English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

“Traxtur” yarışları Azərbaycan vilayətlərində canlı olaraq yayımlansın” – Klub rəsmisi

 16-cı super liqada Təbrizin “Traxtur” futbol komandasının yarışları Şərqi Azərbaycanla yanaşı Azərbaycanın digər vilayətlərində də canlı olaraq  yayımlana bilər.

Bu məsələni “Traxtur” klubunun icraçı direktoru Mustafa Acerlu Şərqi Azərbaycan Teleradio Şirkətinin (səda və sima) direktoru Möhsün Lətifi ilə görüşdə gündəmə gətirib. 

Görüşdə 16-cı super liqa yarışlarında “Traxtur” matçlarının qonşu vilayətlər, o cümlədən Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində canlı yayımlanması tələb olunub. Şərqi Azərbaycan Teleradio Şirkətinin direktoru isə digər vilayətlərdə yaşayan “Traxtur” tərəfdarlarının problemini aradan qaldırmaq üçün bu məsələyə baxılacağını bildirib.

Qeyd edək ki, Azərbaycanın müxtəlif vilayətlərində yaşayan milyonlarla “Traxtur” tərəfdarı, milli komandanın yarışlarını yaşadıqları vilayətlərdə canlı olaraq izləmək istəyirlər. Onlar bu istəklərini dəfələrlə dilə gətiriblər.

GADP

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter