English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda yeni edam dalğası - “dövlət edamı, əhali əfvi seçir.”

Keçən bir həftə ərzində İranda bəluç və türk cəmiyyətlərinin sıx yaşadığı bölgələr və Mazandaran vilayətində qətl və narkotik qaçaqmalçılığında ittiham edilən azı 20 məhbus edam edildiyi halda, Zəncanda edama məhkum olmuş 5 nəfər qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən bağışlanaraq, dar ağacından xilas edilib.

Edamlar haqqında məlumat İran İnsan Haqları Təşkilatı (İran HR), insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi eləcə də, Qəzvin və Mazandaran vilayətlərinin ədliyyə qurumu tərəfindən yayılıb. Rəsmi dövlət agentliyi İRNA isə İran Azərbaycanının Zəncan vilayətində 5 edam məhkumunun əfv edildiyini bildirib.

Yayılan məlumata istinadən, aprelin 24-dən bəri Zahidan Mərkəzi Zindanında 9, Sari zindanında 2, Kərəcin Rəcayi-şərh zindanında 6, Kərəc Mərkəzi Penitensiarında 2 və Qəzvin Mərkəzi Zindanında 1 edam məhkumunun hökmü icra edilib. Asılanların əksəriyyətinin narkotik qaçaqçılığı ittihamı ilə mühakimə olunduğu bildirilir.

İRNA-nin bildirdiyinə görə, qətl ittihamı ilə mühakimə edilmiş və Zəncan vilayətində həbsdə olan 5 edam məhkumu Zəncan İxtilaf Çözümü Şurasının vasitəçiliyi ilə qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv ediliblər.

İranın məhkəmə qurumlarının açıqladığı statistikaya əsasən, son bir neçə ildə qətl ittihamı ilə əlaqədar edam (qisas) cəzası almış mindən artıq məhkum qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən bağışlanıb.

Qətl ittihamı ilə məhkum olanların əhali tərəfindən bağışlanma hallarının kəskin artdığını müsbət qarşılayan hüquq müdafiəçiləri narkotik qaçaqmalçılığı və siyasi ittihamlar ilə əlaqədar edamların çoxalması və hakimiyyətin bununla bağlı BMT və beynəlxalq insan haqları təşkilatlarının bəyanatlarına məhəl qoymadığını tənqid edirlər.

İran İnsan Haqları Təşkilatı (İran HR) “Dövlət edam edir, əhali bağışlamağı seçir,” başlığı altında son bir neçə ildə əfv edilən edam məhkumları haqqında ətraflı hesabat yayıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter