ایسوئچ- گؤتئنورگ-دا شهید غولامرضا امانی نین آنما مراسیمی کئچیریلهجک
شهیدلر اؤلمز
سئویملی یوردداشلار، سایغیدیر فعاللار،
گونئی آذربایجان میللی حرکاتینین رهبرلریندن اولان، غولامرضا امانی، اوچ ایل بوندان اول، ایکی قارداشی ایله بیرلیکده پلانلانمیش بیر ماشین قضاسیندا شهادته یئتیریلدی. میللی حرکاتین دیرنیش سیمگهسی اولان موهندیس امانی حایاتینین ان دیرلی چاغلارینی ایران شووینیست رئژیمینین حبسخانالاریندا کئچیرسه ده، میللت و وطن اوغروندا موجادیلهسیندن بیر آددیم بئله گئری اوتورمادی. او، آذربایجان گنجلیگینین اونودولماز اؤرنیدیر و گنجلیگیمیز گونبگون بو دیری کشف ائتمکدهدیر.
شهید امانیده سیمالانان اینسانلیق و موباریزه دیرلرینه صاحب چیخماق مقصدی ایله عنعنوی اولاراق، بو ایل ده، آبان آییندا (اوکت-نوو آیی) ایسوئچ-گؤتئبورگدا شهید امانینین آنیم مراسیمی کئچیریلهجکدیر. مراسیمین تشکیلاتچیلیغیندا یئنیگاموح، گادپ، آزوح و اوغوزلار قروپو ایشبیرلیک ائتمکدهدیرلر. مراسیمه هر کس دعوتلیدیر.
زامان: جومارتئسی، 5 نویابر 2011 (شنبه، 14 آبان 1390) - ساعات 18-20
یئر: Östra fjällvägen 1, Sävadalen, 43362 Partille
یئنیگاموح، گادپ، آذوح و اوغوزلار قروپو
Şəhidlər Ölməz
İsveç- Götenorg-da Şəhid QulamRza Əmaninin Anma mərasimi Keçiriləcək
Sevimli Yürddaşlar, Sayğıdəyər Fəallar,
Güney Azərbaycan milli hərəkatının rəhbərlərindən olan, Qulamrza Əmani, Üç il bundan əvvəl, iki qardaşı ilə birlikdə planlanmış bir maşın qəzasında şahadətə yetirildi. Milli hərəkatın Dirəniş Simgəsi olan Mühəndis Əmani hayatının ən dəyərli çağlarını İran şovinist rejiminin həbsxanlarında keçirərsə də, millət və vətən uğrunda mücadiləsindən bir addım belə geri oturmadı. O, Azərbaycan Gəncliyinin unudulmaz örnəydir və gəncliyimiz günbəgün bu dəyəri kəşf etməkdədir.
Şəhid Əmanidə simalanan insanlıq və mübarizə dəyərlərinə sahib çıxmaq məqsədi ilə Ənənəvi olaraq, Bu il də, Aban ayında (Okt-Nov ayı) İsveç-Göteborgda Şəhid Əmaninin anım mərasimi keçiriləcəkdir. Mərasimin təşkilatçılığında YeniGAMOH, GADP, AZOH və Oğuzlar Qrupu işbirlik etməkdədirlər. Mərasimə hər kəs dəvətlidir.
Zaman: Cumartesi, 5 Noyabr 2011 (Şənbə, 14 Aban 1390)- saat 18-20
Yer: Östra fjällvägen 1, Sävadalen, 43362 Partille
YeniGAMOH, GADP, AZOH və Oğuzlar Qrupu