English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

گونئي آذربايجان قورتولوش پارتياسي نين استکهلم قادين قورولتايينا ساوي!

Güney Azərbaycan Qurtuluş Partiyasının

Stockholm Qadın Qurultayına savı!

Əziz Millətimiz, dəyərli toplantı ortaqları!

Sizi bu dəyərli və anlamlı Qurultay münasibətilə salamlayır, sayğılarımızı sunuruq.         Sözsüz ki, Türk qadınından söz gedən zaman istər-istəməz analıq, bacılıq, namuslu yaşam yoldaşı, şərəf, özverilik və bu kimi gözəllik simgələri hər kəsin duyğusuna hakim olur. Bunlara kimsənin etirazı yoxdur. Ancaq, çağdaş şərtlərə görə, bu gözəl ünvanlar yetərsiz qalır. Çünki, bunların heç biri qadınların eşidlik şansını nəinki çoxatmayır, bəlkə qarşısını da alır.            21-ci yüzildə yaşamağımıza baxmayaraq, yer üzündə hələ də qadınların eşidlik mücadiləsi ərkəklik siyasəti tərəfində önlənir. Bu, önləmlər ölkədən- ölkəyə dəyişsə də, mahiyyətində olan anlam dəyişməz qalmaqdadır. Batılı ölkələrdə qadın tam açıq şəkildə istifadə olunmağa sürüklənir. Ərkək tacirlər isə, bunu öz istək və azad iş tələbi kimi reklam edirlər. Doğulu qadın, fərqli kültür və toplum inanclarına uyğun istənilən formada istifadə əbzarı kimi qullanılır. Sözsüz ki, bu zorakılığın nisbətləri ölkədən ölkəyə dəyişir. Ancaq, statislərə görə, dünyanın ən qara bəxt qadınları, Afriqada, Ortadoğuda özəlliklə Əfqanistan, Ərəbistan və əlbət ki, İran adlanan ölkədə yaşayırlar.

Fondamentalist, şovinist farsçı rejimin hakim olduğu İran adlanan ölkə, kəsinliklə qadınların yer üzündəki ən böyük zindanıdır. Bu, böyük zindanda dilindən, kültüründən, milli kimliyindən uzaq tutulan qeri fars qadınların əsarət qatları olduqca dərin və dəhşətlidir. Azərbaycan türk qadını İran adlanan yerin ən böyük etnik toplumu olduğu halda, ən nüfuslu əsarətdə olan tərəfi də sayılmaqdadır. Statistiklərin göstərdiyinə görə, Azərbaycan türk qadını sosial, siasal, ekonomi, eyitim, sağlamlıq, idman, güvənlik, əyləncə və bu kimi bütün alanlarda özündən daha kiçik fars toplumların gerisindədir. Sözsüz ki, bunun böyük nədəni farsçı rejimin Azərbaycana qarşı yürütdüyü düşmən davranışından irəli gəlməkdədir. Ancaq, bunun bir də görülməyən üzü vardır. O da, qadınların sosial gəlişmələrinə qarşı olan öz içimizdəki geri qalmış düşüncələrin halən hakim olmasıdır. Yuxarıda qadına qarşı hörmət və sevgi adına sadalanmış özəllikləri bir daha gözdən geçirərsək, geri qalmış düşüncənin nə olduğu anlaşılacaqdır. Bu anlayışlara görə, Qadın yaxşı həyat oldaşı olmalıdır, yaxşı uşaq anası olmalıdır, yaxşı qardaş bacısı olmalıdır! Bu özəlliklərin hamısının yeri evdir. Ailə çərçüvsidir. Bu düşüncəyə görə, qadın ev dörd duvarında kişisini, balasını, qardaşını və olabilsin ata-anasını bəsləməli və sadəcə olar üçün yaşamalıdır. Nə yazıq ki, Türk ərkəklərinin qalib kəsimi hələ də, bu baxışdadır. Belə olunca, qadınla birlikdə toplum da ortadan baltalanır. Elə deyilmi!?

Əziz soydaşlarımız!

Azərbaycan uzun zaman özgələrə əsir düşmüş bir türk toplumudur. 1990-dan sonra Quzeyimiz bu əsarətdən qurtulsa da, Güneyimiz hələ də, əsarət çənbərindən qalmaqdadır. Bu əsarətin ən səssiz-səmirsiz qurbanları isə, heç şübhəsiz qadın kəsimidir.  Azərbaycan türk qadını, bir tərəfdən toplum əsarətini omuzlarında daşıyır, başqa yandan isə, düşmən qarşısında əzginləşmiş türk ərkəkliyinin zədələnmiş sosial şəxsiyyətinin zorbalığına uğramış durumdadır. Bu, təsbit bəzi bəylərimizin xatirinə dəysə də, acı bir gərçəkdir. Türk insanının azad və özgür sevərlik gələnəyinə, tarixsəl örnəklərinə baxmayaraq, Güney Azərbaycanda, bu acımasız gərçəklər yaşamaqdadır. Açıq sözlə desək, Güney Azərbaycan türk qadını həm qalib fars kültürünün, həm isə, toplum içi şiəçi ərkəklik siyasətinin iki qat əzilmış kəsimidir. Ancaq, bu acı gərçəklərə baxmayaraq, Azərbayca Türk qadını hər zaman ərkəklərlə çiyin-çiyinə yılmadan-ayaqdan düşmədən öncüllük mücadiləsi vermişdir. Tümris (miladdan qabaq 529) Massket Mələkəsi və Əhəmənli Kuruşun başını kəsən, Mehrican Xatun(13-cü əsr) Azərbaycan Atabəylilərinin Təbriz Hakimi, Sara Xatun (14-cü əsr) Ağqoyunluların sülalə başçısı, böyük hakimi və Uzun Həsənin anası, Tahirə Qürrətuleyn/ Zərrintac/ Qəzvin doğumu, BAB Hərəkatının Azərbaycan başçısı, Zeynəb Paşa, Tənbəki qalxışmasından sonra Təbrizdə Qadınlar Hərəkatının başçısı, minlərcə Türk qadınlarından sadəcə bir neçə örnəkdirlər. Bunlara Səttarxanla birgə səngərdə döyüşən igid qadınları, Azərbaycan Milli Hökumətində Fədayilər dəstəsində torpaq namusunu qoruyan qız əsgərlərini və minlərcə şair, yazar və çağdaş qadınları artırsaq da. Yenə yerdə qalan bir çoxları olacaqdır. Elə məhz bu üzdən, Azərbaycan Türk qadını bölgənin ən öncül və ərdəmli qadını olmalıdır. Bugün panfaşist farsçı rejim, bir antiqadın rejim olaraq bütün eşidlik və azadlıq yollarını bağlasa da, çox uzun sürmədən öz antibəşəri və apateid həyatına son verəcəkdir. Azərbaycan Türk qadını özünün o günə hazir etməlidir.

Əziz millətimiz, sayğıdəyər toplantı ortaqları,

Güney Azərbaycan Qurtuluş Partiyası, əsarətdə olan millətimizin başlıca mücadiləsinin istiqlal və milli qurtuluş olduğunu vurğulayır. Qadınlarımızın bu yoldaki ağır görəvlərini bir daha təkrarlayır. Bu əsarətə son verməyimizin təkcə yolunu vahid və birləşik milli savaşda görür. Bu qurultayın həmin yöndə hərəkət edəcəyini əminliklə izləyir.

GAQP belə hesab edir ki, geridə qalan bütün haqsızlıqlara dönməməyin yolu yalnız çağdaş və laik Güney Azərbaycan dövlətinin qurulmasına bağlıdır. İnanırıq ki, dəyərli xanım əfəndilərimiz də bu yöndə hərəkət edəcək, bütün haqlı istəklərin ön şərtini milli qurtuluş savaşının zəfərli sonucunda axtaracaqlar.

Sizə bu qutsal yolda uğurlar və bacarılar diləyilə.

Güney Azərbaycan Qurtuluş Partiyası

Yönətim Qurulu

2011-10-23

عزيز ميلتيميز، ديرلي توپلانتي اورتاقلاري!

سيزي بو ديرلي و آنلاملي قورولتاي مناسيبتي ايله سالاملايير، سايغي لاريميزي سونوروق.

سؤزسوز کي، تورک قادين يندان سؤز گئدن زامان ايستر-ايسته مز آناليق، باجيليق، ناموس لو ياشام يولداشي، شرف، اؤز وئري ليک و بو کيمي گؤزلليک سيمگه لري هر کسين دويغوسونا حاکيم اولور. بونلارا کيمسه نين اعتيراضي يوخدور. آنجاق، چاغداش شرطلره گؤره، بو گؤزه ل عنوانلار يئترسيز قالير. چونکي، بونلارين هئچ بيري قادينلارين ائشيدليک شانسي ني نه اينکي چوخالتمايير، بلکه قارشيسيني دا آلير.

21-جي يوزيلده ياشاماغيميزا باخماياراق، يئر اوزونده هله ده قادينلارين ائشيدليک مجاديله سي ارکک ليک سياستي طرفينده اؤنله نير. بو، اؤنلم لر اؤلکه دن- اؤلکه يه دييشسه ده، ماهيت ينده اولان آنلام دييشمز قالماق دادير. باتي لي اؤلکه لرده قادين تام آچيق شکيل ده استيفاده اولونماغا سوروکله نير. ارکک تاجيرلر ايسه، بونو اؤز ايستک و آزاد ايش طلبي کيمي رئکلام ائديرلر. دوغولو قادين، فرقلي کولتور و توپلوم اينانجلارينا اويغون ايسته نيلن فورمادا استيفاده ابزاري کيمي قوللانيلير. سؤزسوز کي، بو زوراکيليغين نسبت لري اؤلکه دن اؤلکه يه دييشير. آنجاق، استاتيست لره گؤره، دونيانين ان قارا بخت قادينلاري، آفريقادا، اورتادوغودا اؤزلليک له افغانيستان، عربيستان و البته کي، ايران آدلانان اؤلکه ده ياشاييرلار.

فوندامئنتاليست، شووينيست فارسچي رژيمين حاکيم اولدوغو ايران آدلانان اؤلکه، کسين ليک له قادينلارين يئر اوزونده کي  ان بؤيوک زينداني دير. بو، بؤيوک زينداندا ديليندن، کولتوروندن، ميللي کيمليگيندن اوزاق توتولان غيري فارس قادينلارين اسارت قاتلاري اولدوقجا درين و دهشتلي دير. آذربايجان تورک قاديني ايران آدلانان يئرين ان بؤيوک ائتنيک توپلومو اولدوغو حالدا، ان نفوس لو اسارتده اولان طرفي ده ساييلماقدادير. استاتيستيک لرين گؤسترديگينه گؤره، آذربايجان تورک قاديني سوسيال، سياسال، ائکونومي، ائييتيم، ساغلامليق، ايدمان، گوونليک، اَيلنجه و بو کيمي بوتون آلانلاردا اؤزوندن داها کيچيک فارس توپلوملارين گئريسينده دير. سؤزسوز کي، بونون بؤيوک ندني فارسچي رژيم ين آذربايجانا قارشي يوروتدويو دوشمن داورانيشيندان ايره لي گلمک ده دير. آنجاق، بونون بير ده گؤرولمه يه ن اوزو واردير. او دا، قادينلارين سوسيال گليشمه لرينه قارشي اولان اؤز ايچيميزده کي  گئري قالميش دوشونجه لرين حالن حاکيم اولماسي دير. يوخاريدا قادينا قارشي حؤرمت و سئوگي آدينا سادالانميش اؤزلليکلري بير داها گؤزدن گئچيريرسه ک، گئري قالميش دوشونجه نين نه اولدوغو آنلاشيلاجاقدير. بو آنلاييشلارا گؤره، قادين ياخشي حيات يولداشي اولمالي دير، ياخشي اوشاق آناسي اولمالي دير، ياخشي قارداش باجيسي اولمالي دير! بو اؤزلليکلرين هاميسي نين يئري ائودير. عاييله چرچيوه سي دير. بو دوشونجه يه گؤره، قادين ائو دؤرد دوواريندا کيشي سيني، بالاسيني، قارداشيني و اولابيلسين آتا-آناسيني بسله مه لي و ساده جه اولار اوچون ياشامالي دير. نه يازيق کي، تورک ارکک لري نين قاليب کسيمي هله ده، بو باخيشدادير. بئله اولونجا، قادينلا بيرليکده توپلوم دا اورتادان بالتالانير. ائله دئييلمي!؟

عزيز سويداشلاريميز!

آذربايجان اوزون زامان اؤزگه لره اسير دوشموش بير تورک توپلومودور. 1990-دان سونرا قوزئي يميز بو اسارتدن قورتولسا دا، گونئي يميز هله ده، اسارت چنبريندن قالماقدادير. بو اسارتين ان سسسيز-سميرسيز قوربانلاري ايسه، هئچ شوبهه سيز قادين کسيمي دير.  آذربايجان تورک قاديني، بير طرفدن توپلوم اسارتيني اوموزلاريندا داشييير، باشقا ياندان ايسه، دوشمن قارشيسيندا ازگينلشميش تورک ارکک ليگي نين زده لنميش سوسيال شخصيتي نين زورباليغينا اوغراميش دوروم دادير. بو، تثبيت بعضي بيليريميزين خاطيرينه ديسه ده، آجي بير گرچکدير. تورک اينساني نين آزاد و اؤزگور سئورليک گلنگينه، تاريخسل اؤرنکلرينه باخماياراق، گونئي آذربايجاندا، بو آجيماسيز گرچکلر ياشاماق دادير. آچيق سؤزله دئسه ک، گونئي آذربايجان تورک قاديني هم غاليب فارس کولتورونون، هم ايسه، توپلوم ايچي شيچي ارکک ليک سياستي نين ايکي قات ازيلميش کسيميدير. آنجاق، بو آجي گرچکلره باخماياراق، آذربايجا تورک قاديني هر زامان ارکک لرله چيگين-چيگينه ييلمادان-آياقدان دوشمه دن اؤنجوللوک مجاديله سي وئرميشدير. تومريس (ميلاددان قاباق 529) ماسسکئت ملکه سي و اهمن لي کوروشون باشيني کسن، مئهريجان خاتون(13-جو عصر) آذربايجان آتابي لي لري نين تبريز حاکيمي، سارا خاتون (14-جو عصر) آغ قويونلولارين سولاله باشچيسي، بؤيوک حاکيمي و اوزون حسن ين آناسي، طاهيره قوررتولئين/ زررين تاج/ قزوين دوغومو، باب حرکاتي نين آذربايجان باشچيسي، زئينب پاشا، تنبه کي  قالخيشماسيندان سونرا تبريزده قادينلار حرکاتي نين باشچيسي، مين لرجه تورک قادينلاريندان ساده جه بير نئچه اؤرنک ديرلر. بونلارا ستارخانلا بيرگه سنگرده دؤيوشن ايگيد قادينلاري، آذربايجان ميللي حکومتينده فدايي لر دسته سينده تورپاق ناموسونو قورويان قيز عسگرلريني و مينلرجه شاعير، يازار و چاغداش قادينلاري آرتيرساق دا. يئنه يئرده قالان بير چوخلاري اولاجاقدير. ائله محض بو اوزدن، آذربايجان تورک قاديني بؤلگه نين ان اؤنجول و اردملي قاديني اولمالي دير. بوگون پان فاشيست فارسچي رژيم، بير آنتي قادين رژيم اولاراق بوتون ائشيدليک و آزادليق يوللاريني باغلاسا دا، چوخ اوزون سورمه دن اؤز آنتي بشري و آپارتايد حياتينا سون وئره جکدير. آذربايجان تورک قاديني اؤزونون او گونه حاضير ائتمه لي دير.

عزيز ميلتيميز، سايغي دير توپلانتي اورتاقلاري،

گونئي آذربايجان قورتولوش پارتياسي، اسارتده اولان ميلت يميزين باشلي جا مجاديله سي نين ايستيقلال و ميللي قورتولوش اولدوغونو وورغولايير. قادينلاريميزين بو يولداکي آغير گؤرولريني بير داها تکرارلايير. بو اسارته سون وئرمه ييميزين تکجه يولونو واحيد و بيرلشيک ميللي ساواش دا گؤرور. بو قورولتايين همين يؤنده حرکت ائده جگيني امينليکله ايزله يير.

GAQP بئله حساب ائدير کي، گئريده قالان بوتون حاقسيزليقلارا دؤنمه مه يين يولو يالنيز چاغداش و لاييک گونئي آذربايجان دؤولتي نين قورولماسينا باغلي دير. اينانيريق کي، ديرلي خانيم افندي لريميز ده بو يؤنده حرکت ائده جک، بوتون حاقلي ايستکلرين اؤن شرطيني ميللي قورتولوش ساواشي نين ظفرلي سونوجوندا آختاراجاق لار.

سيزه بو قوتسال يولدا اوغورلار و باجاريلار ديلگي له

.

گونئي آذربايجان قورتولوش پارتياسي

يؤنه تيم قورولو

2011-10-23

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter