English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

BAO-nun Türkiyə Təmsilçiliyi təsis olundu

Türkiyədə təhsil alan bir qrup güneyli və quzeyli gənclər Bütöv Azərbaycan Ocaqlarının Türkiyədə ocağını yaratmaq üçün müraciət etmişdilər. Türkiyədə işgüzar səfərdə olan BAO başqanı Zahir Əlisoyun və İdarə heyəti üzvü Rizvan Hüseynovun da iştirakı ilə Bütöv Azərbaycan Ocaqlarının Türkiyə təmsilçiliyi təsis edilib. Azərbaycanın Güneyindən, Ərdəbil ostanından olan Məmməd Əzizi Müğanlı BAO başqanı Zahir Əlisoyun təqdimatı ilə BAO-nun Türkiyə təmsilçiliyinin başqanı seçildi.

Tədbirdə Bütov Azərbaycan ideyasinin gercəkləşməsi üçün təskliatlanma formaları müzakirıə olundu ve Türkiyə Cumhuriyətində tədbirlər planinin hazirlanmasi qərara alindi. Tədbirdə cixis eden Zahir Əlisoy Dərbənddə, Borçalıda, Güney Azərbaycandakı mövcud durumdan danışdı və çıxış yolları təklif etdi. Bütöv Azərbaycanın xəritəsinə istinad edərək çıxış edən Zahir bəy xəritə üzərində tarixi ərazilərimizi göstərərək Azərbaycanımızın indiki ağır durumundan danışdı. Yenidən öz tarixi ərazilərimizi bərpa etmək üçün bütün millətimizin, özəlliklə gənclərin bu ideya ətrafında birləşməli olduğunu, sütətlə təşkilatlanmağın vacibliyini vurğuladı. Tədbirdə Türkiyənin bütün universitetləri ilə əlaqələrin qurulması qərara alındı.  

Tədbirdə çıxış edən BAO Türkiyə təmsilçiliyinin rəhbəri Məmməd Muğanlı Azərbaycanın güneyindəki acınacaqlı vəziyyətdən danışdı. Zindanlarda milli haqqları uğrunda mübarizə aparan milli fəallarımızın haqqlarının qorunması, azadlığa çıxmaları üçün birgə fəaliyyətin vacib olduğunu vurğuladı. Bu istiqamətdə əsas məsuliyyətin Azərbaycan gənclərinin üzərinə düşdüyünü bildirərək gəncləri bütöv Azərbaycan uğrunda mübarizəyə səslədi. Başladığımız işin uğurla nəticələnəcəyinə əminliyini bildirən Məmməd Muğanlı tezliklə Türkiyənin bütün universitetlərini əhatə edəcəklərinə əmin olduğunu bildirdi.

Sonra söz alan Kastamonu universitetinin professoru Namiq Musalı gənclər qarşısında Azərbaycanın tarixi haqqında geniş məlumat verdi. Türk dünyasının gələcəyinin Azərbaycanın bütövləşməsindən keçdiyini vurğuladı. Başladıqları işdə gənclərə xeyir dua verdi və uğurlar arzuladı.

        Daha sonra BAO idarə heyətinin üzvü Rizvan Hüseynov dünyada baş verən böyük siyasi proseslər fonunda Azərbaycanın mövcud durumundan danışdı. Qarşıdan gələn çətinlikləri aşmaq üçün Azərbaycan gəncliyinin təşkilatlanmasını olduqca əhəmiyyətli olduğunu vurğulayaraq hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. Bütöv Azərbaycanın gələcəyinin yüksək təhsilli gənclərdən keçdiyini bildirdi.

        Sonda gənclərin sualları cavablandırıldı. Azərbaycanda və dünyada baş verən siyasi proseslər diskusiya şəraitində müzakirə olundu.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter