گونئی آذربایجان میللی اویانیش حرکاتی، گاموح-ون دونیا قادین گونو ایله باغلی بیلدیریسی
میللتلشمه ائوریم سل، تکامولی بیر پروسئسدیر. گئنلده شعر و ادبیاتلا باشلایان میللی حرکات، ایستنیلن اینسان توپلولوغو ایچینده بوتون آیریشمالاری قالدیرماغا و بوتون بیرئیلری آکتیو وطنداش مؤوقئینه یوکسلتمهیه جهد گؤستریر. میللتلشمیش بیر ائتنوسون عضوو، جینسیتی، دینی، عشیرهسی و بؤلگهسیندن آسیلی اولمایاراق، اؤزونو، سیاسی دوشونجه و یاخود سیاسی پارتیا منسوبیتی ایله تانیملاییر. میللی حرکات ایسه اینسانلاری بو ایستیقامتده بیلینجلندیرمک و توم سیاسی- اجتماعی واحیدلرین فعالیتینه زمین یاراتماق چاباسی دئمکدیر. میللی حرکات آدینا هر بیر سیاسی- اجتماعی حرکتین قارشیسین آلماق، میللی صیفتیندن اوزاقلاشماق و انگللی بیر میللت یاراتماق دئمکدیر. میللی حرکات میللت ایچینده ائنئرژی یاراداراق، توپلومو جانلاندیراراق، اونو هر بیر باخیش دئییشیمینه حاضیرلاییر و بئلهلیکله موختلیف حرکتلرین اینکیشافینا یاردیم ائدیر. بو حرکاتلارین ان اؤنملی سی ایسه قادین حرکاتی دیر. اینسانلارین اورتالاما یاریسینی اولوشدوران قادینلاری آیری-سئچکیلیکدن قورتارماق، اونلارلا کیشیلر (ارککلر) آراسیندا برابر حقوق و فورصتلر ایستیینده اولان قادین حرکاتی بو ایل یوز-جو دونیا قادین گونونو قوتلاماقدادیر. تکجه یوز ایل دئییل، عصیرلر بویو موباریزه آپاران دونیا قادینلاری، بو مسئله نی گونوموزون ان اهمیتلی مسئلهلریندن بیرینه چئویرمه یی باشارمیش و دونیانین گلیشمیش اؤلکهلرینده موختلیف درجهلرده اؤز ایستکلرینه نایل اولموشلار. اما نه یازیق کی اوچونجو دونیا اولکه لرینده دین، سنت و آتا بی لیک (پدر سالاری) کولتورو اوجباتیندان، قادین موختلیف اولچولرده کیشی نین شخصی ملکی کیمی دیرلندیریلیر و اینسانی حورمت و کرامتی آیاقلانیر.
بو گون گونئی آذربایجان قادینی اوچ قاتلی بیر سیتم آلتیندا، اینسان کیمی یاشاماقدان محرومدور. ایراندا دینی ایستیبداد نتیجهسینده سیاسی حاقلارینی ایتیرمیش. تورک اولدوغوندان ، اؤلکهده فارس شووینیزمینین هئژمونیسی سونوجوندا میللی کیملیگی یاساقلانمیش و نهایت، قادین اولدوغوندان ایکینجی درجهلی اینسان کیمی ایستیثمار و تحقیر اولماقدادیر. بو اؤزل دورومون آنتیتئزی اولاراق، گونئی آذربایجان قادینی دونیا قادینلاری ایله برابر، اؤزونه مخصوص قادین حرکاتی نی یاراتمیش، بو سیتملره قارشی توپلومو بیلگیلندیریب، سفربر ائتمکدهدیر. سون ایللرده گلیشمه و گئنیشلنمهسینی داها آرتیق سورعتلندیرن، گونئی آذربایجان قادین حرکاتی، گونئی آذربایجان میللی حرکاتینین ان آکتیو بؤلوملریندن بیرینه چئوریلمیش، میللی حرکاتیمیزین دیگر بؤلوملرینده ده، چاغداشلیق و مودئرن دیرلرین یئر آچماسینی ساغلامیشدیر.
گونئی آذربایجان میللی اویانیش حرکاتی، گاموح آدینا دونیا قادین گونونو آذربایجان قادینلاری، اؤزللیکله قادین حرکاتینین آکتیویستلرینه تبریک ائدیریک. اینانیریق کی قادین حرکاتی و ارکک- قادین برابرلیگی دوشونجهسینین اینکیشافی، میللی حرکاتیمیزی گئریچیلیک و ایرتیجادان قوروماقدا، اؤنملی فاکتورلارداندیر. آذربایجان قادینین اجتماعی- سیاسی فعالیتینه شرایط یاراتماق، اونون اجتماعی امنیتینی قوروماق، هر بیر میللتچی حرکتچینین باشلیجا گؤرویدیر، دوشونجه سینده ییک.
گونئی آذربایجان میللی اویانیش حرکاتی- مرکزی کومیته
تبریز- 2011-03-07
Güney Azərbaycan Milli Oyanış Hərəkatı, GAMOH-un Dünya Qadın günü ilə Bağlı Bildirisi
Millətləşmə evrimsel, təkamüli bir prosesdir. Genəldə şe`r və ədəbiyyatla başlayan milli hərəkat, istənilən insan topluluğu içində bütün ayrışmaları qaldırmağa və bütün bireyləri aktiv vətəndaş mövqeinə yüksəltməyə cəhd göstərir. Millətləşmiş bir etnüsun üzvü, cinsiyyəti, dini, əşirəsi və bölgəsindən asılı olmayraq, özünü, siyası düşüncə və yaxud siyasi partiya mənsübiyyəti ilə tanımlayır. Milli hərəkat isə insanları bu istiqamətdə bilincləndirmək və tüm siyasi- ictimai vahidlərin fəaliyyətinə zəmin yaratmaq çabası deməkdir. Milli hərəkat adına hər bir siyasi- ictimai hərəkətin qarşısın almaq, milli sifətindən uzaqlaşmaq və əngəlli bir millət yaratmaq deməkdir. Milli hərəkat millət içində enerji yaradaraq, toplumu canlandıraraq, onu hər bir baxış deyişiminə hazırlayır və beləliklə müxtəlif hərəkətlərin inkişafına yardım edir. bu hərəkatların ən önəmlisi isə qadın hərəkatıdır. İnsanların ortalama yarısını oluşduran qadınları ayrı-seçkilikdən qurtarmaq, onlarla kişilər (ərkəklər) arasında bərabər hüquq və fürsətlər istəyində olan qadın hərəkatı bu il yüz-cü dünya qadın gününü qutlamaqdadır. Təkcə yüz il deyil, əsirlər boyu mübarizə aparan dünya qadınları, bu məsələni günümüzün ən əhəmiyyətli məsələlərindən birinə çevirməyi başarmış və dünyanın gəlişmiş ölkələrində müxtəlif dərəcələrdə öz istəklərinə nail olmuşlar. Amma nə yazıq ki üçüncü dünya ölkələrində din, sünnət və atabəylik (pədər saları) kültürü ucbatından, qadın müxətəlif olçulərdə kişinin şəxsi mülki kimi dəyərləndirilir və insanı hörmət və kəramətı ayaqlanır.
Bu gün Güney Azərbaycan qadını üç qatlı bir sitəm altında, insan kimi yaşamaqdan məhrümdur. İranda dini istibdad nəticəsində siyası haqlarını itirmiş. Türk olduğundan , ölkədə Fars şovinizminin hejmonisi sonucunda milli kimliyi yasaqlanmış və nəhayət, qadın olduğundan ikinci dərəcəli insan kimi istismar və təhqir olmaqdadır. Bu özəl durumun antitezi olaraq, Güney Azərbaycan qadını dünya qadınları ilə bərabər, özünə məxsus qadın hərəkatı yaratmış, bu sitəmlərə qarşı toplumu bilgiləndirib, səfərbər etməkdədir. Son illərdə gəlişmə və genişlənməsini daha artıq surətləndirən, Güney Azərbaycan Qadın Hərəkatı, Güney Azərbaycan Milli hərəkatının ən aktiv bölümlərindən birinə çevrilmiş, milli hərəkatımızın digər bölümlərində də, çağdaşlıq və modern dəyərlərin yer açmasını sağlamışdır.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı, GAMOH adına dünya qadın gününü Azərbaycan qadınları, özəlliklə qadın hərəkatının aktivistlərinə təbrik edirik. İnanırıq ki qadın hərəkatı və ərkək- qadın bərabərliyi düşüncəsinin inkişafı, milli hərəkatımızı geriçilik və irticadan qorumaqda, önəmli faktorlardandır. Azərbaycan qadının ictimai- siyasi fəaliyyətinə şərayit yaratmaq, onun ictimai əmniyyətini qorumaq, hər bir millətçi hərəkətçinin başlıca görəvidir, düşüncəsindəyik.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı- Mərkəzi Komitə
Təbriz- 2011-03-07