“Xorasan diyarında türklər” kitabı nəşr olundu
Güney Azərbaycanda milli özünüdərk prosesinin yüksəlişi İranda yaşayan digər türk xalqları üçün ilham mənbəyinə çevrilib, bu prosesi müxtəlif sahələrdə hiss etmək mümkündür.
Azərbaycanla paralel olaraq mədəni fəaliyyətin gücləndiyi məntəqələrindən biri də Xorasan vilayətidir. Xorasan, türklərin ən qədim yaşayış məskənlərindən biri olduğu halda, fars şovinizminin asimilasyon siyasətinə daha çox məruz qaldığı üçün, bu bölgədə türk dili və mədəniyyətini inkişaf etdirmək mümkün olmayıb.
Son məlumata görə, Abdullah Qasimi (Yılmaz Xorasanlı) adlı bir xorasanlı gənc, “Xorasan diyarında türklər” adlı bir əsər yazıb. Kitabın birinci bölümü dünya türklərinə baxış, ikinci bölümü Xorasan türklərinin dil, tarix, mədəniyyət və adət-ənənəsi və üçüncü bölümü Xorasan türklərinin müxtəlif tayfalarına həsr olunub.
23 yaşlı müəllifin yazdığı kitaba tanınmış professor Hüseyn Siddiq (Düzgün) və professor Məhəmmədrza Bağban Kərimi müqəddəmə yazıblar
GADP