English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Ərdəbildə türkcə kitablar satan mağazanın sahibi saxlanılıb

Ərdəbil vilayətində İranın təhlükəsizlik qüvvələrinin nəzarət altına alıb sorğu-suala çəkdiyi dəftərxana ləvazimatı mağazası sahibinin yaxınları saxlanmanın mağazada türkcə kitabların satılması ilə bağlı olduğunu bildiriblər.

Ramin Həsənzadə Parsabad şəhərində İran polisinin təhlükəsizlik bölməsində dindirildikdən sonra sərbəst buraxılsa da məmurların müsadirə etdiyi kompüter, telefon və digər şəxsi əşyaları ona geri verilməyib.

“Həsənzadənin yaxınları onun türkcə kitablar satmaq, ustad Şəhriyarın bir şeirini ehtiva edən kartlar və Azərbaycanın tarixi binalarından fotoşəkillər çap etməsi səbəbi ilə saxlanıldığını ifadə ediblər,” deyə Oyan News saytının məlumatında dərc edilib.

Ramin Həsənzadə İran Azərbaycanının Muğan bölgəsində Parsapad Azad Universitetinin yaxınlığında yerləşən bir dəftərxana ləvazimatı mağazası işlədir.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter