English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

“Sepah”: “Sosial şəbəkələrdə dinə qarşı yazılar paylaşan və “modeling”lə məşğul olan 450 nəfər tutulub”

İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) mütəşəkkil kiber cinayətkarlığına qarşı mübarizə mərkəzi avqustun 23-də Sosial şəbəkələrdə fəaliyyət göstərən 450 nəfərin həbs edilməsi barədə məlumat yayıb.

Mərkəzin “Gerdab” adlı saytında yerləşdirilən məlumatda bildirilir ki, tutulanlar, sosial şəbəkələrdə, o cümlədən də “Telegram”, “Whatsapp” və İnstaqram” şəbəkələrində əxlaq təhlükəsizliyinə qarşı çıxmaqda, “modelling”lə məşğul olmaqda, eləcə də dinə və hakim dini əqidə və düşüncəni təhqir edərək ona qarşı yazılar və digər materiallar paylaşmaqda günahlandırılır.

Məlumatda həmçinin bildirilir ki, “Sepah” qüvvələri “modelling” cinayətlərinin yayılmasında rolu olan onlarla foto studiya sahiblərinə bu sahədə apardıqları fəaliyyətə görə ciddi xəbərdarlıq bildirib. Məlumatda həbs edilənlərin adları və onların hazırda harada saxlanılması açıqlanmayıb.

gadp

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter