English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

YAPONİYADA NÜVƏ TƏHLÜKƏSİ

AZOH: Tarixinin ən böyük zəlzələlərindən birini yaşayan Yaponiya təkanlardan sonra başlayan sunamiyə məğlub oldu.

Fəlakətin üstündən 24 saatdan çox vaxt keçməsinə baxmayaraq ölkəyə dəyən zərərin mqiyası hələ də dəqiqləşməyib. Nəhəng dalğalar sahildən 10 kilometr içərilərə doğru irəliləyib.

Yaponiya mediası ölkədə ölü sayının 1300-ü keçə biləcəyini açıqlayıb. Rəsmi rəqəmlərə görə, 443 nəfər ölüb. Dünyasını dəyişənlərin çoxunun boğularaq can verdiyi bildirilir. 800-dən çox insan itkin düşüb, 1000-dən çox yaralı var. 200 mindən çox insan evakuasiya edilib. Yolların ortadan yarılması, hava limanlarının bağlı olması səbəbindən bir çox yerlərdə nəqliyyat sistemi çöküb. Ölkədə kommunikasiya sistemi də iflic vəziyyətindədir. Zəlzələ nəticəsində ölkəyə ən azı 15 milyard dollar zərər dəydiyi təxmin edilir.

Zəlzələ və sunami ilə birlikdə ölkədə nüvə fəlakəti riski yaşanır. Fukuşima nüvə stansiyasındakı partlayış nəticəsində bir binanın divarları çöküb. Reaktorda sızıntı təsbit edilib. Nüvə reaktorunun yerləşdiyi məkanda radiasiya səviyyəsinin normaldan min dəfə çox olduğu müəyyənləşib. Nüvə stansiyalarının yaxınlığındakı bölgələrdə yaşayan onminlərlə insan evakuasiya edilib. Soyutma sistemlərinin çalışmaması reaktorların yüksək temperaturdan ərizməsinə və radioaktiv buxarların çıxmasına səbəb olur. Ölkədə atom elektrik stansiyalarının olduğu bölgələrdə fövqəladə vəziyyət elan edilib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter