English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Bir neçə güneyli fəal Əhər məhkəməsinə çağırılıb

Əhər şəhəri məhkəməsi bir neçə güneyli milli fəalı telefon vasitəsi ilə və yazılı şəkildə məhkəməyə çağırıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, 2014-cü il Beynəlxalq Ana Dili Günü ilə əlaqədar keçirilən mərasimində Əhər şəhərində nəzarətə alınan və daha sonra  mülki vəsiqə qarşılığında sərbəst buraxılan milli-mədəni fəallar məhkəmə prosesinin davamı üçün Əhər məhkəməsinə getməlidirlər.

Məhkəməyə çağırılan fəallar arasında Rəhim Qulami, Əsgər Əkbərzadə, Meysəm Colani, Cəfər Rüstəmi, Hüseyn Balaxani, İsrafil Fətullazadə, Saleh Molla Abbasi, İbrahim Nuri, Əkbər Əbulzadə, Məhəmmədrza Rəhmanifərd və başqaları var.

Xatırladaq ki, 2014-cü il Beynəlxalq Ana Dili Günü mərasimində Əhər şəhərində təxminən 100 nəfər güneyli milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınmışdı.

İran Azərbaycanının müxtəlif bölgələrindən gələn fəallar Ana Dili Gününü qeyd etmək üçün Əhər fəallarının birinin evində bir araya gəlmişdi. Fəalların bəzisi nəzarətə alınarkən təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalıb və döyülüb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter