English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Mahmud Bilgin: Hakimiyyətə basqı olunmasa Urmiyə Gölü böhranı çözülməyəcək

Diaspor fəalı Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə Avropa Parlamentinin üzvü Prof. Klaus Buchnerin ev sahibliyi və UNPO və Güney Azərbaycan İttifaqının əməkdaşlığı ilə bu yaxınlarda Avropa Parlamentində keçirilən “Urmiyə Gölü - İranda İnsani və Ekoloji Fəlakət” adlı konfrans haqqında danışıb.

Mahmud Bilgin Avropa Parlamenti üzvləri, avropalı akademiklər və siyasətçilər, Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO) və Güney Azərbaycan İttifaqının təmsilçilərindən əlavə bir neçə İranlı qrupun nümayəndələrinin də Brüsseldə təşkil olunan konfransda iştirak etdiyini bildirir.

Onun söylədiklərinə görə, tədbirdə Urmiyə Gölü ətrafında cərəyan edən ekoloji böhran həm elmi və siyasi baxımdan, həm də türklərə qarşı tətbiq edilən etnik ayrı-seçkilik kontekstində dəyərləndirilib.

Avropa Birliyi bundan sonra İranla bütün görüşlərində digər məsələlərin yanında Urmiyə Gölü məsələsini də bir sual kimi gündəmə gətirəcək.

Mahmud Bilgin

“Konfransa qatılan bəzi iranlı qruplar ekoloji böhranın siyasi və etnik məsələlərlə əlaqəli olmadığını irəli sürdülər. Amma bizdən əlavə avropalı iştirakçılar da buna münasibət bildirdilər ki, Urmiyə Gölü məsələsini siyasətdən ayırmaq olmaz. Onlar başqa ölkələrdə baş verən oxşar problemlərə işarə edərək dedilər ki, bunların hamısında biz siyasi məsələlərlə qarşı qarşıya gəlirik,”- deyə Bilgin qeyd edir.

Güney Azərbaycan İttifaqı konfrasda qeyri-fars bölgələr, o cümlədən, türklərin yaşadığı Azərbaycan vilayətlərində yürüdülən sistemli ayrı-seçkilik siyasətini gündəmə gətirərək Urmiyə Gölü böhranının da həmin siyasətlərin istiqamətində və qəsdən yaradıldığını önə çəkib. Mahmud Bilginin söylədiklərinə əsasən, UNPO təmsilçisi də digər qeyri-fars bölgələrdə ortaya çıxan quraqlıqlara işarə edərək bu sözləri qısmən təsdiq edib.

Urmiyə Gölü Konfransı - Avropa Parlamenti, Noyabr 2015Urmiyə Gölü Konfransı - Avropa Parlamenti, Noyabr 2015

Güneyli fəal nüvə məsələsində olduğu kimi İran dövlətinə basqı edilmədiyi təqdirdə Urmiyə Gölü böhranının çözülməsinin mümkün olmadığını vurğulayaraq konfransda iştirak edən Avropa rəsmiləri, o cümlədən, Avropa Parlamentində “Yaşıllar – Avropa Azad Alyansı” qrupunun üzvü prof. Klaus Buchnerin də eyni düşüncədə olduğunu ifadə edir.

“Avropa Birliyi bundan sonra İranla bütün görüşlərində digər məsələlərin yanında Urmiyə Gölü məsələsini də bir sual kimi gündəmə gətirəcək,”-deyə Mahmud Bilgin tədbirə qatılan Avropa rəsmilərinə istinadən söyləyir.

Cənab Bilgin Ayda Kərimli və Əmir Mərdani ilə bərabər “Urmiyə Gölü - İranda İnsani və Ekoloji Fəlakət” konfransında Güney Azərbaycan İttifaqını təmsil ediblər.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter