English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İsveçrə mətbuatı Əliyevi ifşa etdi

AZOH: «Diktator İlham Əliyevə məxsus klan Cenevrədə bank açmağa hazırlaşır»

Xarici media orqanlarının Azərbaycan hakimiyyəti haqqında bir-birinin ardınca kifayət qədər ilginc materiallar dərc etməsi son zamanlar intensiv xarakter almağa başlayıb. Xüsusilə, “Wikileaks” saytının Azərbaycanla bağlı məxfi teleqramları yayımlamasından və Ərəb ölkələrində baş qaldırmış inqilablardan sonra, ölkəmiz dünya mətbuatı üçün son dərəcə maraq kəsb etməyə başladı. Belə şərh-yazılardan biri də, bugünlərdə Isveçrənin “nashagazeta.ch” saytında “Le Matin” qəzetinə istinadən Lyudmila Klot imzasıyla işıq üzü görüb. Yazı ölkəmizin ən iri maliyyə təşkilatlarından biri “Pasha Bank”ın Isveçrədə nümayəndəlik açması və bu Alp ölkəsinin diktator ailələri üçün cazibəsi barədədir.

Yazının ən maraqlı tərəfi Cenevrədə açılması gözlənilən “Pasha Bank”ın nümayəndəliyinin xidmətlər siyahısında Azərbaycan şirkətlərinə müvafiq bank xidmətlərinin göstərilməsi və şirkət sahiblərinin varidatlarının idarə olunması ilə bağlıdır. Nəzərə alsaq ki, ölkəmizdə məmur oliqarxiyası münasibətləri mövcuddur və demək olar ki, fəaliyyət göstərən əksər biznes subyektləri ölkəni aralarnda bölən klanlara məxsusdur, o zaman siyasi hakimiyyətin yaxın gələcək üçün “Pasha Bank”la bağlı planlarını başa düşmək çətin deyil. Xüsusilə, Yaxın Şərq və Şimali Afrika ölkələrində başlayan xalq inqilablarından sonra bu ölkələrə rəhbərlik edən diktatorların Qərb ölkələrindəki banklarda gizlətdikləri milyardlarla ölçülən şübhəli  varidatlarının rəsmən dondurulmasından sonra, inqilabın növbəti dayanacaqlarından hesab olunan Azərbaycanda da siyasi hakimiyyət uzun illərdir xalqdan oğurladığı pulların bir gün əlindən çıxacağı narahatçılığını keçirir. “Pasha Bank”ın nümayəndəliyinin bu fonda Cenevrədə qeydiyyatdan keçirilməsi və fəaliyyətə başlaması Əliyev-Paşayev klanının və digər məmur-oliqarxların var-dövlətinin daha etibarlı əllərdə saxlanması baxımından önəmli və sensasion qərar sayıla bilər.

Əliyevlər çirkli pulları Isveçrədə “yumaq” istəyir

Beləliklə, maraqlı olduğunu nəzərə alıb, yazını qısa ixtisarlarla dərc edirik:

“Cenevrə - burada artıq Özbəkistan və Qazaxıstan prezidentlərinin qızlarına məxsus iqamətgahlar var, indisə Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın ailəsinə bağlı ”Pasha Bank" da öz nümayəndəliyini açmağa hazırlaşır.

Belə ki, 2007-ci ildə yaradılan Azərbaycanın ən çox kapital ehtiyatlarına malik özəl təşkilatı “Pasha Bank” Isveçrədə öz nümayəndəliyini açmaq niyyətindədir. Bu barədə fevralın 24-də Bakıda mətbuat konfransında bankın idarə heyətinin sədri Fərid Axundov məlumat verib. “Bu məqsədlə, yaxın vaxtlarda Isveçrənin bank dairələrində nüfuzu olan məsləhətçi təyin olunacaq və o, nümayəndəliyin açılması üçün müddət və forma ilə bağlı tövsiyələrdən ibarət paket hazırlayacaq. Iş davam etdirilir, müddət barədə danışmaq isə hələ tezdir”, - deyə Fərid Axundov bildirib.

Vəzifəsi Isveçrədə maliyyə bazarlarına nəzarət etməkdən ibarət olan tanınmış müstəqil taşkilat FINMA-nın spikeri Tobias Lyuks isə “Pasha Bank”ın Isveçrədə qeydiyyata düşmək üçün əlində ərizə növbə gözləyən bir çox onlarla bank arasında yer aldığı barədə informasiyaları nə təsdiq, nə də təkzib edib: “Belə məlumatlar vermək bizə hüquqi baxımdan qəti surətdə qadağan olunub”. “...Ancaq Bakıda artıq təsdiq olunub ki, Azərbaycanın ən nəhəng kommersiya banklarından biri məhz Cenevrəni seçib”, - deyə “Le Matin” qəzeti yazır.

Bankın Kalvina şəhərində əsas fəaliyyət istiqamətləri isə Azərbaycan şirkətlərinə bank xidmətlərinin göstərilməsi, həmçinin bu şirkətlərin rəhbərlərinin şəxsi varidatlarının idarə olunmasından ibarət olacaqdır. Buna baxmayaraq, neft ticarətinin maliyyələşdirilməsi xidmətlər siyahısına daxil edilməyəcək və bu, əvvəlki kimi mərkəzləşdirilmiş qaydada Bakıdan idarə olunacaq. Bununla əlaqədar artıq üç ildir ki, Azərbaycanın dövlət neft-qaz şirkəti “Socar Trading” Cenevrədə fəaliyyət göstərir və ölkə neftinin satışı üzrə dünya üzrə liderdir (günə 1 milyon barrel). “Socar Trading” 2010-cu il ərzində Azərbaycandan 19 milyard dəyərində neft satıb", - deyə şirkətin baş direktoru Valeri Qolovushkin təsdiq edib. Şirkət fəaliyyətini, Cenevrə gölünün sahilində özlərinə ofis açan dünyaca məşhur neft treyderləri səviyyəsində qurmaqda israrlıdır.

Cenevrədə yeni “Dubay villası”

Isveçrəliləri isə, Azərbaycana məxsus bankın fəaliyyət istiqamətləri yox, daha çox sözügedən bankın “şəcərəsi” maraqlandırır. Maliyyə təşkilatı, Azərbaycanda əhəmiyyətinə görə ikinci ailə hesab olunan Paşayevlər tərəfindən əsası qoyulmuş “Pasha Holding” şirkətlər qrupuna (tikinti, turizm, sığorta xidmətləri) daxildir. Klan rəhbərinin - Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızı Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, parlamentin deputatı, YUNESKO və ISESKO (təhsil, elm və mədəniyyət məsələləri üzrə Islam təşkilatı)-nun xoşməramlı səfiridir. O, həmçinin postsovet məkanında hakimiyyəti atasından irsən alan yeganə dövlət başçısı prezident Ilham Əliyevin arvadıdır.

Mədəniyyətlərarası informasiyaların mənbəyi kimi Isveçrədə çox sevilən bu media orqanı “WikiLeaks”-in sızdırdığı informasiyalara bu kontekstdə yanaşır: “Bu gün Azərbaycan Orta əsrlərin Avropasını xatırladır: Bir-birilə sıx bağlı olan bir ovuc ailə ölkənin bütün regionlarını və iqtisadiyyatını idarə edir. Burada neft və qaz ticarəti dominant təşkil edir. Atası Heydər Əliyevdən təhvil aldığı və özünün rəhbərlik etdiyi ”SOCAR" şirkətinin “qara qızıl”ın satışından əldə etdiyi milyardlarla vəsait rəsmi və eləcə də qeyri-rəsmi kassalara axır".

Cenevrədə özünə yer etməyi düşünən Azərbaycan rəhbərliyi eynilə Kazaxıstan və Özbəkistan liderlərinin ailələrinin nümunəsini təkrarlamağa çalışır. Əliyev-Paşayev klanının Cenevrədə şəxsi iqamətgahları olacaqmı? Bu barədə hələ ki, tam olaraq heç nə bəlli deyil. Ancaq unutmayaq ki, Bakıda “Don Karleone” ayaması qazanan Ilham Əliev hələ bir müddət öncə 11 yaşlı oğlunun adına Dubayda masmavi dəniz sahilindən 44 milyon ABŞ dolları dəyərində villa alıb, onun prezident kimi illik məvacibi isə sadəcə 228ÿ000 dollar təşkil edir. Bununla belə, isveçrəli jurnalistlər ehtimal edirlər ki, çox güman sözügedən rezidensiya üçün yer məhz əsrarəngiz təbiətə məxsus Cenevrə gölünün sahilində yerləşən gözoxşayan Kolon məhəlləsindən seçiləcək. Məhz bu məkanda artıq keçmiş sovet respublikalarından ikisinin rəhbərinin qızları özlərinə yer ediblər.

Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin qızı Dinara Kulibayeva artıq buradan rekord məbləğə - 74.7 milyon franka 10 min kvadrat metr sahəsi olan daşınmaz əmlak alıb. Məhz bundan sonra “Cenevrədə daşınmaz əmlak bazarını korladığı” və üzərində rüşvət spekulyasiyaları səbəbindən o, hazırda tənqid hədəfinə çevrilib.

Əliyev “ərəb baharı”nın növbəti namizədidir

Onun əri, Qazaxıstana məxsus neft və qazın satışı ilə bağlı biznesin aparıcı fiquru Timur Kulibayevə qarşı isə ötən il Isveçrə prokurorluğu, 600 milyon frankın Isveçrə ərazisində “yuyulması” ittihamı üzrə təhqiqat başladıb, lakin bununla bağlı hələlik xəbərlər çox məhduddur.

“Kolon məhəlləsində, həmçinin Özbəkistan prezidentinin iki qızı yaşayır. Özbəkistanın YUNESKO-da təmsilçisi Lola Kərimova 43,3 milyon frank dəyərə malik villaya sahibdir. Gülnarə Kərimova (şəxsi varidatı 1-1,5 milyard frank məbləğində dəyərləndirilir, ”Bilan" jurnalının təsnifatına görə, Isveçrənin 300 nəfərlik “Ən varlı qadın” siyahısında 7-ci yerdə qərarlaşıb) isə ölkəsinin Cenevrədə BMT-dəki daimi nümayəndəsidir, kifayət qədər “sadə”, 13 milyon franklıq bir villada yaşayır", - deyə “Le Matin” vurğulayır.

Bütün bunlara baxmayaraq, isveçrəli jurnalistlər başqasının fəlakətinə sevinirmiş kimi ehtimal edirlər ki, Əliyev, Kərimov və Nazarbayev Yaxın Şərqdə və Şimali Afrikada yaşanan “ərəb baharı”nın növbəti namizədləridirlər. Məhz bununla əlaqədar olaraq, Isveçrə hökuməti “siyasi baxımdan önəmli persona hesab olunan” şəxslərin varidatlarının dondurulması praktikasından istifadə edə bilər... Sübut? Martın 11-də azərbaycanlı gənclər “Don Karleone”nin hakimiyyətinə etiraz əlaməti olaraq keçirdikləri “Böyük Xalq Günü” aksiyası ilə inqilabın ilk siqnallarını eşitdirdi.

Biz həm də onu xatırlatmağı mühüm sayırıq ki, hazırda Azərbaycan, Qazaxıstan və Özbəkistan Beynəlxalq valyuta fondunun Isveçrə qrupunun mühüm tərəfdaş-ölkələridirlər. Hələ 2009-cu ildə Konfederasiyanın xarici işlər naziri Mişlin Kalmi-Re Mərkəzi Asiyaya səfər edərək, siyasi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməklə bu ölkələrin Isveçrə üçün önəmini təsdiqləmişdi”.

Hazırladı: Rəşad Öz

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter