English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Abbas Lisani zindanın ağır bölümünə göndərilib

İyulun 22-də Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan tanınmış azərbaycanlı fəal Ərdəbil zindanının ən ağır bölümünə salınıb.

1 il müddətinə azadlıqdan məhrum edilən Abbas Lisani zindanın 7-ci bölümünə salınıb. Məlumata görə, 7-ci bölüm narkotik alüdəçiliyi və cinayət ittihamları ilə həbs edilən məhbuslara aiddir.

Amerikanin Səsinin əldə etdiyi məlumata əsasən, Lisani öz ailəsi ilə qısa telefon əlaqəsində bildirib ki, zindanda onun üçün ayrılmış bank və telefon kartının üzərində adı bilərəkdən yanlış yazlaraq Abbas Əmani kimi qeyd olunub. Bu məsələ cənab Lisaniyə olan həssaslıqla əlaqədar ola bilər.

Günaz TV-yə danışan fəalın həyat yoldaşı Ruqəyyə Əlizadə bildirib ki, sözügedən bölümdə məhbusların adi tələblərini qarşılamaq üçün heç bir imkan yoxdur. "Məsələn yataq yoxdur və onlar otaq və dəhlizlərdə yerdə yatırlar" - deyə Ruqəyyə xanım bildirib.

Qeyd edək ki, adı çəkilən tanınmış azərbaycanlı fəal iyulun 22-də Ərdəbil şəhərində öz iş yerinə getdiyi vaxt təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Azərbaycanlı fəal Urmu gölü etirazları ilə əlaqədar çağırışları ilə bağlı məhkum olunduğu bir illik həbs cəzasını çəkmək üçün saxlanılıb.

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi martın 25-də məhkəmə qərarını yazılı olaraq elan edib.

1 il müddətinə azadlıqdan məhrum edilən A.Lisaninə qarşı irəli sürülən ittihamnamədə azərbaycanlı fəal sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaqda ittiham olunur.

Azərbaycanlı fəal 2011-ci il sentyabrın 9-da Urmu gölü etirazları zamanı Ərdəbildə saxlanılıb. O, 55 gün Ərdəbilin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsində saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter