English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Müxalifət: Mitinqə ciddi hazırlaşırıq

AZOH: Azərbaycanın müxlaif partiyalarının cəmləşdiyi İctimai Palata bu həftə sonu Bakıda keçirləcək mitinqə “ciddi hazırlğın” getdiyini bildirib.

Müxalifət vəd edir ki, aprelin 2-ə təyin olunmuş aksiya “rejimdən narazı və dəyişiklik istəyən bütün insanların” etiraz aksiyası olacaq.

Sabah isə İctimai Palatanın mitinq komitəsinin növbəti toplantısı keçiriləcək. Toplantında mitinqə hazırlıq işləri müzakirəyə çıxarılacaq.

Məlumata görə, aksiyaya yalnız paytaxt sakinləri deyil, habelə əyalət sakinlərinin də qatılması yönündə işlər gedir.

Palataya daxil olan partiyaların rayon şöbələri aksiyaya hazırlıq işlərinə “səfərbər olunub”.

Bundan savayı aksiyaya yerli gənclər təşkilatlarının və tələbələrin də qatılacağı elan olunub.

Müxalifət cavab gözləyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı deyir ki, 2 aprel mitinqi ötən ay baş tutmuş aksiyadan daha izdihamlı və mütəşəkkil olacaq.

"Şüar və tələblərə gəlincə, Korrupsiya və bahalaşmaya son, Siyasi məhbuslara azadlıq, Azad seçki və bu kimi digər şüarlarla küçələrə çıxmaq əzmindəyik” - deyib Fuad Qəhrəmanlı.

Hazırda müxalifət Bakı Şəhər İcra Hakimiyyətindən xəbərdarlıq məktubuna cavab gözləyir.

Yaxın günlərdə rəsmi cavabın açıqlanacağı gözlənilir. Bununla belə müxalifət deyir ki, icra orqanı kütləvi aksiyaya şərait yaratmaqdan imtina etsə belə aksiya baş tutacaq və bunun üçün şəhərin mərkəzi hissəsi seçiləcək.

İslamçıların iştirakı

Müxalif qüvvələrin son mitinq cəhdi martın 12-də baş tutmuşdu.

Şəhərin mərkəzi hissəsində aksiya keçirmək istəyən müxaliflərin qarşısını polis almış və onlarla şəxs saxlanılmışdı.

Bu arada isə həftə sonuna nəzərdə tutulan aksiyaya yerli islamçıların da qatılacağı istisna olunmur.

Yerli mətbuata əsasən, bir çoxu Nardaran qəsəbə sakini olan islamçılar etiraz aksiyasına qatılıb sosial ədalətsizlik və hicab yasağı ilə bağlı etirazlarını səsləndirmək niyyətindədirlər.

Öz növbəsində Fuad Qəhramanlı deyir ki, “Azərbaycan cəmiyyətinin dindar kəsiminin hüquqları də pozulur və onların aksiyada iştirakı arzuolunan müsbət bir hal olardı”.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter