English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

QƏDDAFİ İSTEFA VERİR?

AZOH: "Əl Cəzirə" televiziyası Liviya lideri Müammər Qəddafinin üsyançılarla bazarlıq etməyə və bəzi təminatlar qarşısında istefa verməyə hazır olduğunu iddia edib. Başqa detala yer verilməyən xəbərdə Qəddafinin bəzi təminatlarla iqtidarı tərk etmək üçün üsyançılarla Liviya parlamenti kimi tanınan Ümumu Xalq Qurultayında müzakirə tələb etdiyi bildirilib.

"Əl Cəzirə" Qəddafinin tələb etdiyi təminatların özünün və ailəsinin təhlükəsizliyinin təmin olunması və mühakimə edilməməsi olduğunu qeyd edib. Xəbərdə eyni zamanda Qəddafinin təklif etdiyi bazarlığın detallarını üsyançılarla müzakirə etməsi üçün keçmiş baş nazir Cadallah Azus Talhiyə səlahiyyət verdiyi vurğulanıb. "Əl Cəzirə" üsyançıların rəhbərlərinin Qəddafinin xilas olmaq üçün şəfərli çıxış yolu axtardığını və bu durumun onun qurbanları üçün təhqir olduğunu söyləyərək görüş təklifini rədd etdiklərini xəbər verib.

"Əl Ərəbiyyə" televiziyası isə əksinə, Liviya hökumətinin üsyançılarla görüşməyi rədd etdiyini bildirib. Televiziyanın xəbərinə görə, Liviya Xarici İşlər Nazirliyinin sözçüsü müxalifətin yaratdığı Liviya Milli Şurasının Tripoliyə qarşı ittihamlarının cavab verməyə dəymədiyini bildirib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter