English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Chomskydan Libya xəbərdarlığı

Azadlıqların bir yalan, bir aldatmaca olmasına icazə versəniz, elə olarlar. Maddison-Wisconsində olanlar bu məzmunda çox əhəmiyyətli. Bundan iki həftə qədər əvvəl Qahirədəki bir nümayişin orta yerində, Misirin ən tanınmış işçi liderlərindən biri, Kamal Abbas, Maddison-Wisconsindəki işçilərə bir mesaj göndərdi.

London - BBC

09 Mart 2011, Çərşənbə

-----------------------------------------------------------------------------

Dilçi və filosof Professor Noam Chomsky 8 Mart gecəsi BBC 2in Newsnight adlı xəbər proqramında server Jeremy Paxmanın suallarını cavabladı.

BBC: Professor Chomsky, Misir ya da Libya küçələrində nümayiş edən minlərlə insanı gördüyünüzdə nə düşünürsünüz?

Chomsky: Möcüzə bir şey məncə. Bir çox iç və xarici problemləri var. Bu ana qədər olanlar qeydə dəyər bir müvəffəqiyyət. Amma rejimlər yerli yerində dayanır. Bəzi adlar dəyişdi amma hələ əhəmiyyətli bir sosyo iqtisadi və siyasi dəyişmə olmadı. hələ ola bilər.

BBC: Yaxşı amma sizin rejimə qarşı küçələrə töküldülər dediyiniz insanlar böyük ölçüdə Qərbdən dəstək gördülər. Qərb diktatorlara qarşı nümayişçilərə dəstək verdi ümumiyyətlə. Bunu necə şərh edirsiniz?

Chomsky: Qətiliklə xeyr. Gerçəkdə olan, dəfələrlə səhnəyə qoyulmuş bir oyunun seyri izlənildi. Filipinlerde Marcos, Haitidə Duvalier, Cənubi Koreyada Chun Duhwan, İndoneziyada Suharto, həmişə eyni şey oldu. Sevimli diktatorunuzu daha çox dəstəkləyə bilməyəcəyiniz bir an gəlir. Son yaşananlar da eyni. Diktatoru gedə bildiyi yerə qədər dəstəkləyirsiniz, amma elə bir yer gəlir ki -ordu, əleyhlərinə dönür ya da başqa inkişaflar olur- artıq ondan sonra, demokratiya eşqiniz üzərinə dəbdəbəli şərhlər etməyə başlayırsınız, xalqın yanında olduğunuzu söyləyir və rejimi qorumağa çalışırsınız.

BBC: O halda, doğru tutumun, məsələn Misirdə göstərilər başlar başlamaz rəhbərlikdən dəstəyi çəkmək olduğunu düşünürsünüz.

Chomsky: Tam elə deyil. O dəstəyin çox daha əvvəl çəkilməsi lazım idi. Bu göstərilər son zamanlarda ortaya çıxan şeylər. Amma bu ölkələrdə əslində uzun illərdir bir çox şey olur. Məsələn Misirdə çox uzun illərdir əhatəli və qeydə dəyər bir işçi mübarizəsi var. 25 Yanvar hərəkəti, qiyamının başını 6 April qrupu çəkirdi məsələn. Son hadisələrdə internet mesajlarını yayan gənclər özlərinə bu adı vermişdi. 6 April, Misir üçün çox əhəmiyyətli bir gündür. Yerə toxuma sənayesində bir fabrikdə başladılan tətil və ona verilən dəstək, iki il əvvəl 6 April,də zorla basdırılmışdı.

BBC: Bu göstərilərə qatılanların çoxunun, sizin "göz boyama" deyə təyin etdiyiniz Qərbdə məşhur olan azadlıqları tələb edir olması qarşısında nə düşünürsünüz?

Chomsky: Azadlıqların bir yalan, bir aldatmaca olmasına icazə versəniz, elə olarlar. Maddison-Wisconsində olanlar bu məzmunda çox əhəmiyyətli. Bundan iki həftə qədər əvvəl Qahirədəki bir nümayişin orta yerində, Misirin ən/en tanınmış işçi liderlərindən biri, Kamal Abbas, Maddison-Wisconsindəki işçilərə bir mesaj göndərdi. Misir işçi sinifinin Maddisondakı işçilərin mübarizəsini dəstəklədiyini söylədi. Maddisonda işçilər, demokratiyanın şiddətli hücumlara uğrayan bəzi istiqamətlərini qoruma mübarizəsi verir. Misirdə isə işçilər özlərinə indiyə qədər verilməyən haqqları gazanmaga çalışır. Orbitlər kəsişir amma hərəkətlər tərs istiqamətdə.

BBC: Sizcə Qərb Misirdə ya da Libyada qiyam qaldıranları silahlandırma yoluna getməlimi məsələn?

Chomsky: Belə bir mövzu Misirdə gündəmə belə gəlmədi. Bu səbəbdən təbii ki xeyr. Amma Libyanın xüsusi bir vəziyyəti var. Ölkədə bu an bir vətəndaş müharibəsi yaşanır. Qərb bu döyüşə müdaxilə etməlimi? Sanmıram. Belə bir şeyin gündəmə gəlməsi üçün daha fərqli inkişaflar olması lazımdır. Hər şeydən əvvəl xalq belə bir şey istəmir. Unutmayaq, Qərbdən, üstəlik haqlı səbəblərlə nifrət edilir buralarda. Libyaya baxaq. Əhəmiyyətli bir qisimi müxalif güclər tərəfindən qurtarılan Şərq Libya, Birinci Dünya Döyüşü sonrasının ilk və əhəmiyyətli soyqırımına səhnə olmuş bir yer. İtalyanlar tərəfindən. Biz xatırlamağa bilərik, onlar xatırlayır. Ondan sonra bu bölgənin İngilislərlə, Fransızlarla yaşadıqları var. Güclü olan üçün tarixə qarışmış şeylər bunlar. Amma qurbanların bu lüksü yox.

BBC: Nə etməli yaxşı Qərb ölkələri?

Chomsky: Bizdən bir şey istəyən olmadıqca uzaq dayanmalı və gözləməliyik. Onsuz , da zatən əksəriyyətlə uzaq qalmamız istənir. Deyilənləri yaxşı dinləməli. "Əlinizdə kifayət qədər qan var, uzaq durun" deyirlər. Nə etməli sualının cavabı yalnız bizdə deyil. Dünyada bizimkilərdən başqa ölkələr də var. Braziliya, Türkiyə kimi hörmətli ölkələr də var.

BBC: Sizin Buş və Blairin izlədiyi xarici siyasət haqqında nə düşündüyünüzü bilirik. Obama dahamı yaxşı sizcə?

Chomsky: Bir çox baxımdan daha pis. Daha seçkilərdən əvvəl yazmağa başladım bu mövzuda. Əfqanıstanda döyüşü sürətlə dırmaşdırdı. Belə ki Pakistan bu gün bölünmə təhdidiylə qarşı-qarşıya gəlir buna görə. Bu Qərb baxımından tam bir fəlakət olar. israil-Fələstin məsələsinə baxaq. Şok edici bir tutum izləyir. Daha keçdiyimiz həftələrdə bu mövzuda bir-birləşmiş Millətlər Təhlükəsizlik Şuras qərarı gündəmə gəldi. Qərar İsraili Fələstin torpaqlarındakı yəhudi məskunlaşmalarını genişlətməyə son verməyə çağırır və məskunlaşmaları qeyri-qanuni deyə təyin edirdi - ki bu mübahisə/müzakirəli bir mövzu belə deyil. Obama bu qərar qanununu veto etdi.

BBC: Sizin məşhur bir sözünüz var. İkinci Dünya Döyüşündən bu yana vəzifə yerinə yetirmiş hər bir ABŞ başçısının, Nürnbergə çıxarılsa günahkar ol/tapılacağını söylədiniz. Obama da daxilmi buna?

Chomsky: Belə dedim: Nürnberg qanunlarını doğru tapırsınızsa, hər bir USA başçısına bunların tətbiq olunmasını müdafiə etməlisiniz. Ha necə bir nəticəyə çatılar ona tək-tək baxmaq lazım. Nürnberg məhkəmələri demədim, Nürnberg qanunları dedim.

BBC: Obamanın bu qanunlar qarşısında digər başçılardan daha təmiz çıxmayacağını söyləyirsiniz amma yəqin?

Chomsky: Doğru. Əfqanıstanda böyük bir döyüş icra edir. İsrailin təcavüzkar və cinayət/günah xüsusiyyətli hərəkətlərinə doğrudan dəstək verib iştirak edir. Hələ iki ildir iş başında, bu səbəbdən ölçmək üçün erkən deyilə bilər. Amma özündən əvvəl gələnlərdən fərqli bir şey etməmə mövzusunda tutarlı bir xətt izlədi bu ana qədər.

•                                                                  Orijinal videonu izləmək üçün basın. http://news.bbc.co.uk/2/hi/programmes/newsnight/default.stm

•                                                                  Dilmanc: S.RAHBAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter