English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Azərbaycanı təhlükə gözləyir

AZOH: Yaxın Şərqdə baş verən inqilab ssenariləri Cənubi Qafqaz ölkələri üçün tamamilə istisnadır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə dördüncü deprtamentin direktoru Andrey Kelin "Qolos Rosii" radiosuna müsahibəsində bildirib. Kelin qeyd edib ki, Cənubi Qafqaz ölkələri xarici faktorların müdaxiləsindən tam müdafiə olunub.

"Bu dövlətlərin hakimiyyətləri güc strukturlarının köməyi ilə vəziyyətə müvəfəqqiyyətlə nəzarət edirlər"-deyə Kelin bildirib.

Bununla bərabər XİN rəsmisi Azərbaycanı gözləyən təhlükə barədə də danışıb. Kelin bildirib ki, İranda hərbi əməliyyatların başlanması Bakı üçün ciddi təhlükə yaradacaq.

"Bakı üçün əsl dəhşət zərbələrdən sonra İranda yaşayan azərbaycanlıların bu tərəfə keçməsi olacaq"-deyə diplomat qeyd edib. Onun sözlərinə görə, bütövlükdə götürdükdə Azərbaycanda hər hansı bir ekssesin baş verəcəyi ehtimalı yoxdur. "Ancaq İrandan gələ biləcək azərbaycanlıların kütləvi köçü Baki üçün əsl dəhşətə çevrilə bilər"-deyə o vurğlayıb.

Kelin rus diplomatiyasının qarşısında duran vəzifəni açıqlayıb: "Rusiyanın Cənubi Qafqaza yönəlik maraqlarında İrandakı sabitlik əsas məsələdir. Rusiya İranda hər hansı dəhşətin baş verməsinə imkan verməməlidir, belə olarsa, Azərbaycanda da sakitlik təmin edilmiş olacaq.

"Moskva İranda iğtişaşlar və böyük hərbi əməliyyatların baş verməsinə imkan verməməlidir. Bunu Rusiyanın Qafqazdakı maraqları tələb edir" -deyə XİN rəsmisi vurğulayıb.

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter