English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

2 APREL AKSİYASI İLƏ BAĞLI TUTULANLAR

AZOH: İctimai Palatanın mitinq komitəsi 2 aprel aksiyası ərəfəsində polisin saxladığı və məhkəmədə həbs cəzası alan şəxslərlə bağlı məlumat yayıb.

Komitədən “Media forum” saytına verilən məlumata görə, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Nemət Əliyevi Nizami rayon polisi saxlayıb və rayon məhkəməsi ona 7 sutkalıq həbs cəzası verib.

Gənc fəal Rövşən Nəsirli məhkəmə qərarı ilə 9 sutkalıq həbs cəzası alıb.

Şirvan şəhər sakini Vüqar Həsənliyə 10 sutkalıq həbs cəzası verilib.

Binəqədi Rayon Məhkəməsi AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü İlham Hüseynlini 7 sutka müddətinə azadlıqdan məhrum edib.

Müsavat Gənclər Təşkilatının üzvü Xalid Amanlıya Yasamal Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq həbs cəzası verilib.

İctimai Palatanın üzvü İbrahim Əhmədzadə Sumqayıtda 7 sutkalıq həbs cəzası alıb.

İctimai Palatanın mitinq komitəsinin açıqlamasında qeyd olunur ki, Bakıda, Şəmkirdə, Şirvanda, Xaçmazda saxlanılanlar var.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi müxalifətçilərin həbsinə münasibət açıqlayıb. “Azadlıq” radiosu xəbər verir ki, səfirlik aprelin 2-də mitinq keçirməyi planlaşdıran qrupla əlaqədar olan şəxslərin saxlanılmasından narahatdır.

Səfirliyin mətbuat katibi Kis Bin deyib ki, həmin şəxslərin bu həftə saxlanılması və həbs olunması təsadüfi deyil: “Onların planlaşdırılmış mitinqdə iştirakının qarşısını almaq və ya digərlərini iştirakdan çəkindirmək üçün saxlanıldığı görünür. Qanuni söz azadlığı, o cümlədən ictimai etirazlar demokratik cəmiyyətin təməlidir. Azərbaycan demokratik təsisatların gücləndirilməsinə doğru addım atdığı bir vaxtda biz hökuməti Azərbaycan Konstitusiyasında təsbit olunmuş söz və sərbəst toplaşmaq azadlığı hüquqlarını reallaşdırmağa çağırırıq.

Çoxsaylı fikirlər və fərqli baxışlar azərbaycanlıların qurmaq istədiyi müasir, sabit və suveren dövlətə töhfə verə bilər. Biz Azərbaycan hökumətini davamlı sabitliyin təməli olan bu əsas azadlıqlara hörmətlə yanaşmağa çağırırıq”.

Aprelin 2-də İctimai Palata Bakının Fəvvarələr meydanında sanksiyalaşdırılmamış mitinq keçirəcək. Mitinqin əsas təşkilatçıları Müsavat, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Milli İstiqlal partiyalarıdır.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter