English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

AZƏRBAYCANIN SƏRKİSYANI GÖYDƏ VURMAQ ŞANSI YARANDI

AZOH: Ermənistan prezidenti İrəvan-Xankəndi reysi ilə birinci uçacağını elan etdi; Kəmaləddin Heydərova yaxınlığı ilə tanınan deputat bu mövzu ilə bağlı qalmaqallı bəyanat yaydı

Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal edilmiş ərazilərdə ermənilər tərəfindən aeroportun açılmasına və oradan uçuşların həyata keçirilməsinə qarşı xəbərdarlıqlarına meydan oxuyub. Sərkisyan dünən İrəvanda İsveçrə prezidenti Mişelin Kalmi Reylə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan tərəfinin ondan icazəsiz işğal edilmiş ərazilərə reyslər həyata keçirən təyyarələrin vurula biləcəyi haqda xəbərdarlığına münasibət bildirərkən deyib ki, Qarabağ ermənilərinin hava nəqliyyatından istifadə etmək hüququ var və buna şübhə edilə bilməz.

Sərkisyanın sözlərinə görə, hazırda Ermənistan və “DQR” Xocalı şəhəri yaxınlığında yerləşən aeroportun istifadəyə verilməsi və oradan uçuşların həyata keçirilməsini müvafiq beynəlxalq instansiyalarla razılaşdırmağa çalışır. “Biz bu təşəbbüslərin uğurla nəticələnəcəyinə inanırıq. Mülki təyyarələrin vurulması barədə hədələr tarix boyu az olmayıb, lakin bu cür hədələrlə dövlətlər yox, terrorçu qruplar çıxış edir”, deyə, o bildirib. Sərkisyan deyib ki, o, İrəvan-Xankəndi reysinin ilk sərnişini olacaq.

Xəbər verildiyi kimi, ermənilər uzun müddətdir bərpa etdikləri Xocalı aeroportunu Şuşanın işğalı günündə-mayın 9-da işə salmağa hazırlaşırlar. Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edib ki, işğal edilmiş ərazilərdə rəsmi Bakının razılığı olmadan hava limanının istifadəyə verilməsi və buradan uçuşlar həyata keçirilməsi beynəlxalq aviasiya normalarına ziddir. Ona görə də Azərbaycan ermənilərin bu planının həyata keçirilməsinə imkan vermək niyyətində deyil. Bu günlərdə isə Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov jurnalistlərə açıqlamasında Azərbaycan tərəfinin buna qarşı adekvat addımlar atacağını, hətta fiziki məhvetmə tədbirləri görəcəyini, bununla bağlı artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatını (İCAO) məlumatlandırdığını bildirib. A.Məmmədovun açıqlaması böyük rezonansa səbəb olub, Ermənistanda narahatlıq yaradıb və ona reaksiyalar hələ də davam edir. Ermənistan tərəfi cavab olaraq ölkə üzərindəki hava məkanını Azərbaycan təyyarələri üçün qapadacağını bəyan edib. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə tərəfləri bu məsələdə təmkinli olmağa, mülki təyyarələrə qarşı güc tətbiqinə yol verməməyə çağırıblar. Əgər Azərbaycan tərəfi öz xəbərdarlığında ciddidirsə, o zaman əli Xocalı qurbanlarının qanına batmış Sərkisyanı havada vurmaq şansı yaranmış olar.

Bu arada deputat Qüdrət Həsənquliyevin başçılıq etdiyi BAXCP adından dünən bu mövzuda yayılan bəyanat da ilgincdir. Bəyanatda deyildiyinə görə, “AZAL şirkəti təmsilçisinin” Ermənistandan Xankəndinə uçacaq təyyarələrin vurula biləcəyi barədə açıqlamasından sonra ayrı-ayrı xarici qüvvələrin ölkəmizə qarşı apardıqları məqsədyönlü kampaniya BAXCP tərəfindən narahatlıqla qarşılanıb. Partiyanın mətbuat xidmətindən KIV-lərə daxil olan bəyanatda bildirilir ki, BAXCP bəzi xarici dairələrin AZAL şirkətinin nümayəndəsinin guya Ermənistandan Xankəndinə uçacaq mülki təyyarələrin vurulacağı barədə məsuliyyətsiz açıqlamasından istifadə edərək, Azərbaycana qarşı apardığı kampaniyanı qətiyyətlə pisləyir: “AZAL şirkətinin təmsilçisinin açıqlamasının heç bir halda Azərbaycanın rəsmi mövqeyi sayılmadığını önə çəkən BAXCP hesab edir ki, Azərbaycanda kimin hakimiyyətdə olmasına və torpaqlarımızın 20 faizinin işğal altında qalmasına baxmayaraq, dinc insanlar heç vaxt hədəf seçilməyib. BAXCP iqtidarı məsələyə aydınlıq gətirməyə, AZAL-ın nümayəndəsini isə başa düşdüyü və səlahiyyətinə aid məsələlər barədə danışmağa çağırır”.

Göründüyü kimi, bəyanatı yazanlar xəbərdarlığın AZAL-a dəxli olmadığının, tamam başqa qurum olan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən edildiyinin fərqinə varmayıblar. Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan prezidentinin 2006-cı il 29 dekabr tarixli fərmanı ilə yaradılıb və mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Administrasiyanın səlahiyyətlərinə isə mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirmək, beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq, hava məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycanın hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak, xarici dövlətlərin hava gəmilərinə Azərbaycanın mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr vermək daxildir. Yəni Xocalı aeroportu ilə bağlı xəbərdarlığı etmək də məhz administrasiyasının səlahiyyətində olan məsələdir. Lakin əvvəllər də AZAL prezidenti Cahangir Əsgərova tənqidi hücumlar edən Q.Həsənquliyev nədənsə Dövlət Mülki Aviasiya Administrasiyası ilə AZAL-ı eyniləşdirib. BAXCP sədrini bir çoxları fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın adamlardan hesab edirlər.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter