English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

LONDONDA QƏDDAFİNİN SÜRGÜNƏ GÖNDƏRİLMƏSİ PLANI MÜZAKİRƏ OLUNACAQ

AZOH: Liviyanın gələcəyi Londonda 40-a yaxın ölkənin iştirak edəcəyi toplantıda müzakirə olunacaq.

Türkiyəni xarici işlər naziri Əhməd Davudoğlunun təmsil edəcəyi toplantıda BMT-nin baş katibi Ban Ki Mun, ABŞ dövlət katibi Hillari Klinton, Ərəb Birliyi və Afrika Birliyi təşkilatlarının təmsilçiləri də iştirak edir.

İtaliyanın xarici işlər naziri Franko Frattini toplantıda bəzi ölkələrin atəşkəs planını yenidən gündəmə gətirəcəklərini bildirib. Təklifin Liviya lideri Müammər Qəddafinin sürgünə göndərilməsini, müxalifətlə Liviya əşirətləri arasında müzakirələrin aparılmasını nəzərdə tutduğu bildirilir. Frattini Qəddafinin iqtidardan ayrılması üçün Avropanın Liviyaya qonşu ölkələrdən də yardım istəyəcəyini söyləyib.

NATO-nun baş katibi Anders Foq Rasmussenin də toplantıda NATO-nun hava əməliyyatlarının çərçivəsini gündəliyə gətirməsi gözlənilir. Toplantıda NATO komandanları ilə liviyalı müxaliflər arasındakı əməkdaşlığın sərhədlərinin müəyyənləşməsi məsələsi də müzakirə olunacaq.

İngiltərənin baş naziri Devid Kemeron ilə Fransa prezidenti Nikola Sarkozi toplantının məqsədinin Liviyada keçid prosesinə və Liviya xalqının öz gələcəyini təyin etmə cəhdinə dəstək vermək olduğunu bildiriblıər.

Koalisiyanın BMT qərarının sərhədlərini aşdığını bildirən Rusiya isə London toplantısında iştirak etmir.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter