimiyyət daha bir çirkin reaksiya göstərib və Azərbaycan Türk iğidlərinin başqa ölkələrə bağlı olduqlarına inanmaya və inandırma nə yazıq ki çaba göstərdi.

Ancaq hər zaman göründüyü kimi İran fars rejimi yanlış bir yola addım atıb və bu Azərbaycan Türk milləti idir ki zəfər bayrağını qaldırtdı.

Azərbaycan Türk milləti biri-xurdad qiyamın da tarixdən,çağdan və durumdan doğru bir anlayış göstərərək öz taleyinə hakim olabiləcək istəyini və gücünü " Haray haray mən Türkəm!" şuarıyla göstərdi və fars rejiminin istismarına son verəcəyini vurğulatdı.Bu oyanış təkcə gününmüz də yox,gələcəkdə də öz etgisini daha artıq göstərəcəkdir.

Biri-xurdad şəhidlərimizin adlarını ürəklərimizə tütüb və 9-ci ildə onları sayqı və sevgiylə anırıq.Bu gün bir daha yenidən şəhidlərimizin ailələrinə və Azərbaycanımıza baş əyib və baş sağlığı veririk.

Azərbaycan Türk Milləti:

-         Gününmizdə çoxlu milli-mədəni fəallar İran fars rejiminin dosdaxlarındadırlar.Onlara haqq etməyən anları yaşadırlar və məhkəmələr isə məqsəd yönlü qərarlar verib,millətimizin evladlarına günü-gündən basqını artırdırlar.Bu yolda savaş aparmaq üçün bütün partiyaları,siyasi təşkilatları və milli-mədəni fəallar birlikdə hərəkət etmələrini ən gözəl və simvollu seçim görürük.

-         Türk dilində mədrəsə olmalıdır hər kəsə.Türk dilinin rəsmi olması İran adlanan ölkədə həmən rəsmiyyətə tanınmalıdır.Millətimizin öz taleyinə hakim olması və iqtisadi ayrı-seçgiliyinə dər hal Güney Azərbaycanda son verilməlidir.İran adlanan ölkədə fars-olmayan millətlərilə ki demokratik bir yolar addım atıblar və mədəni savaş aparırlar Güney Azərbaycanımızın durumunu göz önundə dutaraq əməkdaşləq yollarını açıq biraxırıq.

-         Bütün partiyalar,siyasi təşkilatlar və milli fəallarımızdan ayıq olamalarını və Azərbaycan düşmanlarına heç bir şansın verilməməsini özümüzdə incə bir hərkətin yiyələnməsin istəyirik.Yolumuzun son durağına varınca qol-qola və birlikdə hərəkət edməyimiz daha doğru və güvənli görünür.Ən sonda Güney Azərbaycan partiyalrın,siyasi təşkilat və milli fəalların Azərbaycan yolunda birlikdə yürümələrin arzu edirik.

Yaşasın birliyimiz!     Yaşasın Azərbaycan

Aərbaycan öyrənci hərəkatı(AZOH)

Güney Azərbaycan demokrat partiyası(GADP)

Güney Azərbaycan qurtuluş partiyası(GAQP)

Güney Azərbaycan liberal-demokrat partiyası(GALDP)

Güney Azərbaycan milli-demokratik birliyi(Birlik)

 2015.05.22

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter