English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Urmiyə sakinləri Ruhanini ‘Türk dili rəsmi olsun’ çağırışı ilə qarşılayıb

Yerli internet qəzetləri və sosial mediaya istinadən mayın 30-da prezident Həsən Ruhaninin Qərbi Azərbaycan vilayətinə səfəri əsnasında Urmiyə əhalisinin səsləndirdiyi başlıca tələb türk dil haqları və Urmiyə Gölü məsələsi ilə bağlı olub.

Həsən Ruhani iki günlük səfərinin birinci günündə vilayətin mərkəzi olan Urmiyə şəhərinin Təxti Stadionunda sakinlər qarşısında danışıb.

Sosial media və yerli internet qəzetlərinin yayımladığı şəkillərdə çox sayda insanın əllərində saxladığı böyük plakatlarda türk, fars və ingilis dilində şüarların yazıldığı göstərilir: “Turkish must be an official language” (Türkcə bir rəsmi dil olmalıdır), “Azərbaycana ədalət”, “İrqi ayri-seçkiliyə son”, “Türk Dil Qurumunun təsisini tələb edirik”, “Urmiyə Gölünə xüsusi və əsaslı diqqət yetirilməlidir”, “Yaşasın Azərbaycan”, “Ruhani ana dilim rəsmi olsun, [gələcək] seçkilərdə danışmağa sözün olsun.”

Yayılan videolarda isə oxşar şüarların əsasən gənclər tərəfindən səsləndirildiyi nümayiş etdirilir.

Əhalinin tələbləri Həsən Ruhaninin nitqində də öz əksini tapıb. İSNA xəbər agentliyi Həsən Ruhaninin Urmiyə səfəri ilə bağlı reportajını prezidentin “Hökümət türk-fars arasında fərq qoymağa icazə verməyəcək” və “Urmiyə Gölü ilə bağlı seçki vədlərimə vəfa etmişəm” başlıqları ilə nəşr edib.

İSNA Həsən Ruhaninin türk dilində təhsil və ya Türk Dil Qurumunun təsisinə dair verdiyi vədlərlə bağlı bir söz deyib-demədiyi haqda məlumat yaymayıb, lakin İran Radio Televiziya Təşkilatına bağlı olan Gənc Jurnalistlər Klubu prezidentin “daxili gərginlikləri azaltmaq”dan bəhs etdiyini bildirib.

“Ölkənin inkişaf və bolluq istiqamətində irəliləyişini istəyiriksə, çox da önəmli olmayan məsələlər üzündən bir-birimizin qarşısında durmamalıyıq. Bir-birimizin yanında, birlikdə olmalıyıq. Biz türk, kürd, ərəb, bəluç, türkmən və bütün İran etniklərini eyni gözlə, bərabər şəkildə və qardaş kimi yan-yana görməliyik,” deyə Gənc Jurnalistlər Klubu Ruhaninin sözlərindən iqtibas gətirib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter