English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

balıqlar(bayram) ayının ikisində “azərbaycanın urmudakı səsi” qurumu “dünya ana dili günü” ilə ilgili törən keçirərək bu günü ağırlamışdır

AzoH: birçox öyrənçi və gənc fəalların qatılımı ilə qurulan bu törəndə ana dili ilə ilgili danışıqlar olmuş və şeirlər oxunmuşdur.

başlanğıcda “azərbaycanın urmudakı səsi”nin baş yazmanı urmu bilimyurdu öyrənçisi “yasir rəncbəri(savalan)” ana dili ilə ilgili bir şeirlə törəni başladaraq dilin önəmini açıqlamış və danışığının bir bölümündə “indisə biz dilimizdə öyrədim görəmürüksə, yazımız olmayacaqdır və yazımız yoxdursa tariximiz olmayacaqdır deməkdir” deyə açıqlama yapmışdır. bu öyrənçi törənin sonrakı bölümlərində aparıcılıq etməklə yanaşı “dünya ana dili günü”nün tarixçəsi haqqqında danışmış və “yunesko” baş yazmanının 2016 «dünya ana dili günü» ilə ilgili mesajinin azərbaycan türkcəsinə çevirisini qatılımçılara sunmuşdur. sonrakı bölümdə “azərbaycanın urmudakı səsi” qurumunun baş yönəldicisi “sina həsəni” ana dilinin önəmini vurğulayaraq, iranda ana dilində öyrədimin yasaqlandığından danışmışdır. bu gənc fəal sözlərini “haqqı vermək suç deyil, haqqı qıç altına qoymaq suçdur” deyə bitirimişdir.

ardında, “azərbaycanın urmudakı səsi”nin qurucularından olan əli əzizi “ana dilim nədən səni danıblar” başlanışlı bir şeir oxumuş, əmin zində del “iranda türk dilində öyrədim haqqqı və bu dilin rəsmiyyətə tanınması” ilə ilgili danışmış, məhəmməd təmddüni eldar “biz nədən özümüzə azəri deyil türk deməliyik” sözüylə ilişkin açıqlama yapmış və əmin isməyili atilla “ana dili ilə ilgili qısa bir şeir parçası” oxumuşdur. bunların yanısıra urmu bilimyurdu öyrənçilərindən olan əli dərgahi “xəlilrza ulutürkün ana dili şeiri”ni oxumuş və bilal bəy məhəmmədi “urmu gölünün quruması ucbatından azərbaycanda yaşam durumunun çətinləşməsi və azərbaycan millətinin irandakı ayrı-seçkiliyə uğramasından” söz açmışdır. bu törənin ən çox bəyənilən və qatılımçıların dönələrcə alqışına nədən olan bölümlərindən biri də üç az yaşlı qız uşağının azərbaycan türkcəsində “mən bir türk balasıyam, türkü mənim dilimdir, azərbaycan elimdir...”, “su deyibdir mənə əvvəldə anam ab ki yox...”, “döyüşlərdə qeyrətimsən, kimdir səni dana dilim? ana dilim, ana dilim...” içərikli şeirləri coşquyla səsləndirdikləri idi.

urmuda “dünya ana dili günü”ndə keçirilən bu törən, “azərbaycanın urmudakı səsi” qurumunun dəstəklədiyi adaylara sunacağı istəklərin oxunmasıyla sona çatdı.

AzoH

 

 

 

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter