English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

TÜRKİYƏ İLƏ RUSİYA ARASINDA VİZASIZ DÖNƏM BAŞLAYIR

AZOH: Bu gün Rusiya səfəri başa çatan Türkiyən in baş naziri Rəcəb Tayyib Ərdoğan Mersin vilayətinin Akkuyu bölgəsində tikilməsi planlaşdırılan atom elektrik stansiyasından vaz keçmədiklərini bildirib. Ərdoğan bu məsələ ilə bağlı təqvimin işlədiyini bildirib. Baş nazir atom elektrik stansiyasının təməlinin aprelin sonu və ya mayın əvvəlində qoyula biləcəyini deyib.

Səfər çərçivəsində viza məsələsi də həllini tapıb. Ərdoğanla Rusiya prezidenti Dmitri Medvedev arasındakı görüşdən sonra viza rejiminin ləğvinə dair qərarın aprelin 17-dən etibarən qüvvəyə minəcəyi açıqlanıb. Qərara görə, iki ölkə vətəndaşları 90 gün içərisində 30 günü keçməyən səfərləri üçün viza almayacaqlar.

Ərdoğan Moskvadakı görüşlərindən sonra Tatarıstana gedib. Baş nazir burada Tatarıstan prezidenti Rüstəm Minnixanıv tərəfindən qarşılanıb. Bu gün Ərdoğan Kazan Federal Universitetində tələbələr qarşısında çıxış edəcək. Daha sonra Kazandakı prezident iqamətgahını ziyarəti planlaşdırılan Ərdoğan axşam saatlarında Türkiyəyə dönəcək.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter