English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Daha iki türk fəal Ərdəbil zindanına göndərilib

Ötən ilin noyabr ayında Azərbaycan vilayətlərində keçirilən kütləvi “anti-irqçilik” aksiyalarına qatıldıqlarına görə 3 ay və 1 günlük həbs cəzasına məhkum olan Səid Sadıqifər və Möhsün Möhsünzadə həbs müddətini keçirmək üçün Ərdəbil zindanına göndəriliblər.

Bu fəallar üç digər fəal Tovhid Əmir Əmini, Saleh Piçqanlı və Meysəm Colani ilə bərabər ötən ilin dekabr ayında İran İnqilab Məhkəməsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə mühakimə edildikdən sonra həbs cəzasına məhkum olmuşdular.

Əmir Əmini, Piçqanlı və Colani “futbol stadionunda etnik və millətçilik məzmunlu şüarlar” səsləndirdikləri səbəbilə başqa bir məhkəmədə əlavə olaraq məhkum olduqları 30 şallaq və 3 ay həbs cəzası ilə əlaqədar daha əvvəl zindana göndərilmişdilər.

Bu yaxınlarda iki fərqli məhkəmədə mühakimə edilmiş cəmi 7 milli fəal Ərdəbil zindanına aparılıb. Onların üçü hər iki məhkəmədə cəza alıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter