English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

LİVİYAYA MÜDAXİLƏYƏ SAATLAR QALIR

AZOH: Fransa Qəddafiyə qarşı əməliyyatın bir neçə saat içərisində başlayacağını bəyan edib. Hökumət sözçüsü Fransua Baroin Liviyaya yönəlik ilk hava hərəkatına bir neçə saat qaldığını və Fransanın bu əməliyyatda iştirak edəcəyini bildirib. RTL radiosuna açıqlama verən Baroin məqsədlərinin Liviya xalqının azadlığa qovuşmasına yardım etmək, qısacası, Qəddafini devirmək olduğunu söyləyib.

Liviyada ilk hava hərəkatının Qətər və ya Birləşmiş Ərəb Əmirlikləri kimi bir ərəb ölkəsindən gələ biləcəyi bildirilir.

ABŞ prezidenti Barak Obama isə Liviyaya müdaxilə üçün ABŞ hərbi qüvvələrindən istifadə qərarını hələ təsdiqləməyib. ABŞ Konqresində keçirilən müzakirələr barədə açıqlama verən rəsmilər əməliyyatın bazar ve ya bazar ertəsi günü başlaya biləcəyini, bu əməliyyatda bombardman və müşahidə təyyarələrindən istifadə ediləcəyini bildiriblər.

BMT Təhlükəsizlik Şurasının qərarından sonra Norveç də əməliyyatda iştirak etmək istədiyini açıqlayıb.

Qəddafi isə Liviyaya hərbi müdaxilə olarsa, Aralıq dənizi üzərində uçan sərnişin təyyarələrini vuracaqlarını bildirib. BMT Təhlükəsizlik Şurasının qərar qəbul etdiyi saatlarda Binqaziyə yönəlik əməliyyat başladan Qəddafi "Şəhərdəki xainlərin göz yaşlarına baxılmayacaq deyib.

Qəddafinin oğlu Seyfülislam isə BMT-nin qərarlarından qorxmadıqlarını söyləyib. ABC News kanalına danışan Seyfülislam kimsənin bu müdaxilədən məmnun olmadığını bildirib: "Ölkəmizi yox edirsiniz. Liviyanı bombalamaqla, insanları öldürməklə onlara yardım etmiş olmayacaqsınız. Sizdən qorxmuruq. Qorxmayacağıq".

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter