English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Tatlısəsin sui-qəsddən sonra ilk görüntüsü

AZOH: Martın 25-də Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan sui-qəsdə məruz qalmış tanınmış müğənni İbrahim Tatlısəsə baş çəkib.

Ərdoğan 10 gün əvvəl silahlı hücuma məruz qalmış müğənninin müalicə aldığı Maslak Acıbadem xəstəxanasına yaxınlıqda yerləşən Üsküdar İlahiyyat Fakültəsində cümə namazı qıldıqdan sonra gedib.

Türkiyə mediasında görüşdən fotolar da yayılıb ki, bu da Tatlısəsin sui-qəsddən sonra ilk yayılan görüntüləridir.

Təxminən 20 dəqiqəlik ziyarətdən sonra Ərdoğan jurnalistələ açıqlama verərək bunları deyib: “İbrahim bəyi, doğrusu, çox yaxşı gördüm. Yaxşı söhbətimiz oldu. Bu gün reanimasıyadan çıxacaq. Bu da təbii ki, vəziyyətinin daha yaxşıya yön aldığı anlamına gəlir. Zənn edirəm, çox qısa zamanda fizioterapiya müalicələri də nəticə verəcək. Zatən sağ tərəfində hər hansı problem yoxdur. Bir az solda var. Bunu da dəf edəcəyi qənaətindəyəm. Yəni danəşmasında-filan hər hansı problem yoxdur. Yaddaşını da  yerində gördüm”.

Jurnalistlərin “İbrahim Tatlısəsi AKP-dən namizəd irəli sürəcəksinizmi” sualına Ərdoğan gülərək “Mən indi müraciətini aldım” cavabını verib.

AZADLIQ

 

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter