Azərbaycanlı milli-mədəni fəal Behzad_Qənbəri saxlanılıb
Azərbaycanlı milli-mədəni fəal Behzad Qənbəri avqustun 11-də Qərbi Azərbaycanın Qərəzyaləddin şəhərində saxlanılıb.
Əldə etdiyimiz son məlumata görə, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Təhlükəsizlik Bölümünün məmurları B.Qənbərinin Qərəzyaləddin şəhərində yerləşən iş yerinə hücum edib, fəala qarşı güc tətbiq etdikdən sonra onu yaxalayıb və naməlum istiqamətə aparıblar. İş yerində axtarış aparan məmurlar fəala məxsus kompüter və bir sıra digər şəxsi əşyaları toplayıb özləri ilə birgə aparıblar.
Hazırda fəalın hansı səbəbdən tutulduğu və harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, Qərəzyaləddin şəhəri Qərbi Azərbaycan vilayətində Xoy və Makı şəhərləri arasında yerləşir. Çaypara mahalının mərkəzi sayılan Qərəzyaləddin şəhərinin təxminən 24 min nəfər əhalisi var.