English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Ürəklərə yol tapan ürək cərrahı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda doktor Cavad Heyətin 90 illiyi ərəfəsində tanınmış cərrah – türkoloq alimin anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Doktor Cavad Heyətin həyatına həsr olunmuş sənədli filmə baxıblar.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov anım tədbirini açıq elan edərək Cavad Heyətin səhiyyədəki, ədəbiyyatdakı rolundan danışıb. Bu şəxsiyyətin ümumilikdə Azərbaycan üçün gördüyü işlərdən söhbət açan icraçı direktor onun irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Bilik Fondunun bu günkü anım tədbiri məhz bu amala xidmət edir.

Akademik Tofiq Hacıyev Cavad Heyətlə bağlı xatirələrini bölüşüb. Doktor Cavad Heyətin nəşr etdirdiyi “Varlıq” dərgisindən, dərginin İran türklərinin milli şüurunun oyanmasında oynadığı roldan danışıb.

Doktor Cavad Heyətin xatirələrini Azərbaycan türkcəsinə çevirən AMEA-nın Əlyazmalar İnstitutunun elmi işçisi Əkrəm Bağırov deyib ki, onun xatirələrini tərcümə etdikcə alimi daha çox tanıyıb, yaxından ünsiyyətdə olub, doğmalaşıb. Ə.Bağırov bildirib ki, Cavad Heyət kimi bir şəxsiyyətin xatirələrini tərcümə etmək həm də bir şərəfdir.

Doktorun ailə dostu Zülfi Baxışəli Cavad Heyətin şəxsi məziyyətlərindən söhbət açıb. Onun Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul Universitetinin fəxri doktoru olduğunu xatırladıb.

Tədbirdə AMEA-nın gənc alimləri də Cavad Heyətlə bağlı xatirələrini bölüşüblər.

Anım tədbiri doktor Cavad Heyətin Fəxri xiyabandakı məzarını ziyarətlə başa çatıb.

http://bilikfondu.gov.az/1/pages/5/category/5/news/232

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter