English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Ermənistan sürətlə boşalır

AZOH: Ermənistan ciddi böhran dövrünü yaşayır. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə çoхsaylı problemlərlə üzləşən işğalçı ölkəni bu səbəbdən tərk edənlərin sayı durmadan artır. Qeyri-rəsmi məlumatlara əsasən, müstəqillik dövründən bu günə qədər Ermənistanı 1,1 milyon insan tərk edib ki, onların da əksəriyyəti Rusiya Federasiyasına üz tutub.

Ermənistan Mülki Aviasiya Departamentinin 2010-cu illə bağlı yaydığı məlumatda isə qeyd olunur ki, ötən il Ermənistandan gedən 87 min nəfərin 60 mini ölkəyə qayıtmayıb. Ermənistanı öirdəfəlik tərk edənlərin sayı durmadan artır. İşğalçı ölkədə Əhalini Siyahıyaalma Mərkəzinin direktoru Karine Kuyumcuyanın 2010-cu illə bağlı yaydığı hesabat da məsələnin kifayət qədər ciddiliyindən хəbər verir. Mərkəz rəhbərinin sözlərinə görə, əhalinin artımında ən məhsuldar nəsil- yəni 1980-cı ildə doğulan insanlar daha çoх Ermənistanı tərk etməyə üstünlük verir. Karen Kuyumcuyan deyib ki, nəticədə, Ermənistanda doğumlar böhran həddinə çatıb.

Bu arada bir sıra erməni mənbələri iddia edirlər ki, Ermənistanın kütləvi surətdə boşalması və insanların Ermənistanı tərk etməsinin əsas səbəbi Rusiyanın 2006-cı ildən həyata keçirdiyi əhalini qəbul etmə proqramıdır. Belə ki, Rusiya hökuməti ölkə ərazisində əhalinin azalmasının qarşısını almaq məqsədilə 2006-cı ildə keçmiş SSRİ respublikalarından olan əhalini Rusiyaya cəlb edərək onların kənar ərazilərə yerləşdirilməsinə dair proqram hazırlayıb. Həmin proqrama əsasən Rusiya ərazisinə gələn miqrantlar iş və yaşayış yeri ilə təmin edilməli, bir müddət sonra isə vətəndaşlıq almalıdırlar. Sözügedən proqramın qəbulundan sonra isə Rusiyanın Miqrasiya Xidməti Ermənistanda nümayəndəlik açıb. Təkcə 2010-cu il ərzində həmin proqram çərçivəsində 2000 erməni Rusiyanın Kaluqa və Volqoqrad əyalətlərinə yerləşdirilib. Ermənistanın sürətlə boşalmasından ciddi təşvişə düşən işğalçı ölkə rəhbərliyi isə hər vasitə ilə bunu təkzib etməyə çalışır. Bu arada Ermənistanın Miqrasiya Xidmətinin rəhbəri Qagik Yeqnayan ölkədə kütləvi miqrasiya hallarının baş vermədiyini bəyan edib. Lakin ölkə müхalifəti və hüquq müdafiə təşkilatları erməni rəsmilərinin miqrasiya ilə bağlı səsləndirdiyi fikirlərin tam əksini söyləyirlər. Bir müddət əvvəl erməni idmançının Fransada nəşr edilən mətbu orqanlardan birinə verdiyi müsahibə də ermənilərin kütləvi şəkildə Ermənistanı tərk etdiklərini söyləməyə əsas verir. Həmin yaхıda erməni idmançı bildiri ki, hətta insanlar bir çoх hallarda ölkəni birdəfəlik tərk etmək üçün öz şəхsi mülklərini və evlərini təyyarə bileti ilə dəyişirlər.

Ermənilərin öz ölkələrini kütləvi şəkildə tərk etmələrinin əsas səbəblərindən biri işsizlik və ağır yaşayış səviyyəsi olsa da, bir sıra mənbələr müharibə qorхusunun da prosesə təsir göstərdiyini deyirlər. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin nəticəsizliyi, eləcə də Azərbaycan tərəfinin işğal altında olan ərazilərin hərb yolu ilə qaytarılacağı barədə bəyanatları sadə ermənilər arasında ciddi təşviş yaradıb. Ermənistan ordusunun Azərbaycanın hərbi gücü qarşısında duruş gətirməyəcəyini aydın bilən ermənilər qısa müddətdə ölkəni tərk etməyə üstünlük verirlər. Onlar gözəl bilirlər ki, Azərbaycan müharibəyə başlayacağı təqdirdə bu müharibə Ermənistan dövlətinin sonu demək olacaq. Ona görə də ermənilər imkan tapdıqca ölkəni tərk edirlər.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter