English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

BOSNİYA-HERSOQOVİNA FUTBOLDAN UZAQLAŞDIRILDI

AZOH: Bosniya-Hersoqovina FİFA ve UEFA üzvlüyündən çıxarılıb.

Ölkədəki müharibəyə son qoyan Dayton Müqaviləsinə görə Bosniya-Hersoqovinada üçlü prezidentlik sistemi tətbiq olunur. Bu sistem Futbol Federasiyası üçün də keçərlidir. Federasiyaya boşnak, serb və xorvatların təmsilçisi olan 3 nəfər idarə edir. Ölkədəki siyasi qarışıqlıq səbəbilə futbol federasiyasının üç sədrlik sisteminə illərlə göz yuman FİFA və UEFA keçən aylarda ölkədəki müharibədən çox zaman keçdiyini bildirərək bu sistemin dəyişməsini istəyib.

FİFA və UEFA aprelin 1-dək tək prezidentli sistemə keçilməsini tələb edib, əks təqdirdə Bosniya-Hersoqovinanın beynəlxalq yarışlardan uzaqlaşdırılacağını açıqlayıb. Ancaq Bosniya-Hersoqovina Futbol Federasiyasındakı serb və xorvat nümayəndələr futbol qurumlarının bu tələblərini rədd ediblər. Avtoritetinin sarsılmasından qorxan serblər siyasətdə olduğu kimi futbolda da tək prezidentli sistemə qarşı çıxıblar. Serb nümayəndələrin hamısı, xorvat nümayəndələrin isə bir hissəsi FİFA və UEFA-nın tələbini rədd edib. Və nəhayət bu gün FİFA və UEFA Bosniya-Hersoqovinanın üzvlüyünü ləğv edib.

Ölkədəki üçlü şuranın boşnak üzvü Bəkir İzzətbeqoviç isə FİFA prezidenti Sepp Blatterlə UEFA prezidenti Mişel Platiniyə məktub göndərərk Bosniya-Hersoqovinada futbolun çox sevildiyini, milli komandanın və klubların beynəlxalq yarışlardan uzaqlaşdırılacağı təqdirdə hər kəsin məyusluğa düçar olacağını bildirib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter