English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

سایین ائلدار قاراداغلی(قورتولوش تشکیلاتی نین یونتیم قوروپو اویه سی) آذوح لا موساحیبه سی


Sayın eldar qaradağlı(qurtuluş təşkilatı nın yönətım qurupu uyəsı) azoh la müsahibə sı

1- Təxribatı necə tərif edirsiniz? Tənqidlə təxribatın fərqi nədir?

Yıxıçılıq, Bozgunluk, Əndirmək, Yox etmək və Təxribat deyilən toplumsal xəstəliyin alanı o qədər böyükdür ki, onu bir özəl anlamda yerləşdirmək mümkün deyildir. Ancaq, bir çox anlam birləşməsində ələ alınan sonuclara görə, təxribat insane və insanlığa qarşı bir əxlaqsal terror eyləmidir. Birer terroru, şəxsiyyət terroru, insanın insanlıq haqqına qarşı ən gizli yıxıcılıq eyləmi, təxribatın başqa bir anlamıdır. Təxribatın toplum içində bəlirgin və sınırlı bir yeri yoxdur. Bütün toplumlarda təxribat çeşidlərinə raslamaq olur, ancaq, despot və korrupsioner rejimlərin əlində tutulan ən gizli və etgili silahın təxribat olduğunu görmək olar. Despot rejimlərin yaratdığı təxribat kültürünün başlıca izlərini toplum içindəki qarşılıqlı zənn və güvənsizlikdə görmək mümkündür. Despot rejim, bu siyasətilə qarşısında yaranacaq dayanışmanın, ulusal dirənişin nəinki qarşısını alacaqdır, eyni zamanda, bozulmuş toplumun özünə tabe etməsi yolunda böyük uğurlar qazanacaqdır. Qısası, despot rejimlərin ən qorxunc yuxusu azadlıq sözcüküdür. Azadlıq sözcükünün ən yıxıcı düşməni isə, toplum içində yayğınlaşan siyasal təxribatdır. Təxribat ədəbiyatının genişləndiyi toluluqlarda hər hansı ələşdiri (tənqid) girişimi də təxribat adına basdırılar. Belə sistemlərdə təxribatla, tənqidin arasında olan fərqliyin ölçüsü də pozular. Açıqcası, ələşdiri haqqı azad toplum məhsuludur. Habuki, təxribat, azad toplumun başı üstündəki ölümcül darbadır. Sadə bir örnək:

Təxribat örnəyi:

Örnək 1) Hicab bir objedir. Onu qullanmaq bir haqdırsa, qullanmamaq da bir haqdır. Bu iki haqın bir arada yaşanması demokratiyanın və çağdaşlığın ən gözdə olan izlənimidir. Hicab haqqını bir siyasal araca çevirib bu çox normal insan haqqını öz toplumundan almağa çalışan, ikisindən birinə yasaq qolan rejimlərin və ya hər hansı siyasal qurumun amacında kəskin bir bozgunluk və toplum təxribat psikolojisi yatmaqdadır. Bu durumda sorunun yalnızca görünən üzü topluma aiddir. Görünməyən böyük bölümü rejimin və ya siyasal qurumun xəstə ruhundan irəli gəlir. Bu, bir millətin siyasət alenasında yer salmış xəstəliyin izidir. Başqa bir anlamla toplumun siyasilərinin toplum içində yola saldıqları təxribatdır.

Örnək 2) Hicab bir subjedir. Onun qonusunda açıq dialoqların ortaya qoyulması bir aydınlıq sürəcidir. Bu qonuda dinli və dinsiz həssasiyyətlərin aradan qaldırması böyük bir bacarıdır. Bu sürəcin sosial və toplumsal oluşumda saxlanılmasını bacaran bir toplumun siyasal mədəniyyətinin yüksək olmasını göstərir. Toplumu bu bacarıya itələmək, qarşıda olan əngəllərin aradan qaldırılmasına qeyrət göstərmək bir tənqid davranışıdır. Burada hədəf insanlıq üçündür. Birər haqqın düzgün qullanışına aid söyləm nə olusa sübyektiv anlayışdır. Belə davranışda təxribata yol açacaq cəhalətin aradan qaldırılması söz qonusudur.

Göründüyü kimi təxribatda sağlam düşüncə yoxdur. Düşüncəyə qarşı sağlamsız güc qulanışı hakimdir. Tam tərsi olaraq tənqid (ələşdiri) sağlam düşüncəyə və gücdən uzaq eşid söyləm çevrəyə ehtiyacı vardır. Qısa sözlə, tənqidlə təxribin qarşı ilişgiləri vardır.

2- Plüralizm və təxribatın nə əlaqəsi var? Təxribat olmasın şuari ilə plüralizmin qabağını almağa necə baxırsınız?

Bir səhər evdən dışarıya çıxırkən, qarşında başı papqlı bir neçə nəfəri görürsən ki,  Kinisəyə üz tütüblar. Biraz gedirsən bir neçə nəfərin Məscidə sarı gedişini görürsən, bir neçə addımdan sonra bir iddənin kilisə yolunu tutduğunu müşahidə edirsən. Bu insanların davranışlarının ilk görüntüsü sadə bir dinsəl plüralizimdir.

Bir gün, siyasi mitingdə iştirak etmək amacıyla evdən çıxırsan, həmən anda bacının da evdən çıxmasını görür və onun haraya getməsini sorursan. O, şəhərin başqa yönündə oluşacaq rəqib partiyanın mitinginə getməsini deyir. Sən onu öpərək bol şanslarla yoluna uğurlayırsan. Bu böyük bir gəlişmənin kiçik görüntüsüdür. Bu, bir sayasal və düşüncəl plüralizimdir.

Evdə bir bacı, bir qardaşsınız. Bacınız dünyanın materializim dialektinə tabe olmasını savunur. Ona görə, Tanri doğanın ortaya qoyduğu bir tabudur. O, kimsədən çəkinmədən, ona qarşı yaranacaq olumsuzluqlardan qorxmadan öz düşüncəsini özgürcə ortaya qoyur. Onun, düşüncəsi ev içində azlıq durumundadır. Çoxunluq, onun düşüncəsini qəbul etmir, ancaq onun özünü qəbul edir. Siz, onu bir bacı kimi yox, vicdan özgürlüyünə sahib olan müxalif kimi qəbul edərsiniz, normal bir vicdan plüralizmini sərgimiş olursunuz. Yenə evdə 2 bacı, 2 qardaşsınız. Sənin sevdiyin musiqi pop, qardaşının sevdiyi muzik rap, bala bacının sevdiyi klasik, böyük bacının isə bəyəndigi yerli tipik havadır. Siz, hər dördünüz öz sevdiyiniz muzikə rəğmən başqalarının da sevdiyi musiğinin savunmasını bir şərt hesab edirsiniz. Bu sadəcə bir muzik və zövq plüralizminin örnəyidir. Və bir çox örnək!

Yuxarı sadalanmış örnəkləri gözə almaqla, plüralizmin həm somut və həm də. soyut şəkillərini görəcəyik. Somut şəkilinin anlamını bütünlük dördgenində belə qələmə alarsaq məncə doğrudur: İnsan topluluğunun oluşmasında soyutların birləşməsinin sonucu somut plüralizimdir. Halbu ki, varlıqların içində sınırsız soyutlar vardır ki, özlüyündə somutluq kimliyi oluşdurmaqdadır. Örnək olaraq, bir bacının qardaşına qarşı başqa bir dünya görüş yürütməsinin ilişgisinin olumlum hələ gəlməsində siyasal və düşüncə plüralizmi kimi bir konkretlik ortaya gəlir. Fəlsəfə plüralizmi, kültür plüralizmi, idman plüralizmi, din və inanc plüralizmi və başqa-başqa plüralizmlərin düzgün ilişgisini quracaq yerdə Təxribatın etgisi minimallaşmağa başlayır. Demək düzgün plüralizmilə təxribatın fərqini Kültürlü və kültürsüz toplantıların təməlində axtarmaq gərəkir. Biz, bir çox hallarda təxribin çirkin üzünü aldatma plüralizmilə örtürük. İnanmadığımız vəya inanmağa qadir olmadığımız sözlərlə qarşımızı aldatırıq. halbu ki, əsil aldanmış olan özümüzük. İnsan hər motivdən öncə, özünü yaşamalı və özünü düşünməlidir. Yoxsa, fanatikləşər. Fanatikləşmiş insan isə, sadəcə eyləm yapar, düşünməz və düşündürməz! Plüralizmin özülü birəylikdədir. Birəyliyin qutsal sonucu isə demokratikləşmədir. Təxribat, insana aid olan bütün gözəlliklərin gizli düşmənidir. plüralizim kimi bütün yaşam alanlarında təzahir etmək gücü vardır. Gücü isə, toplum içindəki və toplum dışındaki etnik, plitika, ekonomi və bənzər nədənlərdən qaynaqlanır.

3-Milli hərəkətdə təxribat varmı? Təxriblərin nədəni nədir?. Haradan qaynaqlanır təxriblər?

Azərbaycan bütövlük anlamıyla nisgilləşən bir toplumdur. 1828-ci ilin Türkməncay baltası bu topluluğu bütün alanlarda yıxdı. Bu yıxılmağın psikolojik boyutlarını yalnız Güneydə axtarmaq doğru olamaz. Azərbaycan, bütün quzeyilə, güneyilə, batısıyla və doğusuyla hələ də küləlikdədir. Torpaqlarımızı bölənlər hər şeydən öncə bütövlüyümüzün, milliyyətçiliyimizin və dövlətçiliyimizin özül daşını, təməlini və ulusal bilinc biçimini pozmuşlar. Bu çox ağır və dözülməz darbadır. Siz bir ruh xəstəsini düşünün. Onun, bu xəstəliyindən xəbəri yoxdur. Olsaydı, kəsinliklə özü-özünə dərman olardı. Və ya bir qalaballıq evin atasının ərkən ölümünü düşünün. Sözsüz ki, o ev içində düzənsizlik və özbaşınalıq baş tutub gedəcəkdir. Xəstə öz beyinini, ev isə, öz atasını əldən verərsə ortanın hegemonluğu sadəcə anarxizmə qalar! Bilim adamlarına görə, Obyektin canı subyektdə saxlıdır. Götürün Azərbaycanın azad olmuş respoblika bölgəsini. Orada 20 illik bir özgür və bağımsız dövlətimiz var. Ancaq, bu varlığımızın halən ruslardan və farslardan qorxusu bitmək bilməyir. Sözsüz ki, soruna bu qədər qolayca baxmaq düzgün deyil. Amma kəsinliklə bu gərçəkliyin özül daşında psikolojik bir qorxuya rasgəlməmək mümkün deyildir. Ortada bir qorxu var. Bu qorxu isə, daha çox subyektiv səbəblərdən qaynaqlanır. Belə ki, Azərbaycan türklüyü rus böyüklüyünü illər boyu sırtında daşıdığına görə, o millətə və dövlətə qarşı bir ufanıq tərzinə qatlanmaqdadır. Sözsüz ki, bu gedişatın sonsuzluğu söz qonusu deyil. Ancaq, hələlik durum belədir. Bu, günümüzün acı bir gərçəyidir. Bu, tarixin bizə verdiyi ÖZ təxribatdır, Öz yıxıcı payıdır! Bunun daha dərinini Güneydə yaşamaqdayıq.   Söz kütlədən gedir, yoxsa geniş bir ulusallaşmış elitimiz və ona bağlı daha geniş dayanışmanı da görməmək öz haqqımızda zalim davranış olar. Buna baxmayaraq, həmin elitasiyon sürəcində belə, İrançılıq və farsçılıq mentalitetinin havası aydıncasına görünməkdədir. Hələ də, bu dərin düşmənliyin kimliyini görmək bəziləri üçün faciə sayılır. Hələ də, fars varlığı qarşısında bilər-bilməz özünü itirən milli fəalları görürük. Hələ də, üzdə millətçilikdən danışan, irançı gizliliyində yaşayanlar az deyil! Hələ də, inadla özümüzə qarşı yıxıcılıqla uğraşanların acı etgisini duymamaq mümkün deyildir. Özəlliklə sol düşüncə çəmbərindən uzaqlaşamayanlar içində belə ikili standardlıqlar aydıncasına görünür. Bunlar öz içimizdən qalxan bilincaltı yıxıcı nədənlərdən yalnız bir neçə örnəkdir. Buna artırın düşmənlərin birbaşa yıxıçılıq girişimini və öz satqın soydaşlarımızın xiyanətlərini!

4- Təxriblərin olmaması və yox olması yolu nədir?

Yuxarıda da sadalanmış kimi yıxıcılıq bir siyasal və sosial xəstəlikdir. Bunun iki-üç açıqlaması yoxdur. Çaldıran yenilgisindən buyana bir ulus olaraq saldırılara elə alışmışıq ki, dış saldırı olmaması halda öz-özümüzə saldırırıq. Bu bir gələnəksəl xəstəlikdir. Bu üzdən içimizdə nə zaman təxribatın bitməsinə kəsin bir söz vermək olmaz. Azərbaycabın bütün alanlarda ulusal qurtuluşa ehtiyacı var. Kəsinliklə milli iradəsi olmayan toplumun belə xəstəliklərə də son verməsi qonusu bir popülarizm yaxınlaşmadır. Mən şəxsən belə yanaşmaların tərəfində deyiləm. Bugün başda Günaztv olmaqla hərkəs birlik və qardaşlıq şüraı verməklə uğraşır. Ancaq, bu birləşmələr bir turlu gərçəkləşmir. Nədən? Çünki, hərkəs gəlin mənimlə birləşin məntiqilə yola cıxır. Maraqlı burasıdır ki, bu soydaşlar xətalı gedişatının qərqində belə deyillər. Yoxsa bu məntiq düşməni məntiqsizliyə uğramazdılar. Hə, birləşmələr olur. Olmur desək yanılarıq. Ancaq, bu birləşmələrin dananı sadəcə öz olduğu yerdə fırlanır. Qıtır-qıtır birləşmələrin ardını belə tutamırıq. Buna görə, birləşmə adına bölüklənmə meydana gəlir. Bu isə, təxribatlara zəmin yaradır. Örnək olaraq, DAK-lar birləşir adı altında qurultaya çağırış yapılır. Belə olarsa, bundan sonra artıq bircə DAK-ın tanığı olacayıq! Lakin, əslində qurultay sabahından sonra iki düşmən DAK səhnəyə çıxacaqdır. DAK-ın qonusu Ganaztv və başqa KİV alanının gündəlik qonusuna çevriləcəkdir. Hər iki tərəf olmazın qarşı yıxıcılığa əl vuracaqdır. Ortada, yanan varsa, panfaşist farsçı rejimin qarşısında yılmadan sinəgərmiş millətçi gəncliyimiz və vətənin əsil sahibləri olacaqdır. Yuxarıda da, dediyim kimi, Azərbaycan böyük bir ulusal qurtuluşa ehtiyac duymaqdadır. Öncə sloğanlıqdan özgür olan düşünsəl özgürlüyün yollarını bulmaq gərəkir. Bu qolaydırmı? Yox, deyil, amma olasıdır. Belə ki, öncə, əlində qələm, qarşısında mikrofon sahibləri bu millətə yalan deməkdən, qurupbazlıqdan və ikili standardlıqdan əl üzməlidirlər. Bu, siyasal yıxıcılığı əxlaqsal boyutlara daşıyan bir əxlaqsız davranışın qarşısını almağın ilkin addımıdır. İkincisi, hərkəsin yerinin bəlli olması gərəkir. Örnəyim, ömrünün böyük bölümünü ölkənin dışarısında geçirərkən, Güneyin havasını yalnız internet aracılığıyla alan müddəilərdir. Belə, insanlar geçmiş düşünsəl dünyalarında özlərinin işinə gələsi bir Azərbaycan xulyası yaratmaqla uğraşarkən qıtır-qıtır milli təxribat zəmini yaradırlar. Millət adına özəl şüarlar, özəl simgələr, özəl taktikalar və bilimsəllikdən yoxsun bir siyasal şırtaqbazlıq bu kiçik kəsimin geçəri oyunlarının görüntüsüdür. Üçüncü və çox önəmli bir gərçəkliyə gəlincə, var olan qurumların və birəy düşüncələrin qarşılıqlı olaraq bir-birini qəbul etmə sorunudur. Bu, bir tərcih deyil, bir gərcəklikdir. Ortadaki gərəkən dostluğun olmasının ən baş özülüdür. Mən varamsa, kəsinliklə sən də olmalısan! Mənim var olma şərtim, sənin varlığına bağlıdır! Sən yoxsansa, demək mən də yoxam! Bir qurum içində ayrı-ayrı olmaqdansa, ayrı-ayrı qurumlarda bütün olmağımız gərəkirsə bundan qacmamalıyıq. Plüralizm və çoxunculuğu öyrənməyimiz gərəkir. Bunu yaşada bilərsək böyük bir sorğunu yanıtlamış olacayıq.

Öncə, qarşılıqlı sayğı, sonra isə qarşılıqsız birliyə doğru!

5- Təxribatlar cəvvində necə milli birliyə çatmaq olar? Təxriblərin bir sırası iştibahlardir ki üz veribdir və şəxslərin niyyətləri tənqidiymi?. Bu təxribləri bağışlamaq və birligə getməğə necə baxırsız? Hansı icrayi zəmanət təxriblərin yenidən başlamağına mane ola bilər?

Yuxarıda da deyildiyi kimi, yıxıcılıqla yalnışlığın bənzərliyi olsa da, tam bir -birindən başqa amacları daşıyırlar. Ortada heç bir zaman kəsin barış yolu yoxdur. Barış və savaş hər zaman yan-yanadırlar. Birlik hər iki durumda bir gərəkənlikdir. Belə ki, hər iki durumda birgəlik olmasa arzu edilən amaca varmaq olmaz!

Mən, təxribatın faciəvi olmasını heç düşünmurəm. Dünya bugünədək bütün yıxıcılıq siyasətilə yönəlmişdir. Tarixin heç bir dönəmində sevilənlə sevilməyən arasında arxadaşlıq olmamışdır. Və olamaz da! Çünki, dünya eksilər (təzadlar) ilişgisilə yuvarlanır. Dünya, təxribatın bir siyasal davranış olduğunu gizləsə də, əslində onu giliyənlər tərəfindən idarə olunmaqdadır. Təxribat məncə, bütün sosial alanlarda bir siyasət tərzidir. Bir sən yemə, mən yeyim, sən yapma, mən yapım davasıdır. Yoxsa, ortada mənfəət, ehtiras və mənəmlik olmasa nədən yıxıcıılıq və bozgunluq olmalıdır ki!?

Ulusal savaşımızın içindəki duruma gəlincə, bir o qədər də, təxribat otoritəsini gərmürəm. Sözsüz ki, təxribat yoxdur deməsi doğru deyildir. Təxribat olmasın diyə bir otopia düşüncəsinə də dayanmıram. Ancaq, bir iki qondarma və böyümə həvəsinə dayanan qarşı durmaları gözdən salarsaq Azərbaycan Milli Hərakatının gənəl dabanında böyük bir təxribatı görmürəm. Təbi ki, farsçı düşmənin bilərəkdən, özümüzün isə bilmiyərəkdən, TƏXRİBAT şeypuruna üfləməmizin olduqca olumsuz havasına tanıq oluruq. Məncə, soyköklü türkçü düşüncə meydanının qorunması və qafa çalışdırma kültürünün sərgiməsilə dayaz fanatiklikdən qurtuluş şansı qazanacayıq. Bu cahilcə təxribata qarşı ilk qələbədir. Milli kimliyimizin bilimsəlcəsinə öyrənilməsi, dünya görüşümüzün özəl dabana yiyələnməsilə içimizdə olan kör təxribat daha da etgisiz hələ gələcəkdir. Yəni, düşünsəl bütünləşmənin doğal sonucu olaraq ulusal bütünləşmə aşamasında içimizdəki təxribatların nüfuz nöqtələri kör olmağa başlayacaqdır. Bir çox zaman davranış şəkilinin bir başa təxribata çevrilməsini də görürük. Bu, içimizdə yaşanan acı gərçəkdir. Durmadan, Güneydə Panfarsizmin, Quzeydə isə, Panslavinizmin vəhşicə milli əritmə siyasətinə uğramış siyasal kültürümüz əzginləşmişdir. Bu durum, başlı-başına 50-milyonluq "Azərbaycan Türk Milləti"nin hələ də, savaşda olmasının göstərgəsidir. Biz, iki böyük cəbhədə. İki düşmən kateqorisi altında savaş qalibi olmalıyıq. Birinci kateqoriya heç şübhəsiz ki, öz içimizdəki özgəlik və cahillikdir. Bu cəbhə böyük dözüm və dirəniş istəyir. Çünki, düşmən gözdə deyil, beyində gizlidir. Onun beyindən dartılıb, düşüncədən uzaqlaşdırılması böyük qurtuluşun özül açarıdır. Bu qələbə olmadan, ikinci cəbhəni açmaq imkansızdır. Yəni farsçı və yandaşları cəbhəsi! Azərbaycan, bugün bu aşamanın tanığıdır. Millətimizin gəncliyi, bütün təxribatlara, yalnışlıqlara və düşmən pusularına baxmayaraq öz ülküçü yolunu sürməkdədir. Milli Hərəkat, bütün bu əngəllərə qarşın, gündən-günə yolunu dərinləşdirərək geçmiş qurbanısı olduğumuz siyasi dəlikləri milli ideyal fəlsəfəsi güçü ilə qapadır və ulusumuzun düşüncə axarını türkçüləşdirir. Şübhəsiz ki, belə gedişatın sonucu düşüncə birliyidir. Bu gedişatın əngəlçisi həqiqi və hüquqi kimsələr olursa, hansı paltarda olursa-olsun dizçökəcəkdir.

Son sözünüz?

Çox açıq və şərəflə deməliyəm ki, Güney Azərbaycan Qurtuluş Partiyası və ona bağlı olan millətçi bacı-qardaşlarımız, heç bir zaman olumsuz iç polemik və təxrib çəmbərində olmamış və bundan sonra da olmayacağa çalışacaqdır. Çünki, GAQP-nın başlıca amacı çağdaş "Güney Azərbaycan Milli Hərəkatı"nın ayaqlanması və canlanmasıdır. Biz, bir milli qurtuluşçu partiya olaraq, amacımızı tək bir düşmən üzərində düzənləmişik. O düşmən isə, Panfaşist Farsçı rejimdir. Bu rejimin hansı paltarda, hansı fiqorda olması bizi ilgiləndirməz! Biz, "Azərbaycan Türk Milləti"nin özgürlüyünə, bağımsızlığına qənim kəsilmiş hər hansı özgəliklə düşmənik. Biz, çağdaş Azərbaycanın ən yaşlı və dənəyimli (1990-dan) milli-siyası qurumu olaraq, bir-birimizə qarşın yaranan üçlü-beşli təxribat xarakterli qurup birləşmələrdə yerimiz yoxdur. Bu üzdən, Güney Azərbaycan Qurtuluş Partiyası olaraq kimsənin və hər hansı qurumun, başqa qurum və kimsəyə qarşı yıxıcı siyasətinə dəstəkçi olmaq siyasətimiz olabilməz!

Güney Azərbaycan Qurtuluş Partiyası bir ülküçü, ulusçu, istiqlalçı və bütövçü qurum olaraq "Azərbaycan Milli Hərəkatı"nın geniş alanlı və çeşidli düşüncəli "Azərbaycan Mərkəzli Türkçü Düşüncə" çətiri olmasını savunur. Özünü, bu çətirin istiqlalçı bir üyəsi bilir. Və öz düşüncəsini çoxuncu və demokratik bir ortamda irəli sürməyi düşünür.

Biz, Ölkəmizin Güneyinin tam bağımsız bir dövlətə çevrilməsinə inanırıq.

Biz, Ölkəmizin yenidən 1813-ci il öncəsi duruma əl tapmasını bütün milli inamımızla izləyirik.

Biz, GAQP olaraq, bu istəyin yolunu kəsən bütün əngəllərin aradan qalxmasına da inanırıq və bu yolda ulusal dayanışmamızın yaranmasına kəsin gözlə baxırıq!

Sonunda AZOH qurumuna təmənnasız çalışması üçün minnətdarlığımı bildirir, bu qurumda gecə-gündüz bilmədən çalışan əzizlərimizə cansağlığı və qutsal milli şərəf yolumuzda uğurlar diləyirəm.

Əsənliklərlə Eldar Qaradağlı

 

1- تخریباتی نئجه تعریف ائدیرسینیز؟ تنقیدله تخریباتین فرقی ندیر؟

ییخیچی‌لیق، بوزگونلوک، اندیرمک، یوخ ائتمک و تخریبات دئییلن توپلومسال خستلیگین آلانی او قدر بؤیوک‌دور کی، اونو بیر اؤزل آنلامدا یئرلش‌دیرمک مومکون دئییل‌دیر. آنجاق، بیر چوخ آنلام بیرلشمه‌سینده اله آلینان سونوج‌لارا گؤره، تخریبات اینسانئ و اینسانلیغا قارشی بیر اخلاقسال تئررور ائیلمی‌دیر. بیرئر تئررورو، شخصیت تئررورو، اینسانین اینسان‌لیق حاقینا قارشی ان گیزلی ییخیجی‌لیق ائیلمی، تخریباتین باشقا بیر آنلامی‌دیر. تخریباتین توپلوم ایچینده بلیرگین و سینیرلی بیر یئری یوخ‌دور. بوتون توپلوم‌لاردا تخریبات چئشیدلرینه راسلاماق اولور، آنجاق، دئسپوت و کورروپسیونئر رئژیم‌لرین علینده توتولان ان گیزلی و ائتگی‌لی سلاحین تخریبات اولدوغونو گؤرمک اولار. دئسپوت رئژیم‌لرین یاراتدیغی تخریبات کولتورونون باش‌لیجا ایزلرینی توپلوم ایچین‌دکی قارشی‌لیق‌لی زنن و گوون‌سیزلیکده گؤرمک مومکون‌دور. دئسپوت رئژیم، بو سیاستیله قارشی‌سیندا یارانا‌جاق دایانیشمانین، اولوسال دیرنیشین نینکی قارشی‌سینی آلا‌جاق‌دیر، عینی زاماندا، بوزولموش توپلومون اؤزونه تابع ائتمه‌سی یولوندا بؤیوک اوغورلار قازانا‌جاق‌دیر. قیساسی، دئسپوت رئژیم‌لرین ان قورخونج یوخوسو آزادلیق سؤزجوکودور. آزادلیق سؤزجوکونون ان ییخیجی دوشمنی ایسه، توپلوم ایچینده یایغین‌لاشان سیاسال تخریبات‌دیر. تخریبات ادبیاتی‌نین گئنیشلندیگی تولولوق‌لاردا هر هانسی الش‌دیری (تنقید) گیریشیمی ده تخریبات آدینا باس‌دیری‌لار. بئله سیستئم‌لرده تخریباتلا، تنقیدین آراسیندا اولان فرقلیگین اؤلچوسو ده پوزولار. آچیقجاسی، الش‌دیری حاقی آزاد توپلوم مهسولودور. هابوکی، تخریبات، آزاد توپلومون باشی اوستون‌دکی اؤلومجول داربا‌دیر. ساده بیر اؤرنک:

تخریبات اؤرنیی:

اؤرنک 1) حجاب بیر اوبژئ‌دیر. اونو قوللانماق بیر حاق‌دیرسا، قوللانماماق دا بیر حاق‌دیر. بو ایکی حاقین بیر آرادا یاشانماسی دئموکراتیانین و چاغداشلیغین ان گؤزده اولان ایزلنیمی‌دیر. حجاب حاقینی بیر سیاسال آراجا چئویریب بو چوخ نورمال اینسان حاقینی اؤز توپلومون‌دان آلماغا چالیشان، ایکی‌سین‌دن بیرینه یاساق قولان رئژیم‌لرین و یا هر هانسی سیاسال قورومون آماجیندا کسکین بیر بوزگونلوک و توپلوم تخریبات پسیکولوژی‌سی یاتماقدا‌دیر. بو دورومدا سورونون یالنیزجا گؤرونن اوزو توپلوما عاییددیر. گؤرونمه‌ین بؤیوک بؤلومو رئژیمین و یا سیاسال قورومون خسته روحون‌دان ایره‌لی گلیر. بو، بیر میللتین سیاست آلئناسیندا یئر سالمیش خستلیگین ایزی‌دیر. باشقا بیر آنلاملا توپلومون سیاسی‌لری‌نین توپلوم ایچینده یولا سالدیق‌لاری تخریبات‌دیر.

اؤرنک 2) حجاب بیر سوبژئ‌دیر. اونون قونوسوندا آچیق دیالوق‌لارین اورتایا قویولماسی بیر آیدین‌لیق سورجی‌دیر. بو قونودا دین‌لی و دین‌سیز هسساسیت‌لرین آرا‌دان قالدیرماسی بؤیوک بیر باجاری‌دیر. بو سورجین سوسیال و توپلومسال اولوشومدا ساخلانیلماسینی باجاران بیر توپلومون سیاسال مدنیتی‌نین یوکسک اولماسینی گؤستریر. توپلومو بو باجارییا ایته‌لمک، قارشیدا اولان انگل‌لرین آرا‌دان قالدیریلماسینا قئیرت گؤسترمک بیر تنقید داورانیشی‌دیر. بورادا هدف اینسان‌لیق اوچون‌دور. بیرر حاقین دوزگون قوللانیشینا عایید سؤیلم نه اولوسا سوبیئکتیو آنلاییش‌دیر. بئله داورانیشدا تخریباتا یول آچا‌جاق جهالتین آرا‌دان قالدیریلماسی سؤز قونوسودور.

گؤروندوگو کیمی تخریباتدا ساغلام دوشونجه یوخ‌دور. دوشونجه‌یه قارشی ساغلام‌سیز گوج قولانیشی حاکم‌دیر. تام ترسی اولا‌راق تنقید (الش‌دیری) ساغلام دوشونجه‌یه و گوج‌دن اوزاق ائشید سؤیلم چئوره‌یه احتیاجی واردیر. قیسا سؤزله، تنقیدله تخریبین قارشی ایلیشگی‌لری واردیر.

2- پلورالیزم و تخریباتین نه علاقه‌سی وار؟ تخریبات اولماسین شواری ایله پلورالیزمین قاباغینی آلماغا نئجه باخیرسینیز؟

بیر سحر ائودن دیشارییا چیخیرکن، قارشیندا باشی پاپق‌لی بیر نئچه نفری گؤرورسن کی،  کینیسه‌یه اوز توتوب‌لار. بیراز گئدیرسن بیر نئچه نفرین مسجیده ساری گئدیشینی گؤرورسن، بیر نئچه آددیم‌دان سونرا بیر ایدده‌نین کیلیسه یولونو توتدوغونو موشاهیده ائدیرسن. بو اینسان‌لارین داورانیش‌لاری‌نین ایلک گؤرونتوسو ساده بیر دینسل پلورالیزیم‌دیر.

بیر گون، سیاسی میتینگده ایشتیراک ائتمک آماجییلا ائودن چیخیرسان، همن آندا باجی‌نین دا ائودن چیخماسینی گؤرور و اونون هارایا گئتمه‌سینی سورورسان. او، شهرین باشقا یؤنونده اولوشا‌جاق رقیب پارتیانین میتینگینه گئتمه‌سینی دئییر. سن اونو اؤپه‌رک بول شانس‌لارلا یولونا اوغورلاییرسان. بو بؤیوک بیر گلیشمه‌نین کیچیک گؤرونتوسودور. بو، بیر سایاسال و دوشونجل پلورالیزیم‌دیر.

ائوده بیر باجی، بیر قارداشسینیز. باجینیز دونیانین ماتئریالیزیم دیالئکتینه تابع اولماسینی ساوونور. اونا گؤره، تانری دوغانین اورتایا قویدوغو بیر تابودور. او، کیمسه‌دن چکینمه‌دن، اونا قارشی یارانا‌جاق اولومسوزلوق‌لاردان قورخما‌دان اؤز دوشونجه‌سینی اؤزگورجه اورتایا قویور. اونون، دوشونجه‌سی ائو ایچینده آزلیق دوروموندا‌دیر. چوخونلوق، اونون دوشونجه‌سینی قبول ائتمیر، آنجاق اونون اؤزونو قبول ائدیر. سیز، اونو بیر باجی کیمی یوخ، ویج‌دان اؤزگورلوگونه صاحب اولان موخالیف کیمی قبول ائدرسینیز، نورمال بیر ویج‌دان پلورالیزمینی سرگیمیش اولورسونوز. یئنه ائوده 2 باجی، 2 قارداشسینیز. سنین سئودیگین موسیقی پوپ، قارداشی‌نین سئودیگی موزیک راپ، بالا باجی‌نین سئودیگی کلاسیک، بؤیوک باجی‌نین ایسه بیندیگی یئرلی تیپیک هاوا‌دیر. سیز، هر دؤردونوز اؤز سئودیگینیز موزیکه رغمن باشقا‌لاری‌نین دا سئودیگی موسیغی‌نین ساوونماسینی بیر شرط حساب ائدیرسینیز. بو ساده‌جه بیر موزیک و زؤوق پلورالیزمی‌نین اؤرنیی‌دیر. و بیر چوخ اؤرنک!

یوخاری سادالانمیش اؤرنک‌لری گؤزه آلماقلا، پلورالیزمین هم سوموت و هم ده. سویوت شکیل‌لرینی گؤرجییک. سوموت شکی‌لی‌نین آنلامینی بوتونلوک دؤردگئنینده بئله قلمه آلارساق منجه دوغرودور: اینسان توپ‌لولوغونون اولوشماسیندا سویوت‌لارین بیرلشمه‌سی‌نین سونوجو سوموت پلورالیزیم‌دیر. هالبو کی، وارلیق‌لارین ایچینده سینیرسیز سویوت‌لار واردیر کی، اؤزلوگونده سوموتلوق کیم‌لیگی اولوش‌دورماقدا‌دیر. اؤرنک اولا‌راق، بیر باجی‌نین قارداشینا قارشی باشقا بیر دونیا گؤروش یوروتمه‌سی‌نین ایلیشگی‌سی‌نین اولوملوم هله گلمه‌سینده سیاسال و دوشونجه پلورالیزمی کیمی بیر کونکرئت‌لیک اورتایا گلیر. فلسفه پلورالیزمی، کولتور پلورالیزمی، ایدمان پلورالیزمی، دین و اینانج پلورالیزمی و باشقا-باشقا پلورالیزم‌لرین دوزگون ایلیشگی‌سینی قورا‌جاق یئرده تخریباتین ائتگی‌سی مینیماللاشماغا باشلاییر. دئمک دوزگون پلورالیزمیله تخریباتین فرقینی کولتورلو و کولتورسوز توپلانتی‌لارین تملینده آختارماق گرکیر. بیز، بیر چوخ حال‌لاردا تخریبین چیرکین اوزونو آلداتما پلورالیزمیله اؤرتوروک. اینانمادیغیمیز ویا اینانماغا قادیر اولمادیغیمیز سؤزلرله قارشیمیزی آلداتیریق. هالبو کی، اصیل آلدانمیش اولان اؤزوموزوک. اینسان هر موتیو‌دن اؤنجه، اؤزونو یاشاما‌لی و اؤزونو دوشونمه‌لی‌دیر. یوخسا، فاناتیکلشر. فاناتیکلشمیش اینسان ایسه، ساده‌جه ائیلم یاپار، دوشونمز و دوشوندورمز! پلورالیزمین اؤزولو بیری‌لیکده‌دیر. بیریلیگین قوتسال سونوجو ایسه دئموکراتیکلشمه‌دیر. تخریبات، اینسانا عایید اولان بوتون گؤزل‌لیک‌لرین گیزلی دوشمنی‌دیر. پلورالیزیم کیمی بوتون یاشام آلان‌لاریندا تزاهیر ائتمک گوجو واردیر. گوجو ایسه، توپلوم ایچین‌دکی و توپلوم دیشینداکی ائتنیک، پلیتیکا، ائکونومی و بنزر ندن‌لردن قایناق‌لانیر.

3-میللی حرکتده تخریبات وارمی؟ تخریب‌لرین ندنی ندیر؟. هارا‌دان قایناق‌لانیر تخریب‌لر؟

آذربایجان بوتؤولوک آنلامییلا نیسگیل‌لشن بیر توپلوم‌دور. 1828-جی ایلین تورکمنجای بالتاسی بو توپ‌لولوغو بوتون آلان‌لاردا ییخدی. بو ییخیلماغین پسیکولوژیک بویوت‌لارینی یالنیز گونئیده آختارماق دوغرو اولاماز. آذربایجان، بوتون قوزئییله، گونئییله، باتیسییلا و دوغوسویلا هله ده کوله‌لیکده‌دیر. تورپاق‌لاریمیزی بؤلن‌لر هر شئی‌دن اؤنجه بوتؤولوگوموزون، میللیتچیلیگیمیزین و دؤولتچیلیگیمیزین اؤزول داشینی، تملینی و اولوسال بیلینج بیچیمینی پوزموش‌لار. بو چوخ آغیر و دؤزولمز داربا‌دیر. سیز بیر روح خسته‌سینی دوشونون. اونون، بو خستلیگین‌دن خبری یوخ‌دور. اولسایدی، کسین‌لیکله اؤزو-اؤزونه درمان اولاردی. و یا بیر قالابال‌لیق ائوین آتاسی‌نین ارکن اؤلومونو دوشونون. سؤزسوز کی، او ائو ایچینده دوزن‌سیزلیک و اؤزباشینا‌لیق باش توتوب گئده‌جک‌دیر. خسته اؤز بئیینینی، ائو ایسه، اؤز آتاسینی الدن وئررسه اورتانین هئگئمون‌لوغو ساده‌جه آنارخیزمه قالار! بیلیم آدام‌لارینا گؤره، اوبیئکتین جانی سوبیئکتده ساخ‌لی‌دیر. گؤتورون آزربایجانین آزاد اولموش رئسپوبلیکا بؤلگه‌سینی. اورادا 20 ایللیک بیر اؤزگور و باغیم‌سیز دؤولتیمیز وار. آنجاق، بو وارلیغیمیزین حالن روس‌لاردان و فارس‌لاردان قورخوسو بیتمک بیلمییر. سؤزسوز کی، سورونا بو قدر قولایجا باخماق دوزگون دئییل. اما کسین‌لیکله بو گرچکلیگین اؤزول داشیندا پسیکولوژیک بیر قورخویا راسگلممک مومکون دئییل‌دیر. اورتادا بیر قورخو وار. بو قورخو ایسه، داها چوخ سوبیئکتیو سبب‌لردن قایناق‌لانیر. بئله کی، آذربایجان تورک‌لوگو روس بؤیوک‌لوگونو ایللر بویو سیرتیندا داشیدیغینا گؤره، او میللته و دؤولته قارشی بیر اوفانیق طرزینه قاتلانماقدا‌دیر. سؤزسوز کی، بو گئدیشاتین سون‌سوزلوغو سؤز قونوسو دئییل. آنجاق، هله‌لیک دوروم بئله‌دیر. بو، گونوموزون آجی بیر گرچیی‌دیر. بو، تاریخین بیزه وئردیگی اؤز تخریبات‌دیر، اؤز ییخیجی پایی‌دیر! بونون داها درینینی گونئیده یاشاماقداییق.   سؤز کوتله‌دن گئدیر، یوخسا گئنیش بیر اولوساللاشمیش ائلیتیمیز و اونا باغلی داها گئنیش دایانیشمانی دا گؤرممک اؤز حاقیمیزدا ظالم داورانیش اولار. بونا باخمایا‌راق، همین ائلیتاسیون سورجینده بئله، ایرانچی‌لیق و فارسچی‌لیق مئنتالیتئتی‌نین هاواسی آیدینجاسینا گؤرونمکده‌دیر. هله ده، بو درین دوشمنلیگین کیم‌لیگینی گؤرمک بعضی‌لری اوچون فاجعه ساییلیر. هله ده، فارس وارلیغی قارشی‌سیندا بیلر-بیلمز اؤزونو ایتیرن میللی فال‌لاری گؤروروک. هله ده، اوزده میللتچی‌لیک‌دن دانیشان، ایرانچی گیزلیلیگینده یاشایان‌لار آز دئییل! هله ده، اینادلا اؤزوموزه قارشی ییخیجی‌لیقلا اوغراشان‌لارین آجی ائتگی‌سینی دویماماق مومکون دئییل‌دیر. اؤزل‌لیکله سول دوشونجه چمبرین‌دن اوزاق‌لاشامایان‌لار ایچینده بئله ایکی‌لی ایستانداردلیق‌لار آیدینجاسینا گؤرونور. بون‌لار اؤز ایچیمیزدن قالخان بیلینجالتی ییخیجی ندن‌لردن یالنیز بیر نئچه اؤرنک‌دیر. بونا آرتیرین دوشمن‌لرین بیرباشا ییخیچی‌لیق گیریشیمینی و اؤز ساتقین سویداش‌لاریمیزین خیانت‌لرینی!

4- تخریب‌لرین اولماماسی و یوخ اولماسی یولو ندیر؟

یوخاریدا دا سادالانمیش کیمی ییخیجی‌لیق بیر سیاسال و سوسیال خسته‌لیک‌دیر. بونون ایکی-اوچ آچیقلاماسی یوخ‌دور. چال‌دیران یئنی‌لگی‌سین‌دن بویانا بیر اولوس اولا‌راق سال‌دیری‌لارا ائله آلیشمیشیق کی، دیش سال‌دیری اولماماسی حالدا اؤز-اؤزوموزه سال‌دیریریق. بو بیر گلنکسل خسته‌لیک‌دیر. بو اوزدن ایچیمیزده نه زامان تخریباتین بیتمه‌سینه کسین بیر سؤز وئرمک اولماز. آزربایجابین بوتون آلان‌لاردا اولوسال قورتولوشا احتیاجی وار. کسین‌لیکله میللی ایراده‌سی اولمایان توپلومون بئله خسته‌لیک‌لره ده سون وئرمه‌سی قونوسو بیر پوپولاریزم یاخینلاشما‌دیر. من شخصاً بئله یاناشما‌لارین طرفینده دئییلم. بوگون باشدا گونازتو اولماقلا هرکس بیرلیک و قارداش‌لیق شورای وئرمکله اوغراشیر. آنجاق، بو بیرلشمه‌لر بیر تورلو گرچکلشمیر. ندن؟ چونکی، هرکس گلین منیمله بیرلشین منتیقیله یولا جیخیر. ماراق‌لی بوراسی‌دیر کی، بو سویداش‌لار ختا‌لی گئدیشاتی‌نین قرقینده بئله دئییل‌لر. یوخسا بو منتیق دوشمنی منتیق‌سیزلییه اوغرامازدی‌لار. هه، بیرلشمه‌لر اولور. اولمور دئسک یانیلاریق. آنجاق، بو بیرلشمه‌لرین دانانی ساده‌جه اؤز اولدوغو یئرده فیرلانیر. قیتیر-قیتیر بیرلشمه‌لرین آردینی بئله توتامیریق. بونا گؤره، بیرلشمه آدینا بؤلوکلنمه میدانا گلیر. بو ایسه، تخریبات‌لارا زمین یارا‌دیر. اؤرنک اولا‌راق، داک-لار بیرلشیر آدی آلتیندا قورولتایا چاغیریش یاپیلیر. بئله اولارسا، بون‌دان سونرا آرتیق بیرجه داک-این تانیغی اولاجاییق! لاکین، اصلینده قورولتای صاباحین‌دان سونرا ایکی دوشمن داک سهنه‌یه چیخا‌جاق‌دیر. داک-این قونوسو گانازتو و باشقا کیو آلانی‌نین گونده‌لیک قونوسونا چئوریله‌جک‌دیر. هر ایکی طرف اولمازین قارشی ییخیجیلیغا ال وورا‌جاق‌دیر. اورتادا، یانان وارسا، پانفاشیست فارسچی رئژیمین قارشی‌سیندا ییلما‌دان سینگرمیش میللتچی گنجلیگیمیز و وته‌نین اصیل صاحب‌لری اولا‌جاق‌دیر. یوخاریدا دا، دئدیگیم کیمی، آذربایجان بؤیوک بیر اولوسال قورتولوشا احتیاج دویماقدا‌دیر. اؤنجه سلوغان‌لیق‌دان اؤزگور اولان دوشونسل اؤزگورلوگون یول‌لارینی بولماق گرکیر. بو قولایدیرمی؟ یوخ، دئییل، اما اولاسی‌دیر. بئله کی، اؤنجه، علینده قلم، قارشی‌سیندا میکروفون صاحب‌لری بو میللته یالان دئمک‌دن، قوروپبازلیق‌دان و ایکی‌لی ایستانداردلیق‌دان ال اوزمه‌لی‌دیرلر. بو، سیاسال ییخیجی‌لیغی اخلاقسال بویوت‌لارا داشییان بیر اخلاق‌سیز داورانیشین قارشی‌سینی آلماغین ایلکین آددیمی‌دیر. ایکینجی‌سی، هرکه‌سین یئری‌نین بل‌لی اولماسی گرکیر. اؤرنییم، اؤمرونون بؤیوک بؤلومونو اؤلکه‌نین دیشاری‌سیندا گئچیررکن، گونئیین هاواسینی یالنیز اینتئرنئت آراجیلیغییلا آلان موددهی‌لردیر. بئله، اینسان‌لار گئچمیش دوشونسل دونیا‌لاریندا اؤزلری‌نین ایشینه گله‌سی بیر آذربایجان خولیاسی یاراتماقلا اوغراشارکن قیتیر-قیتیر میللی تخریبات زمینی یارا‌دیرلار. میللت آدینا اؤزل شوارلار، اؤزل سیمگه‌لر، اؤزل تاکتیکا‌لار و بیلیمسل‌لیک‌دن یوخسون بیر سیاسال شیرتاقبازلیق بو کیچیک کسیمین گئچری اویون‌لاری‌نین گؤرونتوسودور. اوچونجو و چوخ اؤنم‌لی بیر گرچک‌لییه گلینجه، وار اولان قوروم‌لارین و بیری دوشونجه‌لرین قارشی‌لیق‌لی اولا‌راق بیر-بیرینی قبول ائتمه سورونودور. بو، بیر ترجیه دئییل، بیر گرجک‌لیک‌دیر. اورتاداکی گرکن دوستلوغون اولماسی‌نین ان باش اؤزولودور. من وارامسا، کسین‌لیکله سن ده اولما‌لیسان! منیم وار اولما شرطیم، سنین وارلیغینا باغلی‌دیر! سن یوخسانسا، دئمک من ده یوخام! بیر قوروم ایچینده آیری-آیری اولماق‌دانسا، آیری-آیری قوروم‌لاردا بوتون اولماغیمیز گرکیرسه بون‌دان قاجمامالیییق. پلورالیزم و چوخونجولوغو اؤیرنمییمیز گرکیر. بونو یاشادا بیلرسک بؤیوک بیر سورغونو یانیتلامیش اولاجاییق.

اؤنجه، قارشی‌لیق‌لی سایغی، سونرا ایسه قارشی‌لیق‌سیز بیرلییه دوغرو!

5- تخریبات‌لار جووینده نئجه میللی بیرلییه چاتماق اولار؟ تخریب‌لرین بیر سیراسی ایشتیباه‌لاردیر کی اوز وئریب‌دیر و شخص‌لرین نیت‌لری تنقیدیمی؟. بو تخریب‌لری باغیشلاماق و بیرلیگه گئتمغه نئجه باخیرسیز؟ هانسی ایجرایی زمانت تخریب‌لرین یئنی‌دن باشلاماغینا مانع اولا بیلر؟

یوخاریدا دا دئییلدیگی کیمی، ییخیجی‌لیقلا یالنیشلیغین بنزرلیگی اولسا دا، تام بیر -بیرین‌دن باشقا آماج‌لاری داشیییرلار. اورتادا هئچ بیر زامان کسین باریش یولو یوخ‌دور. باریش و ساواش هر زامان یان-یانا‌دیرلار. بیرلیک هر ایکی دورومدا بیر گرکن‌لیک‌دیر. بئله کی، هر ایکی دورومدا بیرگه‌لیک اولماسا آرزو ائدیلن آماجا وارماق اولماز!

من، تخریباتین فاجیوی اولماسینی هئچ دوشونمورم. دونیا بوگوندک بوتون ییخیجی‌لیق سیاستیله یؤنلمیش‌دیر. تاریخین هئچ بیر دؤنمینده سئویلنله سئویلمه‌ین آراسیندا آرخاداش‌لیق اولمامیش‌دیر. و اولاماز دا! چونکی، دونیا ائکسی‌لر (تزادلار) ایلیشگی‌سیله یووارلانیر. دونیا، تخریباتین بیر سیاسال داورانیش اولدوغونو گیزله‌سه ده، اصلینده اونو گیلیین‌لر طرفین‌دن ایداره اولونماقدا‌دیر. تخریبات منجه، بوتون سوسیال آلان‌لاردا بیر سیاست طرزی‌دیر. بیر سن یئمه، من یئییم، سن یاپما، من یاپیم داواسی‌دیر. یوخسا، اورتادا منفت، ائهتیراس و منم‌لیک اولماسا ندن ییخیجیی‌لیق و بوزگونلوق اولما‌لی‌دیر کی!؟

اولوسال ساواشیمیزین ایچین‌دکی دوروما گلینجه، بیر او قدر ده، تخریبات اوتوریته‌سینی گرمورم. سؤزسوز کی، تخریبات یوخ‌دور دئمه‌سی دوغرو دئییل‌دیر. تخریبات اولماسین دیه بیر اوتوپیا دوشونجه‌سینه ده دایانمیرام. آنجاق، بیر ایکی قوندارما و بؤیومه هوه‌سینه دایانان قارشی دورما‌لاری گؤزدن سالارساق آذربایجان میللی هراکاتی‌نین گنل دابانیندا بؤیوک بیر تخریباتی گؤرمورم. تبی کی، فارسچی دوشمه‌نین بیله‌رک‌دن، اؤزوموزون ایسه بیلمییه‌رک‌دن، تخریبات شئیپورونا اوفلمه‌میزین اولدوقجا اولوم‌سوز هاواسینا تانیق اولوروق. منجه، سویکؤک‌لو تورکچو دوشونجه میدانی‌نین قورونماسی و قافا چالیشدیرما کولتورونون سرگیمه‌سیله دایاز فاناتیک‌لیک‌دن قورتولوش شانسی قازاناجاییق. بو جاهیلجه تخریباتا قارشی ایلک قلبه‌دیر. میللی کیملیگیمیزین بیلیمسلجه‌سینه اؤیرنیلمه‌سی، دونیا گؤروشوموزون اؤزل دابانا ییلنمه‌سیله ایچیمیزده اولان کؤر تخریبات داها دا ائتگی‌سیز هله گله‌جک‌دیر. یعنی، دوشونسل بوتونلشمه‌نین دوغال سونوجو اولا‌راق اولوسال بوتونلشمه آشاماسیندا ایچیمیزدکی تخریبات‌لارین نفوذ نقطه‌لری کؤر اولماغا باشلایا‌جاق‌دیر. بیر چوخ زامان داورانیش شکی‌لی‌نین بیر باشا تخریباتا چئوریلمه‌سینی ده گؤروروک. بو، ایچیمیزده یاشانان آجی گرچک‌دیر. دورما‌دان، گونئیده پانفارسیزمین، قوزئیده ایسه، پانسلاوینیزمین وحشیجه میللی اریتمه سیاستینه اوغرامیش سیاسال کولتوروموز ازگینلشمیش‌دیر. بو دوروم، باش‌لی-باشینا 50-میلیونلوق "آذربایجان تورک میللتی"نین هله ده، ساواشدا اولماسی‌نین گؤسترگه‌سی‌دیر. بیز، ایکی بؤیوک جبهه‌ده. ایکی دوشمن کاتئقوری‌سی آلتیندا ساواش قالیبی اولمالیییق. بیرینجی کاتئقوریا هئچ شوبهه‌سیز کی، اؤز ایچیمیزدکی اؤزگه‌لیک و جاهیل‌لیک‌دیر. بو جبهه بؤیوک دؤزوم و دیرنیش ایستییر. چونکی، دوشمن گؤزده دئییل، بئیینده گیزلی‌دیر. اونون بئیین‌دن دارتیلیب، دوشونجه‌دن اوزاقلاشدیریلماسی بؤیوک قورتولوشون اؤزول آچاری‌دیر. بو قلبه اولما‌دان، ایکینجی جبهنی آچماق ایمکان‌سیزدیر. یعنی فارسچی و یانداش‌لاری جبهه‌سی! آذربایجان، بوگون بو آشامانین تانیغی‌دیر. میللتیمیزین گنج‌لیگی، بوتون تخریبات‌لارا، یالنیش‌لیق‌لارا و دوشمن پوسولارینا باخمایا‌راق اؤز اولکوچو یولونو سورمکده‌دیر. میللی حرکات، بوتون بو انگل‌لره قارشین، گون‌دن-گونه یولونو درین‌لش‌دیره‌رک گئچمیش قوربانی‌سی اولدوغوموز سیاسی دلیک‌لری میللی ایدئیال فلسفه‌سی گوچو ایله قاپا‌دیر و اولوسوموزون دوشونجه آخارینی تورکچولشدیریر. شوبهه‌سیز کی، بئله گئدیشاتین سونوجو دوشونجه بیرلیگی‌دیر. بو گئدیشاتین انگلچی‌سی حقیقی و حقوقی کیمسه‌لر اولورسا، هانسی پالتاردا اولورسا-اولسون دیزچؤکه‌جک‌دیر.

سون سؤزونوز؟

چوخ آچیق و شرفله دئمه‌لییم کی، گونئی آذربایجان قورتولوش پارتیاسی و اونا باغلی اولان میللتچی باجی-قارداش‌لاریمیز، هئچ بیر زامان اولوم‌سوز ایچ پولئمیک و تخریب چمبرینده اولمامیش و بون‌دان سونرا دا اولمایاجاغا چالیشا‌جاق‌دیر. چونکی، گاقپ-نین باش‌لیجا آماجی چاغداش "گونئی آذربایجان میللی حرکاتی"نین آیاقلانماسی و جانلانماسی‌دیر. بیز، بیر میللی قورتولوشچو پارتیا اولا‌راق، آماجیمیزی تک بیر دوشمن اوزرینده دوزنلمیشیک. او دوشمن ایسه، پانفاشیست فارسچی رئژیم‌دیر. بو رئژیمین هانسی پالتاردا، هانسی فیقوردا اولماسی بیزی ایلگیلندیرمز! بیز، "آذربایجان تورک میللتی"نین اؤزگورلوگونه، باغیم‌سیزلیغینا قنیم کسیلمیش هر هانسی اؤزگه‌لیکله دوشمنیک. بیز، چاغداش آزربایجانین ان یاش‌لی و دنییم‌لی (1990-دان) میللی-سیاسی قورومو اولا‌راق، بیر-بیریمیزه قارشین یارانان اوچلو-بئش‌لی تخریبات کاراکتئرلی قوروپ بیرلشمه‌لرده یئریمیز یوخ‌دور. بو اوزدن، گونئی آذربایجان قورتولوش پارتیاسی اولا‌راق کیمسه‌نین و هر هانسی قورومون، باشقا قوروم و کیمسه‌یه قارشی ییخیجی سیاستینه دستکچی اولماق سیاستیمیز اولابیلمز!

گونئی آذربایجان قورتولوش پارتیاسی بیر اولکوچو، اولوسچو، ایستیقلالچی و بوتؤوچو قوروم اولا‌راق "آذربایجان میللی حرکاتی"نین گئنیش آلان‌لی و چئشیدلی دوشونجه‌لی "آذربایجان مرکزلی تورکچو دوشونجه" چتیری اولماسینی ساوونور. اؤزونو، بو چتیرین ایستیقلالچی بیر اویه‌سی بیلیر. و اؤز دوشونجه‌سینی چوخونجو و دئموکراتیک بیر اورتامدا ایره‌لی سورمیی دوشونور.

بیز، اؤلکه‌میزین گونئیی‌نین تام باغیم‌سیز بیر دؤولته چئوریلمه‌سینه اینانیریق.

بیز، اؤلکه‌میزین یئنی‌دن 1813-جی ایل اؤنجه‌سی دوروما ال تاپماسینی بوتون میللی اینامیمیزلا ایزلییریک.

بیز، گاقپ اولا‌راق، بو ایستیین یولونو کسن بوتون انگل‌لرین آرا‌دان قالخماسینا دا اینانیریق و بو یولدا اولوسال دایانیشمامیزین یارانماسینا کسین گؤزله باخیریق!

سونوندا آزوه قورومونا تمننا‌سیز چالیشماسی اوچون میننتدارلیغیمی بیلدیریر، بو قورومدا گئجه-گوندوز بیلمه‌دن چالیشان عزیزلریمیزه جانساغ‌لیغی و قوتسال میللی شرف یولوموزدا اوغورلار دیلییرم.

اسن‌لیک‌لرله ائلدار قاراداغ‌لی

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter