English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İBRAHİM TATLISƏS 2 HƏFTƏ SONRA EVƏ BURAXILACAQ

AZOH: Türkiyənin “Acıbadəm” xəstəxanasında iki həftə reanimasiyada saxlanan tanınmış müğənni İbrahim Tatlısəs palataya köçürüldükdən sonra kabab istəyib. Bu barədə ucankus.com saytı xəbər yayıb. Qeyd edək ki, reanimasiya şəraitində olarkən müğənni çiy köftə yemək istədiyini də demişdi. Həkimlər isə xəstəyə hələ ki, hər iki qidanın qəbulunu tövsiyə etmirlər. Lakin dünən müğənniyə dadsız və duzsuz pəhriz kababı verilib. Həkimlərin bildirdiyinə görə, Tatlısəs iki həftə müddətinə evə buraxıla bilər.

Belə getsə, müğənni 3 ay sonra Türkiyədə keçiriləcək parlament seçkilərində millət vəkili olmaq şansını sınaya biləcək. Xatırladaq ki, İ.Tatlısəs artıq öz namizədliyini irəli sürmək üçün Ədalət və İnkişaf Partiyasına (AKP) müraciət edib. Türkiyə qanunlarına uyğun olaraq partiya onun namizədliyini dəstəkləsə Tatlısəs millət vəkilliyinə namizəd olacaq. Türkiyə mətbuatı yazır ki, İ.Tatlısəsin seçkilərdə uğur qazanmağı gözləniləndir. Üstəlik,  müğənni Türkiyədə qazandığı nüfuzu vasitəsilə əlavə 30 deputatın seçilməsinə kömək edə bilər.  Bu isə AKP-yə rəqib olan Barış və Demokrasi Partiyasından (BDP) seçiləcək millət vəkillərinin azalmasına öz təsirini göstərəcək. Tatlısəsin silahlı hücuma məruz qalmasında BDP-nin PKK ilə əlbir olması barədə ehtimal da, görünür, buradan qaynaqlanır.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter