Qolris-i Əbhər” şirkətinin işçiləri əmək haqlarını ala bilmədikləri üçün etiraz yığıncağı keçiriblər – GÖRÜNTÜ
“Qolris-i Əbhər” şirkətinin işçiləri 9 aylıq əmək haqlarını ala bilmədikləri üçün etiraz yığıncağı keçiriblər.
Yığıncaqda 100-dən çox işçinin iştirak etdiyi bildirilir. “Əbhər 24”-ün yaydığı məlumata görə, Əmək haqlarını vaxtı-vaxtında ala bilməyən işçilər maaşlarını ala bilmək üçün 20-ci dəfədir ki, etiraz aksiyası keçirirlər.
Məlumata görə, şirkət işçilərinin keçirdiyi etiraz yığıncağı 3 saat davam edib. Yığıncaq Əbhər Şəhər İcra Hakimiyyətinin (fərmandar) müavini 1 həftə ərzində əmək haqlarının ödənilməsinə dair vəd verdikdən sonra sona çatıb.
Qeyd edək ki, Zəncan şəhərinin 90 kilometrliyində yerləşən Əbhər, Güney Azərbaycanın məşhur şəhərlərindən biridir.
GADP