English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Təbrizin Şəhriyar otelində 150 nəfər nəzarət altına alınıb

Təbrizin beş ulduzlu Şəhriyar otelində 150 nəfər Ramazan ayında orucu pozmaq günahı ilə nəzarətə alınıb.

Nasr news xəbər agentinin məlumatına əsasən, iyunun 22-i Təbriz polisi Şəhriyar otelində 150 qadın və kişini ictimai yerdə orucu pozub yeməkdə ittiham edərək  nəzarətə alıb.

Şərqi Azərbaycan vilayəti polisinin müavini bildirib ki, Ramazan ayının əvvəlindən Şəhriyar otelində müştərilərə yemək təklif edildiyini təəssüf hissi ilə qeyd edib və məhkəmənin hökmü ilə orada orucluq ayında orucu pozanların nəzarət altına alındığını deyib.

Təbriz Şəhriyar oteliTəbriz Şəhriyar oteli

Təbriz polisi nəzarətə alınanların sayının 92 nəfər olduğunu bildirib.

Otelin müdürü Hüseyin İbrahimi polisin rəftarını təhqiredici adlandırıb.

Vəqt news xəbər veb səhifəsinə danışan otel müdürü bildirib ki, polisin rəftarından narahat olan bəzi qonaqlar oteldən çıxıblar.

İbrahimi deyib: “Mən şəxsən dünən nahardan bu gün sabah 5-ə kimi nəzarətdə qaldım, lakin kimsə bu müddətdə mənə ittiham haqda  heç nə demədi.”

O həmçinin bildirib ki, polisin bu cur rəftarı turistləri vilayətdən uzaqlaşdıra bilər.”

Ramazan ictimai yerlərdə yemək qadağan olsa da, otellərdə qonaqlara yemək təklif oluna bilər.

Təbrizin beynəlxalq Şəhriyar oteli İranın ən böyük otellərindən biri sayılır.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter