English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əliyev dünyaya “qəddar diktator” kimi təqdim olundu .

AZOH: Britaniya mətbuatı İlham Əliyevlə dostluğa görə şahzadə Endryunu da biabır etdi

Britaniyanın, eləcə də Avropanın nüfuzlu mətbu orqanlarından olan “The Daily Mail” qəzetində Ilham Əliyevi “milyarder diktator” kimi xarakterizə edən məqalə dərc olunub. Yazının müəllifi Daniel Martin York hersoqu şahzadə Endryunu İlham Əliyevlə sıx münasibətlərinə görə, sərt tənqid edib.

“The Daily Mail”in məqaləsində İlham Əliyev “insan haqqlarını məhdudlaşdıran, vətəndaşların hüquq və azadlıqlarını kobud şəkildə pozan, müxalifət təmsilçilərinə qarşı repressiv addımlar atan despot lider” adlandırılır. “The Daily Mail” qəzetində yayımlanan məqalə Böyük Britaniyanın digər nüfuzlu mətbu orqanı “The Guardian”da da dərc olunub. Məqaləni müəyyən ixtisarlarla bir sıra ingilisdilli internet qəzetləri də tirajlayıb.

Daniel Martinin müəllifliyilə dərc olunan “Hersoq və despot: Şahzadə Endryunun milyardlarla dollar varidatı olan qəddar diktatorla ”yaxın dostluğu" adlı məqaləni qısa ixtisarla təqdim edirik:

***

İngiltərə şahzadəsi Endryu keçmiş sovet ölkəsinin diktatoru, hakimiyyətinə qarşı etiraz aksiyalarına çıxan müxalifət təmsilçilərinə amansız güc tətbiq edən despot liderlə dostluq münasibətləri saxlayır. Beş il öncə York hersoqu Azərbaycana səfəri zamanı Ilham Əliyevlə sıx münasibətlərin əsasını qoyub. Ilham Əliyev rejimi ölkədə keçirilən bütün seçkiləri saxtalaşdırmaqda və siyasi rəqiblərini həbsxanalara atdırmaqda ittiham olunur.

“Parlament seçkiləri kütləvi saxtakarlıqla müşahidə olundu”

Endryu ötən ilin noyabrında neftlə zəngin ölkəyə səfər etdiyi zaman mötəbər qonaq kimi xüsusi təmtəraqla qarşılandı. Həmin vaxtlar Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyətin tənqid hədəfinə çevrilmişdi. Keçirilmiş parlament seçkilərində kütləvi saxtakarlıq hallarının aşkarlanması və prosesin xalqın iradəsini əks etdirməməsi Qərb dünyasının ciddi narazılığına səbəb olmuşdu. Endryunun Azərbaycana səfəri işgüzar xarakter daşıyırdı. Yerli KIV-in yazdıqlarına görə, onun Azərbaycanda hakim elita və biznes şəbəkəsi ilə yaxşı münasibətləri var. York hersoqu Azərbaycan paytaxtında Xəzər sahilində təşkil olunan ziyafətlərdə və qolf oyunlarında iştirak edib. Lakin kral ailəsinin Bukkingem sarayı deyilənləri uydurma adlandırıb.

“Əliyev rejimi siyasi azadlıqları və insan hüquqlarını məhdudlaşdırır”

Azərbaycan Böyük Britaniyanın mühüm ticarət tərəfdaşıdır. Ingiltərə şirkətləri xarici ölkələrin Azərbaycana qoyduğu investisiyaların 51 faizinə sahibdir. Ingiltərənin təxminən 15 şirkəti Azərbaycan hökumətilə birgə çalışır. Ingiltərənin tanınmış siyasiləri kral ailəsi üzvünün despot liderlə sıx münasibət qurmasına etirazlarını bildirdi.

Hersoq Endryu Azərbaycan-Ingiltərə ticarət əlaqələrindən şəxsi maraqları naminə istifadə edir. Endryunun devrilmiş Tunis prezindentilə, liviyalı silah qaçaqçısı və digər arzuolunmaz şəxslərlə dostluq münasibətləri hamıya bəllidir.

“Azərbaycan korrupsiyaya görə 178 ölkə arasında 134-cüdür”

İndi York hersoqunun Azərbaycan rəhbərliyilə münasibətləri diqqət mərkəzindədir. Endryu Azərbaycana səfərlərinin birində Ilham Əliyevə məxsus istirahət kompleksində dincəlib və açıqlamalarından birində orada moskvalı masajçının qeyri-adi bacarığından heyrətləndiyini bildirmişdi.

Şahzadənin Ilham Əliyevin xanımı Mehriban Əliyeva və qızları ilə də yaxşı münasibəti var. Endryunun Azərbaycana sonuncu səfəri ötən ilin noyabr ayına təsadüf etdi. Həmin səfər Azərbaycandakı seçkilərə görə tənqid olunan Ilham Əliyevə dəstək xarakteri daşıyırdı.

Hüquq müdafiəçiləri Əliyev rejimini siyasi azadlıqları və insan hüquqlarını məhdudlaşdırmaqda ittiham edirlər. Bundan başqa, “The Transparency International” təşkilatının hesabatında Azərbaycan korrupsiyanın səviyyəsinə görə 178 ölkə arasında 134-cü yerdə dayanır. Azərbaycan rəhbərliyi BBC və digər xarici radioların ölkə ərazisində yayımını dayandırıb. Iki gün öncə isə “The Amnesty International” təşkilatı Azərbaycan hakimiyyətini müxalif fəallara qarşı repressiyaları dayandırmağa çağırıb. Müxalifətçi gənclər  hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalıb.

Əliyevin qadınlarla bağlı lətifələri və Şahzadənin gülüşü

Endryu və Ilham Əliyev çox yaxın dostdurlar. Onların yaxşı yumor hissləri var. Mötəbər mənbənin sözlərinə görə, Ilham Əliyevin qadınlarla bağlı lətifələrinə şahzadə Endryu ürəkdən gülür. Şahzadə 2005-ci ilin mayında, 2006-cı ilin iyununda, 2007-ci ilin oktyabrında, 2008-ci ildə isə iki dəfə Azərbaycana səfər edib. O, həmçinin 2009-cu ilin iyun və dekabrında Bakıda olub. Ötən ilin sonlarında Azərbaycanda olan Endryu Ilham Əliyevlə ikitərəfli ticari əlaqələrin durumunu müzakirə edib.

Şahzadənin 2009-cu ilin iyunundakı səfəri zamanı Endryunun rahatlığı üçün 60 min funt-sterlinq pul xərclənib. Leyborist partiyasının üzvü Kral ailəsinin üzvünün despot rəhbərlə münasibətlərinə etirazını bildirib. O, qeyd edib ki, insan hüquqlarını məhdudlaşdıran, seçkiləri total saxtalaşdıran birilə sıx əməkdaşlıq qəbulolunmazdır. Çünki bu, sabah başqa qatil diktatorlarla yaxınlıq etmək üçün presedent yarada bilər. Azərbaycanda insan haqlarına hörmət olunmur. Vətəndaşların təməl azadlıqları, konstitusion hüquqları məhdudlaşdırılır. Hökumət qüvvələri adi etiraz aksiyasına ən sərt formada müdaxilə edir.

Leyla Əliyevanın 300 minlik qonaqlığı

Daniel Martin məqaləsində “WikiLeaks” saytının yayımladığı ABŞ diplomatlarına aid yazışmaları da xatırladıb. Müəllif yazır ki, ABŞ-ın Bakıdakı səfirliyindən Vaşinqtona göndərilən məxfi teleqramlarda Ilham Əliyevin qızı Leyla Əliyeva 12 rəfiqəsi ilə birlikdə etdiyi şam yeməyi zamanı 300 min funt-sterlinq (təxminən 550 min ABŞ dolları) dəyərində şampan şərabı alıb. “The Daily Mail”in məqaləsində bildirilir ki, Ilham Əliyev qızı Leylanı Rusiyanın baş naziri Vladimir Putinə yaxın iş adamlarından biri Araz Ağalarovun oğlu Emin Ağalarova ərə verib.

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter