English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Fukushima-1-də radiasiya səviyyəsi normadan 10 mln dəfə artıqdır

AZOH: Yaponiyanın Fukushima-1 Atom Elektrik Stansiyasında radiasiya səviyyəsi normadan 10 milyon dəfə artıqdır. Reaktor personalı evakuasiya edilib.

Yaponiya mətbuatına əsasən ölçmə reaktor suyunda 1 min milizivert gücündə radiasiyanın olduğunu göstərib.

500 milizivertlə birdəfəlik şüalanma insan üçün ölümcül hesab olunur.

Yaponiya hökumətinin rəsmi nümayəndəsi vəziyyətin nəzarət altında olduğunu bildirib.

Yukio Edano deyib ki, hadisələr hələ də ən pis ssenari üzrə inkişaf etmir.

“Hərçənd ki, biz hələ ki, nikbin deyilik”, - deyib hökumət rəsmisi.

Atom Elektrik Stansiyasını idarə edən Tokyo Electric Power Company (TEPCO) nümayəndələri yüksək radiasiya səviyyəsini reaktorun aktiv zərfinin zədələnməsi ilə izah edirlər.

Hərçənd ki, bu versiyanı rəsmi şəkildə təsdiqləmək hələ ki, mümkün olmayıb.

Şənbə günü mütəxəssislər reaktor ətrafındakı okean suyunda radiasiya səviyyəsinin normadan 1250 qat artıq olduğunu bildiriblər.

Ölçmələr sahildən 300 kilometr aralı aparılıb.

Ekspertlər deyirlər ki, 8 gün ərzində okean suyundakı radiasiya səviyyəsi öz normasına qayıdacaq.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter