English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran xəstəxanası Azərbaycan vətəndaşının cənazəsini vermir

Azərbaycan vətəndaşı Qorqud Dadaşzadə dünən günorta saatlarında Təbriz şəhərində yeləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib və xəstəxananın pulunu sonadək ödəyə bilməyən ailəyə uşaqlarının cənazəsi verilmir.

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi bildirib ki, görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib və hazırda yalnız 3200 manat borc qalıb.

“Biz yenə də məsələni diqqət mərkəzində saxlayırıq. Azərbaycanın Tehran və Təbriz şəhərlərində yerləşən siyasi nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağına ümid edirik”, mətbuat katibi qeyd edib.

Öz növbəsində, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə APA agentliyinə deyib ki, “Kudəkan” xəstəxanasında vəfat edən uşağın meyitinin ailəsinə qaytarılması ilə bağlı məsələ Azərbaycanın Təbrizdəki Baş konsulluğun nəzarətindədir.

Onun sözlərinə görə, baş konsulluğun konsulu xəstəxanada olub.

“O, uşağın valideynləri ilə görüşüb. Cümə günü İranda istirahət günü olduğundan məsul şəxslər işdə yoxdur. Sabah həm xəstəxana, həm də Təbriz Tibb Universitetinin məsul şəxslərindən xahiş edəcəyik ki, imkanları çatdığı qədər müəyyən güzəştlər etsinlər ki, tezliklə uşağın meyitini vətənə yola salaq. Xahiş etmişik borcun müəyyən hissəsini keçiblər. İran pulu ilə təxminən 5 milyon tümən borc qalıb. Ümid edirik ki, müəyyən güzəştlər olar, Təbriz tibb universitetlərinin köməkliyi ilə meyiti ailəyə verərlər. Biz də əlimizdən gələn köməyi etməyə çalışırıq”.

Qeyd edək ki, 10 aylıq Dadaşzadə Qorqud Rövşən oğlu Təbriz şəhərində "Kudakan" xəstəxanasında yanvarın 20-də ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Xəstəxana 3200 manat borcu əsas gətirərək uşağın meyitini ailəsinə verməkdən imtina edir.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter