Soyuq Savaş ve Güney Azərbaycan Milli-Demokratik Dövləti(AMD)nin aqibəti- Paşa Sarxanlı
Soyuq Savaş ve Güney Azərbaycan
Milli-Demokratik Dövləti(AMD)nin aqibəti:
Güney Azərbaycan 21 azər hərəkati və Azərbaycan milli-demokratik dövləti bir il sonra yani 1946-nin 21 azərində yenigiyə uğramayıb, həyatına davam verə bilsəydi, indi günümüz dünyasında bu ölkənin necə bir qonum və durumu vardı?
Qonşularına, Orta doğuya, islam dünyasına və qərb dünyasının politik və ekonomik strateji və taktiklərinə necə bir təsirlər qoya biləcəkdi?
Arazın iki tayında yerləşən Odlar Yurdu, milli-siyasi bir bütün olaraq, hansı durumlar içində yaşayıb və yaşayacaqdı?
Bu sorğuların cavabını araşdırmadan öncə, başqa bir sorunu yanıtlamamız gərəkir:
Azərbaycan Milli Dövləti(AMD) nədən ayaqda qala bilmədi?
Bu sorunun yanıtını açıqlaya bilməmiz üçün isə; ikinci dünya savaşının
Sonlarına doğru və ondan sonra yeni güclər dəngəsi, yeni dünya düzəni, soyuq savaş və onun başlanqıc nədənlərinə göz atmalıyıq.
1945, 4 fevraldan, 11 fevrala qədər sürən Yalta konfransı, Francline Roozvelt, Winston Churchill və Josef Stalini, bu müddət içində, gözəl Livadia sarayında biraraya gətirə bilmişdi.
Birləşmiş Millətlər Təşkilatının(BMT) Sanfransiskoda, qurucu konfransının bildirgəsi, Yalta konfransında açıqlandı.
Churchill, Almanyanın əskəri işğalına son qoymaq üçün, Fransanın da qatıldığını, çox çətinliklə Roozvelt və bilxüsus Stalinə qəbul etdirə bilmişdi.
Almanyanın bölünməsi və təzminat ödəməsi xüsusunda anlaşa bilməyən tərəflər, sorunun gələcəyə buraxılmasına qərar vermişdi.
Yalta konfransının sonucları:
- Sovetlər Birliyi, Almanyanın təslimindən qısa bir zaman sonra, Japonyaya qarşı savaş açmayı və Uzaq Şərq savaşına qatılmayı qəbul etdi. Buna qarşılıq, Sovetlər böyük ödünlər əldə etdi: Güney Sakalin ətrafındaki adaların, Port Arthur dəniz üssü və Koril adalarının Sovjetlərə verilməsi, monchuryanın Çin hakimiyyəti altında qalması ilə yanaşı, Sinkiang dəmir yollarının, Sovet ilə Çin tərəfindən müştərəkən işlədilməsi.
1924 də, dış Moğulistanda qurulmuş, ancaq Çin tərəfindən rədd edilmiş olan xalq cumhuriyəti statosunun Chian Kay Chekə bildirilmədi.
- Almanya üç işğal bölgəsinə ayrılmış olacaq, İngilis və Amerika özlərinə düşən bölgələrdə, Fransaya da bir bölmə teslim edəcəkdi. Eyni şəkildə Berlin şəhri də işğal altında olacaqdı.
- Sovyetlər, Almanyanın 20 milyard dolar təmirat borcu ödəməsini və Almanya ağır sənayisinin %80 nin yox edilməsi təklifini verdilər. Amerika və İngiltərə, Sovyet təklifini çox ağır buldular və 20 milyard ödəmə qonusunu gələcəyə buraxdılar.
- Birləşmiş Millətlər sorunu: Bu xüsusda, veto haqqı və üyəlik şərayiti bəhs olundu. Güvənlik Konseyinin(Əmniyyət Şurasının), daimi üyələri üçün veto haqqı tanındı. Üyəlik mövzusunda isə Sovyetlər, Tütkiyə başda olmaqla birlikdə, Sovyetlərlə diplomatik münsibət qurmqmış olan Güney Amerika dövlətlərinin, Birləşmiş Millətlər Təşkilatına üyə olaraq alınmalarını təklif etdi.
Müzkirə sonucunda, ortaq düşmana 1 mars 1945-ə qədər savaş elan edənlərin, üyəliyə alınmasına qərar verildi.
Türkiyə, 23 fevral 1945də təqribən iki həftə Yalta konfransından sonra, Almanya və Japonyaya qarşı savaş elan etməyə məcbur oldu. ( Almanya, 7 maj 1945də təslim oldu.)
5.Polşa(Ləhistan) sorunu: Varşavada bulunan keçərgi Polşa hökümətinin ən qısa zamanda, gizli səsə dayanan azad və demokratik seçkilər tərtibləməsi qərara alındı. Polşanın şərqi səhədləri üçün, 1919, Paris barış konfransında təsbit edilən “Korzon Xətti” qəbul edildi. Qərbi sərhədlər üçün Sovyetlər, Oder Nisse çaylarının təbii xəttini təklif etdilər. İngiltərə, Polşanın Almanyadan torpaq ilhaqına qarşı olduğundan, səhədlərin təsbit edilmə işi sonraya buraxıldı.
6. Qurtarılan Avrupa haqqında, bildiriş: Bu bildiriş vasitəsilə əski Nazi Almanyasının peyki olan ölkələrdə, demokratik rejimlərin qurulacağı açıqlandı.
7.İran sorunu: Bu dönəmdə, İran üç müttəfiq dövlət arasında bölünüb və Sovet hegomonyası altında olan Cənubi Azərbaycanda milli dövlət qurma hazırlıqları gedirdi. Sovyetlər bu demoktratik hərəkatı dəstəkləməyi düşünürdü. Bu tutum qarşısında İngiltərə rizayətsizliyini bildirib, sorunun görüşülüb, çözümə bağlanması sonraya buraxıldı.
8. Boğazlar sorunu: Boğazlar statosunun Sovyetlər lehinə dəyişdirilməsinə, mövzunun xarici işlər nazirləri səvyyəsində ələ alınmasına, bu durumdan Türkiyənin də xəbərdar edilməsinə qərar verildi.
Nəticə olaraq; Yalta konfransından, Stalin olduqca məmnuniyətlə, Churchil isə, düşündüklərini əldə edə bilməmənin üzüntüsü içində ayrıldı.
Bunun üçündür ki, Churchill, xatirərinin Yalta ilə başlayan qısmına “Dəmir Pərdə” adını qoyub və Yalta konfrasını final olaraq dəyərləndirmişdir.
Doğrusu da Yalta böyük ittifaqın sonu olmuş, işbirliyinin yerini, rəqabət və münaqişə almışdı.
Təqribən 6 ay sonra, 1945-in 17-sindən, 2 avgustuna qədər Potesdam konfransı bərpa olundu. Almanyanın bir şəhri olan Potesdamda tərtiblənən konfransda, İranın dər hal boşaldılmasına qərar verildi. Qabaqca bildirdiyimiz kimi Almanya 7 may 1945-də təslim olmuşdu. Bundan dolayı, Potesdam konfransı sülh şərayitində və ikinci dünya savaşının üç böyüklərinin bərabərcə tərtiblədikləri son böyük konfrans oldu.
İran böhranı: 1945-inci il dekabr ayının 12-sində, 21 Azər hərakatının qələbəsilə əlaqədar faaliyətə başlamış Azərbaycan Milli Məclisi(AMM) qərarı ilə, Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökümətinin, baş naziri kimi təyin edildi.
Pişəvəri, öz hökümətinə layiq və uyqun gördüyü nazirlər heyətini diqqəti nəzərdən keçirdikdən sonra, sürətlə ölkənin fikri və maddi inkişafı doğrultusunda çalışmaya başladı.
Bu hərəkət sadəcə Tehran irticası və yenicə şahənşahlığa başlayan Mohammad Reza Şah deyil, eyni dərəcədə və hətta daha yüksək bir dərəcədə İngilis və Amerika siyasətçilərini qorxuya salmışdı. Çünki bunlar Cənubi Azərbaycanın öz qurtuluşunu əldə etdiyi zaman, İranda, məntəqədə və dolaysıyla dünyada necə bir etkilər buraxa biləcəyini yaxşı bilirdilər. Ən azından, İran irticai çənbəri içində məhbus olan, daha doğrusu, tədricən əridilib, tükənməyə məhküm edilən xalqlar və kültürləırin, özlərini qurtarma hərəkətlərinin qarşısı alına bilməyəcəkdi.
Bu da, Mərkəzi İran və Farsistanda sol və Sovyet yanlısı bir hökümətin iş başına gəlmə ehtimalını çox gücləndirirdi. Əsasən Tudəh partiyası, bu doğrultuda əlindən gələni əsirgəməmişdi.
Belə bir dəyişiklik qarşısında, irticai ərəb höhümətləri və hətta bəlli bir ölçüdə Türkiyənin başı, ilk başda dərdə düşəcəkdi.
Ruslar, Güney Azərbaycan və İran dostluğu nəticəsində, Böyük Peterin əski xəyallarını həyata keçirib, uqyanuslara bağlanaraq, isdi su sahillərinə və ən önəmlisi, neft yataqlarına əl tapacaqdı. Bu Stalin və başqa Kremlin hakimlərinin başda gələn planlarından biri idi.
Stalinin bu planı da, Almanyanın bölüşülməsi, Polşa səhədlərinin təyini, Doğu avrupalı başqa ölkələrin Sovyet hegomonyası altına alınması, Uzaq Doğu adalarının rusların əlinə keçməsi kimi qarşılansaydı, savaşın əsil məğlubunun Almanya yox, İngiltərə və Amerika Birləşmiş Ştatlarının olacağı təxmin edilə bilərdi.
12 aprel 1945-də, Franklin Delano Roozvelt, 63 yaşında, təqribən iki ay Yalta konfransından sonra və ikinci dünya savaçının sonuna üç ay qala, həyatı terk etdi. Onun yerinə Harry Troman keçdi.
Əsasən, əkinçi bir ailənin övladı olan Troman, Potesdam konfransına Amerika Birləşik Dövlətləri başqanı kimi qatıldı. O, ilk saatlarda, Stalindən müsbət təsirlər aldı. Ancaq çox qısa müddət içində, Stalinin necə öz hədəflərinə əl tapmaq uğrunda, qurnaz, acımaz və inatçı olduğunu başa düşdü.
Troman Stalini bir az yumuşatmaq amacıyla, ABD,nin çox böyük təxrib gücünə malik, yeni bir slaha əl tapdığını, Stalinə bəlirtdi. Troman, Amerikanin ilk atom bombası sınağının, başarı ilə sona çatdığını, bizzat Potesdamda doymuşdu. Stalin isə bu təxrib gücü böyük olan yeni silahın, atom bombası olduğunu, neçə ay öncə, casusları vasitəsilə əldə etmişdi.
Stalinin, Tromana cavabı, bir soru şəklində olmuşdu:” Yaxşı, belə silahınız varsa, niyə japonların başına tökmürsüz?”.
Digər yandan O, həmən öz dış işləri naziri Molotovla əlaqə qurub, dedi:” Biz Kürşatovdan öz işlərinə sürət verməsini istəməliyik.”
(Kürşatov, Sovet atom bombası prujəsinin rəhbəri idi”)
Ancaq Troman, hər yoldan isə, Stalinin Japonyaya hücum etməsini sağlaya bildi və daha sonra, ilk atom bombalarının Hiroshima və Nakazakıya atılmasının əmrini verdi.
Burada, Cənubi Azərbaycanın, Məşrutiyət İnqilabı ilə, daha dğrusu, Baki nəft quyularının qazılmasının başlaması ilə başlayan, İkinci Dünya Savaşının yaratdığı çox uyqun şərayit və Pişəvəri kimi bir öndərin qabağa atılmasıyla, ufuqlarda parlayan milli qurtuluşunun, ilk addımlarını atması, necə qarmaşıq və çətin uluslar arası bir müadilənin ortasında qaldığına diqqətinizi cəlb etmək isdirəm.
O zamanlar, 4-5 miljonluq Güney Azərbaycan xalqı, yoxsulluq, savadsızlıq, feodalizm, bəylər, xanlar, mollalar və müctehidlərin ictimai və fikri baskı düzəni altında yaşayırdı.
O tərəfdə, qərbin dəstəyini alan yeni Şahənşah, Tehran irticası, nəft, İngilis və Amerika, bu tərəfdə isə, əksəriyəti yoxsul kəndli balalarından oluşan, 100-150 nəfərlik, piyadə Fədai dəstələri, Troman və atom bombası qarşısında qalan Stalin və Sovyetlər Birliyi, qarşı-qarşıya gəlmişdilər.
Qabaqca bildirdik ki, Yalta konfransında, İran və Cənubi Azərbaycan qonusunda, Churchill və Stalin anlaşmadıqları üçün, Churchillin istəyi üzərinə, çözüm sonraya buraxılmışdı.
Churchill yaxşı bilirdi ki zaman axışı və Amerikada prezident dəyişikliyi, İran krizini, İngilislərin vəya ən azından, dəmir pərdənin dışında bəlirsiz bir gələcəyə doğru ilərləyən kapitalist dünyanın lehinə çözə bilirdi.
Churchilin düşündüklərinin əksinə Roozvelt, aprel 1945-də dördüncü kəz başqan seçildi. Ancaq O, 82 gün sonra həyata vəda etdi və yerinə Troman keçdi. Beləliklə, Churchill daha sağlam və güclü bir Amerika başqanının araya girməsindən olduqca məmnun oldu.
Xatırlatmaq isdərdim ki Potesdam konfransı, sülh şərayitində, Amerikadan Harry Troman prezidentliyinin ilk günlərində və onun iştiraki ilə, qurtarılmış Almanya torpaqlarında baş tutdu.
Troman, tamamiylə Churchillin sözünü tutdu və İranın, qeydsiz-şərtsiz, dərhal tərk edilməsinə qərar verildi.
Azərbaycan Milli Dövləti, 5 ay bu tarixdən sonra, Amerika və İngilis casusları və strateglərinin gözətimində, öz qanında boğulub, qısa ömrünə son qoyuldu.
Yalta konfransında, hələ hərb şrayitində, savaşın müttəfiq qalibləri arasında başlayan soyuq savaş, 1990-a qədər; yani tam 45 il, bəzən çox çiddətlə və növə təhdidi altında dəvam edib və nəhayət Sovetlər Birliyinin dağılmasıyla son buldu.
Güney Azərbaycanda, Sovetlərin dağılması və Quzey Azərbaycanın qurtuluşu ilə gəlişən, bəzən sadəliklə azadlığı çox yaxında hiss edən dil və kültür hərəkati, cürətlə demək olar ki hələ siyasi arenada, özünə güvənilir bir yer tutmuş deyildir.
İran İslam Cumhurisi dövründə və yinə Sovetlərin dağılmaya üz tutmasıyla birlikdə, Cənubi Azərbaycan türk xalqının asimilasya və əridilməsninə qat-qat şiddət verilib və günümüzdə, bir cür fars dilini danışıb, anlamayan cənubluya az rastlanır.
Burada başda sorduğumuz ikinci sorğunu xatırlatmaq isdərdim: Azərbaycan Milli Dövləti nədən ayaqda qala bilmədi? Sorunun cavabı, Soyuq Savaşın sonuclarından asılı olaraq, danışığımız sırasında verilmişdir. O da Stalin və Qızıl ordunun, Cənubi Azərbaycanı tərk etməsilə başlamışdı. Buradan da bu sonuc çıxır: AMD bu qısa sürə içində, hələ öz ayağı üstündə dura bilməyib, tamamilə Stalinə bağlı qalmışdı.
Tamamiylə deyirik; çünkü Qızıl Orduya, azərbaycandan çıxma əmri verildiyində, Fədailərin də silahlarını verməsi istənmişdi.Bu xəbəri duyan AMD, başqa bir alternativ düşünməyə zaman bulmamışdı və ta başından yenilgiyə uğramışdı. Bundan dolayıdır ki günümüzün milli-siyasi hərəkətlərinin öz ayaqları üstündə dura bilmələri və hər nə bahasına olursa olsun, öz güclərinə dayanmaları təkidə layiqdir.
Bir ata sözümüz deyir: “ Yel gətirəni, sel aparar”. Bu ən azından, Azərbaycan Milli Dövləti xüsusundə keçərli oldu. Əyər Təbriz və Səttarxan, döyüşərək və yonca yiyərək məşrutə alıb, iyalət və vilayət qanunlarını, anayasaya yazdırdı isə, əyər Şeyx Mohəmməd Xiyabani, öz gücünə dayanaraq, Azadistan dövləti qurdu isə və öz iradəsiylə əllərinə silah alıb, döyüşərək öldü isə, Milli Dövlət mənsubları, qardaş qanı tökülməsin dedilər. Ancaq yaxşı bilirik ki, Cənubi Azərbaycanda çoxlu qanlar töküldü. Çox insanlar asıldı. Ölkənin namusu, qururu və qeyrəti ayaqlar altda tapdalandı.
Stalin stədiklərinin %90 nini əldə etmişdi. Əyər Böyük Peterin, vəsiyyəti tam olaraq yerinə yetişmədi isə, bu bir gürcünü çox ilgiləndirməzdi.
Stalin yaxşı bilirdi ki Cənubi Azərbaycan və Şimali İranı tərk etməzsə, üçüncü bir dünya savaşının qarşısında qala bilirdi. Churchill və Troman bir-birlərini yaxşı anlayıb, qərarlarını vermişdilər. Hitlerdən sonra, Stalinin sırası yetişə bilərdi.
Atom bombasının da nə olduğu, Hiroşima və Nakazakidə qısa müddət öncə görülmüşdü. Öz əldə etdiyi qazanclar və böyük başarıları qorumaq uğrunda, bir Cənubi Azərbaycan və üç-dört bənzərini qurban vermək, Stalinin qılına belə toxunmazdı. O Baqirov vasitəsilə Pişəvəriyə təkid etmişdi:” Kişi sənə deyilir oradan çıx, çıx dəəəəə...!”
Cənubi Azərbaycan xalqı, və genəlində bütün Azərbaycan xalqı və milləti öz keçmişini diqqətlə öyrənməlidir. Pambuq qahramanlar düzəldərək, heç bir yerə yetişmək olmaz. Keçmişi bilmək, ondan dərs almaq üçündür. Onu bəzəyib, düzəyib,” bir zamanlar biz də vardıq” demək üçün deyil. Qurtuluş savaşlarının ən çətinlərindən birini, tam nabərabər bir şərayitdə, tam çətin bir ortamda, qan və baruta qarışaraq, yoxsulluq və əziklik içində, Türkiyə türkləri, uğurla başa çatdırıb və ölkələrinin əsas bölməsini əldə saxlaya bilmişlər.
Əbbəttə ki Cənubi Azərbaycanın, bir dünya impratorluğunun çöküntüsündən sonra, ortaya çıxan durumla qarşılanması, doğru deyil. Amma yinə də alınacaq çox dərslər var.Öz gücünə dayanmaq, eyni halda var olan hər cür imkani doğru dəyərləndirib, hədəf yolunda qullanmaq. Sadəcə öz yoluna və öz hədəfinə düşünüb, ona inanmaq. Başqa hər şey, insani dəyərlər gözdə tutularaq, vəsilə və vasitə kimi görülməlidir. -Son-
Yararlandığımız bir neçə qaynaq:
1-“1900-talet i text och bild” isvəççə (1900 li illər, yazıda və şəkildə”
Yazarlar: Simon Adams, Viv Crool, Margareth Crowder, Will Fowler
2-“ Historier med Historia” isvəççə, (Tarixlərin tarixi)
” Det Bästa” (Ən yaxşılar) dərgisindən
3- “Världens historia” ( Dünya Tarixi), aylıq dərgi
4- ozgurhayat.org, 5- ilkadımdergisi.com 6- Büyük Larousse
Yazıb, hazırlayan: Pasha Sarxanlı
سویوق ساواش و گونئی آذربایجان میللی-دئموکراتیک دؤولتی(آمد)نین آقیبتی- پاشا سارخانلی
گونئی آذربایجان 21 آذر حرکاتی و آذربایجان میللی-دئموکراتیک دؤولتی بیر ایل سونرا یانی 1946-نین 21 آذرینده یئنیگییه اوغراماییب، حیاتینا داوام وئره بیلسیدی، ایندی گونوموز دونیاسیندا بو اؤلکهنین نئجه بیر قونوم و دورومو واردی؟
قونشولارینا، اورتا دوغویا، ایسلام دونیاسینا و قرب دونیاسینین پولیتیک و ائکونومیک ایستراتئژی و تاکتیکلرینه نئجه بیر تأثیرلر قویا بیلهجکدی؟
آرازین ایکی تاییندا یئرلشن اودلار یوردو، میللی-سیاسی بیر بوتون اولاراق، هانسی دوروملار ایچینده یاشاییب و یاشایاجاقدی؟
بو سورغولارین جاوابینی آراشدیرمادان اؤنجه، باشقا بیر سورونو یانیتلامامیز گرکیر:
آذربایجان میللی دؤولتی(آمد) ندن آیاقدا قالا بیلمهدی؟
بو سورونون یانیتینی آچیقلایا بیلمهمیز اوچون ایسه؛ ایکینجی دونیا ساواشینین
سونلارینا دوغرو و اوندان سونرا یئنی گوجلر دنگهسی، یئنی دونیا دوزنی، سویوق ساواش و اونون باشلانقیج ندنلرینه گؤز آتمالیییق.
1945، 4 فئورالدان، 11 فئورالا قدر سورن یالتا کونفرانسی، فرانجلینئ رووزوئلت، Winston جهورجهیلل و ژوسئف ایستالینی، بو مدت ایچینده، گؤزل لیوادیا ساراییندا بیرارایا گتیره بیلمیشدی.
بیرلشمیش میللتلر تشکیلاتینین(بمت) سانفرانسیسکودا، قوروجو کونفرانسینین بیلدیرگهسی، یالتا کونفرانسیندا آچیقلاندی.
جهورجهیلل، آلمانیانین اسکری ایشغالینا سون قویماق اوچون، فرانسانین دا قاتیلدیغینی، چوخ چتینلیکله رووزوئلت و بیلخوسوس ایستالینه قبول ائتدیره بیلمیشدی.
آلمانیانین بؤلونمهسی و تزمینات اؤدمهسی خوسوسوندا آنلاشا بیلمهین طرفلر، سورونون گلهجهیه بوراخیلماسینا قرار وئرمیشدی.
یالتا کونفرانسینین سونوجلاری:
- سووئتلر بیرلیگی، آلمانیانین تسلیمیندن قیسا بیر زامان سونرا، ژاپونیایا قارشی ساواش آچمایی و اوزاق شرق ساواشینا قاتیلمایی قبول ائتدی. بونا قارشیلیق، سووئتلر بؤیوک اؤدونلر الده ائتدی: گونئی ساکالین اترافینداکی آدالارین، پورت آرتهور دنیز اوسسو و کوریل آدالارینین سووژئتلره وئریلمهسی، مونجهوریانین چین حاکمیتی آلتیندا قالماسی ایله یاناشی، سینکیانگ دمیر یوللارینین، سووئت ایله چین طرفیندن مشترکن ایشلدیلمهسی.
1924 ده، دیش موغولیستاندا قورولموش، آنجاق چین طرفیندن رد ائدیلمیش اولان خالق جومهوریتی ایستاتوسونون جهیان کای جهئکه بیلدیریلمهدی.
- آلمانیا اوچ ایشغال بؤلگهسینه آیریلمیش اولاجاق، اینگیلیس و آمئریکا اؤزلرینه دوشن بؤلگهلرده، فرانسایا دا بیر بؤلمه تئسلیم ائدهجکدی. عینی شکیلده بئرلین شهری ده ایشغال آلتیندا اولاجاقدی.
- سوویئتلر، آلمانیانین 20 میلیارد دولار تمیرات بورجو اؤدمهسینی و آلمانیا آغیر سناییسینین %80 نین یوخ ائدیلمهسی تکلیفینی وئردیلر. آمئریکا و اینگیلتره، سوویئت تکلیفینی چوخ آغیر بولدولار و 20 میلیارد اؤدمه قونوسونو گلهجهیه بوراخدیلار.
- بیرلشمیش میللتلر سورونو: بو خوسوسدا، وئتو حاقی و اویهلیک شرایطی بحث اولوندو. گوونلیک کونسئیینین(امنیت شوراسینین)، دایمی اویهلری اوچون وئتو حاقی تانیندی. اویهلیک مؤوضوسوندا ایسه سوویئتلر، توتکییه باشدا اولماقلا بیرلیکده، سوویئتلرله دیپلوماتیک مونسیبت قورمقمیش اولان گونئی آمئریکا دؤولتلرینین، بیرلشمیش میللتلر تشکیلاتینا اویه اولاراق آلینمالارینی تکلیف ائتدی.
موزکیره سونوجوندا، اورتاق دوشمانا 1 مارس 1945-ا قدر ساواش اعلان ائدنلرین، اویهلییه آلینماسینا قرار وئریلدی.
تورکییه، 23 فئورال 1945ده تقریباً ایکی هفته یالتا کونفرانسیندان سونرا، آلمانیا و ژاپونیایا قارشی ساواش اعلان ائتمهیه مجبور اولدو. ( آلمانیا، 7 ماژ 1945ده تسلیم اولدو.)
5.پولشا(لهیستان) سورونو: وارشاوادا بولونان کئچرگی پولشا حکومتینین ان قیسا زاماندا، گیزلی سسه دایانان آزاد و دئموکراتیک سئچکیلر ترتیبلمهسی قرارا آلیندی. پولشانین شرقی سهدلری اوچون، 1919، پاریس باریش کونفرانسیندا تثبیت ائدیلن “کورزون ختتی” قبول ائدیلدی. قربی سرحدلر اوچون سوویئتلر، اودئر نیسسئ چایلارینین طبیعی ختتینی تکلیف ائتدیلر. اینگیلتره، پولشانین آلمانیادان تورپاق ایلهاقینا قارشی اولدوغوندان، سهدلرین تثبیت ائدیلمه ایشی سونرایا بوراخیلدی.
6. قورتاریلان آوروپا حاقیندا، بیلدیریش: بو بیلدیریش واسطهسیله اسکی نازی آلمانیاسینین پئیکی اولان اؤلکهلرده، دئموکراتیک رئژیملرین قورولاجاغی آچیقلاندی.
7.ایران سورونو: بو دؤنمده، ایران اوچ موتتفیق دؤولت آراسیندا بؤلونوب و سووئت هئگومونیاسی آلتیندا اولان جنوبی آذربایجاندا میللی دؤولت قورما حاضرلیقلاری گئدیردی. سوویئتلر بو دئموکتراتیک حرکاتی دستکلمیی دوشونوردو. بو توتوم قارشیسیندا اینگیلتره رضایتسیزلیگینی بیلدیریب، سورونون گؤروشولوب، چؤزومه باغلانماسی سونرایا بوراخیلدی.
8. بوغازلار سورونو: بوغازلار ایستاتوسونون سوویئتلر لئهینه دییشدیریلمهسینه، مؤوضونون خاریجی ایشلر ناظرلری سوییهسینده اله آلینماسینا، بو دورومدان تورکییهنین ده خبردار ائدیلمهسینه قرار وئریلدی.
نتیجه اولاراق؛ یالتا کونفرانسیندان، ایستالین اولدوقجا ممنونیتله، جهورجهیل ایسه، دوشوندوکلرینی الده ائده بیلممهنین اوزونتوسو ایچینده آیریلدی.
بونون اوچوندور کی، جهورجهیلل، خاتیررینین یالتا ایله باشلایان قیسمینا “دمیر پرده” آدینی قویوب و یالتا کونفراسینی فینال اولاراق دیرلندیرمیشدیر.
دوغروسو دا یالتا بؤیوک اتفاقین سونو اولموش، ایشبیرلیگینین یئرینی، رقابت و موناقیشه آلمیشدی.
تقریباً 6 آی سونرا، 1945-این 17-سیندن، 2 آوگوستونا قدر پوتئسدام کونفرانسی برپا اولوندو. آلمانیانین بیر شهری اولان پوتئسدامدا ترتیبلنن کونفرانسدا، ایرانین در حال بوشالدیلماسینا قرار وئریلدی. قاباقجا بیلدیردیگیمیز کیمی آلمانیا 7 مای 1945-ده تسلیم اولموشدو. بوندان دولایی، پوتئسدام کونفرانسی سوله شرایطینده و ایکینجی دونیا ساواشینین اوچ بؤیوکلرینین برابرجه ترتیبلدیکلری سون بؤیوک کونفرانس اولدو.
ایران بحرانی: 1945-اینجی ایل دئکابر آیینین 12-سینده، 21 آذر هراکاتینین قلبهسیله علاقهدار فاالیته باشلامیش آذربایجان میللی مجلیسی(آمم) قراری ایله، سید جعفر پیشوری، آذربایجان میللی حکومتینین، باش ناظری کیمی تعیین ائدیلدی.
پیشوری، اؤز حکومتینه لاییق و اویقون گؤردوگو ناظرلر هئیتینی دقتی نظردن کئچیردیکدن سونرا، سرعتله اؤلکهنین فیکری و مادی اینکیشافی دوغرولتوسوندا چالیشمایا باشلادی.
بو حرکت سادهجه تئهران ایرتیجاسی و یئنیجه شاهنشاهلیغا باشلایان موهامماد رئزا شاه دئییل، عینی درجهده و حتی داها یوکسک بیر درجهده اینگیلیس و آمئریکا سیاستچیلرینی قورخویا سالمیشدی. چونکی بونلار جنوبی آزربایجانین اؤز قورتولوشونو الده ائتدیگی زامان، ایراندا، منطقهده و دولایسییلا دونیادا نئجه بیر ائتکیلر بوراخا بیلجیینی یاخشی بیلیردیلر. ان آزیندان، ایران ارتجاعی چنبری ایچینده مهبوس اولان، داها دوغروسو، تدریجن اریدیلیب، توکنمهیه مهکوم ائدیلن خالقلار و کولتورلیرین، اؤزلرینی قورتارما حرکتلرینین قارشیسی آلینا بیلمهیهجکدی.
بو دا، مرکزی ایران و فارسیستاندا سول و سوویئت یانلیسی بیر حکومتین ایش باشینا گلمه احتیمالینی چوخ گوجلندیریردی. اساساً توده پارتیاسی، بو دوغرولتودا علیندن گلنی اسیرگممیشدی.
بئله بیر دییشیکلیک قارشیسیندا، ارتجاعی عرب هؤهومتلری و حتی بللی بیر اؤلچوده تورکییهنین باشی، ایلک باشدا درده دوشهجکدی.
روسلار، گونئی آذربایجان و ایران دوستلوغو نتیجهسینده، بؤیوک پئتئرین اسکی خیاللارینی حیاتا کئچیریب، اوقیانوسلارا باغلاناراق، ایسدی سو ساحللرینه و ان اؤنملیسی، نئفت یاتاقلارینا ال تاپاجاقدی. بو ایستالین و باشقا کرئملین حاکملرینین باشدا گلن پلانلاریندان بیری ایدی.
ایستالینین بو پلانی دا، آلمانیانین بؤلوشولمهسی، پولشا سهدلرینین تعیینی، دوغو آوروپالی باشقا اؤلکهلرین سوویئت هئگومونیاسی آلتینا آلینماسی، اوزاق دوغو آدالارینین روسلارین علینه کئچمهسی کیمی قارشیلانسایدی، ساواشین اصیل مغلوبونون آلمانیا یوخ، اینگیلتره و آمئریکا بیرلشمیش شتاتلارینین اولاجاغی تخمین ائدیله بیلردی.
12 آپرئل 1945-ده، فرانکلین دئلانو رووزوئلت، 63 یاشیندا، تقریباً ایکی آی یالتا کونفرانسیندان سونرا و ایکینجی دونیا ساواچینین سونونا اوچ آی قالا، حیاتی تئرک ائتدی. اونون یئرینه هارری ترومان کئچدی.
اساساً، اکینچی بیر عائلهنین اؤولادی اولان ترومان، پوتئسدام کونفرانسینا آمئریکا بیرلشیک دؤولتلری باشقانی کیمی قاتیلدی. او، ایلک ساعتلاردا، ایستالیندن موسبت تأثیرلر آلدی. آنجاق چوخ قیسا مدت ایچینده، ایستالینین نئجه اؤز هدفلرینه ال تاپماق اوغروندا، قورناز، آجیماز و ایناتچی اولدوغونو باشا دوشدو.
ترومان ایستالینی بیر آز یوموشاتماق آماجییلا، آبد،نین چوخ بؤیوک تخریب گوجونه مالیک، یئنی بیر سلاها ال تاپدیغینی، ایستالینه بلیرتدی. ترومان، آمئریکانین ایلک آتوم بومباسی سیناغینین، باشاری ایله سونا چاتدیغینی، بیززات پوتئسدامدا دویموشدو. ایستالین ایسه بو تخریب گوجو بؤیوک اولان یئنی سلاحین، آتوم بومباسی اولدوغونو، نئچه آی اؤنجه، جاسوسلاری واسطهسیله الده ائتمیشدی.
ایستالینین، ترومانا جاوابی، بیر سورو شکلینده اولموشدو:” یاخشی، بئله سلاحینیز وارسا، نیه ژاپونلارین باشینا تؤکمورسوز؟”.
دیگر یاندان او، همن اؤز دیش ایشلری ناظری مولوتوولا علاقه قوروب، دئدی:” بیز کورشاتوودان اؤز ایشلرینه سرعت وئرمهسینی ایستملیگیک.”
(کورشاتوو، سووئت آتوم بومباسی پروژهسینین رهبری ایدی”)
آنجاق ترومان، هر یولدان ایسه، ایستالینین ژاپونیایا هوجوم ائتمهسینی ساغلایا بیلدی و داها سونرا، ایلک آتوم بومبالارینین هیروسهیما و ناکازاکییا آتیلماسینین امرینی وئردی.
بورادا، جنوبی آزربایجانین، مشروتیت اینقیلابی ایله، داها دغروسو، باکی نفت قویولارینین قازیلماسینین باشلاماسی ایله باشلایان، ایکینجی دونیا ساواشینین یاراتدیغی چوخ اویقون شرایط و پیشوری کیمی بیر اؤندرین قاباغا آتیلماسییلا، اوفوقلاردا پارلایان میللی قورتولوشونون، ایلک آددیملارینی آتماسی، نئجه قارماشیق و چتین اولوسلار آراسی بیر موادیلهنین اورتاسیندا قالدیغینا دقتینیزی جلب ائتمک ایسدیرم.
او زامانلار، 4-5 میلژونلوق گونئی آذربایجان خالقی، یوخسوللوق، ساوادسیزلیق، فئودالیزم، بیلر، خانلار، موللالار و موجتئهیدلرین اجتماعی و فیکری باسکی دوزنی آلتیندا یاشاییردی.
او طرفده، قربین دستیینی آلان یئنی شاهنشاه، تئهران ایرتیجاسی، نفت، اینگیلیس و آمئریکا، بو طرفده ایسه، اکسریتی یوخسول کندلی بالالاریندان اولوشان، 100-150 نفرلیک، پیاده فدای دستهلری، ترومان و آتوم بومباسی قارشیسیندا قالان ایستالین و سوویئتلر بیرلیگی، قارشی-قارشییا گلمیشدیلر.
قاباقجا بیلدیردیک کی، یالتا کونفرانسیندا، ایران و جنوبی آذربایجان قونوسوندا، جهورجهیلل و ایستالین آنلاشمادیقلاری اوچون، جهورجهیللین ایستیی اوزرینه، چؤزوم سونرایا بوراخیلمیشدی.
جهورجهیلل یاخشی بیلیردی کی زامان آخیشی و آمئریکادا پرئزیدئنت دییشیکلیگی، ایران کریزینی، اینگیلیسلرین ویا ان آزیندان، دمیر پردهنین دیشیندا بلیرسیز بیر گلهجهیه دوغرو ایلرلهین کاپیتالیست دونیانین لئهینه چؤزه بیلیردی.
جهورجهیلین دوشوندوکلرینین عکسینه رووزوئلت، آپرئل 1945-ده دؤردونجو کز باشقان سئچیلدی. آنجاق او، 82 گون سونرا حیاتا ودا ائتدی و یئرینه ترومان کئچدی. بئلهلیکله، جهورجهیلل داها ساغلام و گوجلو بیر آمئریکا باشقانینین آرایا گیرمهسیندن اولدوقجا ممنون اولدو.
خاتیرلاتماق ایسدردیم کی پوتئسدام کونفرانسی، سوله شرایطینده، آمئریکادان هارری ترومان پرئزیدئنتلیگینین ایلک گونلرینده و اونون ایشتیراکی ایله، قورتاریلمیش آلمانیا تورپاقلاریندا باش توتدو.
ترومان، تامامیله جهورجهیللین سؤزونو توتدو و ایرانین، قئیدسیز-شرطسیز، درهال ترک ائدیلمهسینه قرار وئریلدی.
آذربایجان میللی دؤولتی، 5 آی بو تاریخدن سونرا، آمئریکا و اینگیلیس جاسوسلاری و ایستراتئگلرینین گؤزتیمینده، اؤز قانیندا بوغولوب، قیسا اؤمرونه سون قویولدو.
یالتا کونفرانسیندا، هله حرب شراییتینده، ساواشین موتتفیق قالیبلری آراسیندا باشلایان سویوق ساواش، 1990-آ قدر؛ یانی تام 45 ایل، بزن چوخ چیددتله و نؤوه تهدیدی آلتیندا دوام ائدیب و نهایت سووئتلر بیرلیگینین داغیلماسییلا سون بولدو.
گونئی آذربایجاندا، سووئتلرین داغیلماسی و قوزئی آزربایجانین قورتولوشو ایله گلیشن، بزن سادهلیکله آزادلیغی چوخ یاخیندا هیسس ائدن دیل و کولتور حرکاتی، جورتله دئمک اولار کی هله سیاسی آرئنادا، اؤزونه گوونیلیر بیر یئر توتموش دئییلدیر.
ایران ایسلام جومهوریسی دؤورونده و یینه سووئتلرین داغیلمایا اوز توتماسییلا بیرلیکده، جنوبی آذربایجان تورک خالقینین آسیمیلاسیا و اریدیلمسنینه قات-قات شدت وئریلیب و گونوموزده، بیر جور فارس دیلینی دانیشیب، آنلامایان جنوبلویا آز راستلانیر.
بورادا باشدا سوردوغوموز ایکینجی سورغونو خاتیرلاتماق ایسدردیم: آذربایجان میللی دؤولتی ندن آیاقدا قالا بیلمهدی؟ سورونون جاوابی، سویوق ساواشین سونوجلاریندان آسیلی اولاراق، دانیشیغیمیز سیراسیندا وئریلمیشدیر. او دا ایستالین و قیزیل اوردونون، جنوبی آذربایجانی ترک ائتمهسیله باشلامیشدی. بورادان دا بو سونوج چیخیر: آمد بو قیسا سوره ایچینده، هله اؤز آیاغی اوستونده دورا بیلمهییب، تامامیله ایستالینه باغلی قالمیشدی.
تامامیله دئییریک؛ چونکو قیزیل اوردویا، آذربایجاندان چیخما امری وئریلدیگینده، فدایلرین ده سلاحلارینی وئرمهسی ایستنمیشدی.بو خبری دویان آمد، باشقا بیر آلتئرناتیو دوشونمهیه زامان بولمامیشدی و تا باشیندان یئنیلگییه اوغرامیشدی. بوندان دولاییدیر کی گونوموزون میللی-سیاسی حرکتلرینین اؤز آیاقلاری اوستونده دورا بیلمهلری و هر نه باهاسینا اولورسا اولسون، اؤز گوجلرینه دایانمالاری تکیده لاییقدیر.
بیر آتا سؤزوموز دئییر: “ یئل گتیرنی، سئل آپارار”. بو ان آزیندان، آذربایجان میللی دؤولتی خوسوسونده کئچرلی اولدو. ایر تبریز و ستتارخان، دؤیوشهرک و یونجا ییهرک مشروته آلیب، یالت و ویلایت قانونلارینی، آنایاسایا یازدیردی ایسه، ایر شئیخ موهممد خیابانی، اؤز گوجونه دایاناراق، آزادیستان دؤولتی قوردو ایسه و اؤز ایرادسیله اللرینه سلاح آلیب، دؤیوشهرک اؤلدو ایسه، میللی دؤولت منسوبلاری، قارداش قانی تؤکولمهسین دئدیلر. آنجاق یاخشی بیلیریک کی، جنوبی آذربایجاندا چوخلو قانلار تؤکولدو. چوخ اینسانلار آسیلدی. اؤلکهنین ناموسو، قورورو و قئیرتی آیاقلار آلتدا تاپدالاندی.
ایستالین ایستدیکلرینین %90 نینی الده ائتمیشدی. ایر بؤیوک پئتئرین، وسیتی تام اولاراق یئرینه یئتیشمهدی ایسه، بو بیر گورجونو چوخ ایلگیلندیرمزدی.
ایستالین یاخشی بیلیردی کی جنوبی آذربایجان و شیمالی ایرانی ترک ائتمزسه، اوچونجو بیر دونیا ساواشینین قارشیسیندا قالا بیلیردی. جهورجهیلل و ترومان بیر-بیرلرینی یاخشی آنلاییب، قرارلارینی وئرمیشدیلر. هیتلئردن سونرا، ایستالینین سیراسی یئتیشه بیلردی.
آتوم بومباسینین دا نه اولدوغو، هیروشیما و ناکازاکیده قیسا مدت اؤنجه گؤرولموشدو. اؤز الده ائتدیگی قازانجلار و بؤیوک باشاریلاری قوروماق اوغروندا، بیر جنوبی آذربایجان و اوچ-دؤرت بنزرینی قوربان وئرمک، ایستالینین قیلینا بئله توخونمازدی. او باقیروو واسطهسیله پیشورییه تکید ائتمیشدی:” کیشی سنه دئییلیر اورادان چیخ، چیخ دهههه...!”
جنوبی آذربایجان خالقی، و گئنلینده بوتون آذربایجان خالقی و میللتی اؤز کئچمیشینی دقتله اؤیرنمهلیدیر. پامبوق قاهرامانلار دوزلدهرک، هئچ بیر یئره یئتیشمک اولماز. کئچمیشی بیلمک، اوندان درس آلماق اوچوندور. اونو بزهییب، دوزهییب،” بیر زامانلار بیز ده واردیق” دئمک اوچون دئییل. قورتولوش ساواشلارینین ان چتینلریندن بیرینی، تام نابرابر بیر شرایطده، تام چتین بیر اورتامدا، قان و باروتا قاریشاراق، یوخسوللوق و ازیکلیک ایچینده، تورکییه تورکلری، اوغورلا باشا چاتدیریب و اؤلکهلرینین اساس بؤلمهسینی الده ساخلایا بیلمیشلر.
اببتته کی جنوبی آزربایجانین، بیر دونیا ایمپراتورلوغونون چؤکونتوسوندن سونرا، اورتایا چیخان دوروملا قارشیلانماسی، دوغرو دئییل. اما یینه ده آلیناجاق چوخ درسلر وار.اؤز گوجونه دایانماق، عینی حالدا وار اولان هر جور ایمکانی دوغرو دیرلندیریب، هدف یولوندا قوللانماق. سادهجه اؤز یولونا و اؤز هدفینه دوشونوب، اونا اینانماق. باشقا هر شئی، اینسانی دیرلر گؤزده توتولاراق، وسیله و واسطه کیمی گؤرولمهلیدیر. -سون-
یازیب، حاضرلایان: پاشا سارخانلی