Stadiona plakat aparan Ərdəbilli fəallar məhkəməyə çağırılıb
Ыentyabr ayında Ərdəbilin Təxti Stadionunda üzərində Ərdəbilli siyasi məhbus Abbas Lisani və digər siyasi məhbuslara dəstək bildirən ifadələr yazılmış plakatlar qaldıran dörd milli fəalın vilayətin Cəza Məhkəməsinə çağırıldığı bildirilir.
Tovhid Əmir Əmini, Fərşad Piçqanlı, Mustafa Pərvin və Murtaza Pərvin, Güney Azərbaycan Televiziyasının xəbərinə əsasən, noyabrın 18-də Ərdəbil Cəza Məhkəməsinin 103-cü şöbəsinə müraciət etməlidirlər.
Bu fəallar sentyabrın 10-da Ərdəbilin Təxti Stadionunda bir futbol matçı zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb daha sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.
İranın önəmli futbol mərkəzləri kimi hesab edilən Təbriz və Ərdəbil eləcə də, Asiyanın Voleybal Paytaxtı adlandırılan Urmiyə şəhərinin stadionları son illərdə milli fəallar və türk dil haqları müdafiəçilərinin fəaliyyət və təbliğat meydanına çevrilib.