Urmiyədə fəallardan ikisi bir gün saxlanıldıqdan sonra sərbəst buraxılıb
GünAz TV: Xəbər verdiyimiz kimi, oktyabrın 29-da (abanın 5-də) Urmiyədə Əli Əzizi, Soheyl Dəiri və Əmir İbrahimli bu şəhərin Təhlükəsizlik qüvvələrinə çağırılıb və saxlanılmışdır.
Məlumata görə, Soheyl Dəiri və Əmir İbrahimli “9 Pillə” təcridxanasında 1 gün saxlanıldıqdan sonra sərbəst buraxılıb. Hələlik Əli Əzizinin vəziyyəti və harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, “oktyabrın 21-də Urmiyənin Qədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol komandası ilə “Sərmayə bankı” takımı arasında keçirilən müsabiqədə soydaşlarımız bir çox milli və mədəni şüarlar səsləndirmişdir. Yeni azadlığa buraxılan fəalların saxlanılması həmin müsabiqə ilə əlaqələndirilir.