English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

“Müstəqil Türk Fəallar” İranın Ankaradakı səfirliyi qarşısında aksiya keçirib

Türkiyədə yaşayan güneyli fəalların 2006-cı il may olaylarının ildönümü münasibəti ilə İranın Ankaradakı səfirliyi önündə təşkil etdiyi etiraz aksiyası Türkiyənin aparıcı mediasında geniş şəkildə işıqlandırılıb.

“Müstəqil Türk Fəalların İran səfirliyi önündə aksiyası” və “İran səfirliyi önündə İrandakı farsca təhsilə etiraz” kimi başlıqlarla bir çox qəzet, TV kanal və internet qəzetinin gündəminə çıxan mitinqə güneyli fəallarla birgə bir qrup Türkiyə və Azərbaycan Respublikası vətəndaşları da qatılıb.

Milliyyet qəzeti etiraz aksiyası ilə bağlı belə yazıb:

“Bağımsız Türk Aktivistlər adlı qrup İranda türk dilində təhsilin olmamasına və 2006-cı ilin may ayında türklərin ‘hamam böcəyi’ olaraq təsvir edildiyi karikaturalara etiraz etmək üçün Kuğulu Park-da toplanaraq səfirliyə doğru yürüş ediblər... Əllərində qırmızı kartlar, fitlər və müxtəlif plakatlar daşıyan etirazçıların bəziləri ağızlarını lentlərlə bağlayıblar.”

Güneyli fəalların mayın 23-də keçirdiyi aksiyadan çəkilmiş video və şəkillər Türkiyənin aparıcı mediası o cümlədən, MyNet portalı və Milliyet qəzetində nəşr edilib.

İhlas Xəbər Agentliyinin (İHA) yaydığı videoya istinadən, nümayişə qatılanlar “Türk dilində mədrəsə, olmalıdır hərkəsə!” kimi şüarlar səsləndirib, “İranda farslaşdırma siyasətlərinə” etiraz edirlər.

Həmçinin nəşr edilmiş şəkillərdə üzərində “İranda Qanlı May 2006 – Azərbaycan Türk Şəhidlərini Anma Yürüşü” sözləri yazılmış böyük plakat da olub.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter